USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mərakeşli investorlar Azərbaycanın azad olunmuş ərazilərində biznes imkanlarını nəzərdən keçirməyə dəvət edilib


https://img.baki-baku.az/news/2023/11/photo_9612.jpg

Noyabrın 14-də xarici işlər naziri Ceyhun Bayramov Mərakeşdə keçirilən Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın 2-ci iclası çərçivəsində təşkil edilmiş I Azərbaycan-Mərakeş Biznes Forumunda iştirak edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, tədbirdə çıxış edən nazir Ceyhun Bayramov Birgə Komissiyanın iclası çərçivəsində təşkil olunan bu Forumun ikitərəfli ticarətin genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi sahəsində irəliləyişlərin əldə olunmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Nazir ikitərəfli iqtisadi sahədə, o cümlədən ticarət və investisiyalar, enerji, nəqliyyat, kənd təsərrüfatı, azad iqtisadi zonalar çərçivəsində əməkdaşlıq və ddigər sahələrdə iki ölkə arasında istifadə edilməmiş potensialımızın mövcudluğunu bildirib.

C.Bayramov Azərbaycanın Şərqlə Qərbin kəsişməsində strateji yerləşməsinin, Mərkəzi Asiyaya yaxınlığının investorlar üçün daha bir üstünlük olduğunu diqqətə çatdırıb.

Azərbaycanın aparıcı şirkətlərinin Mərakeşdə həyata keçirilən infrastruktur layihələrində iştirakının iqtisadi əməkdaşlığımıza əlavə fayda verə biləcəyi vurğulanaraq, Azərbaycan və Mərakeşin strateji coğrafi yerləşməsinin ölkələrimizin müvafiq ticarət limanları arasında əməkdaşlığı inkişaf etdirməyə və təcrübə mübadiləsi aparmağa imkan verəcəyi vurğulanıb.

Nazir Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Bakı Limanı tərəfindən mərakeşli həmkarları ilə müvafiq anlaşma memorandumlarının imzalanmasını yüksək qiymətləndirib.

Ceyhun Bayramov Mərakeş investorlarını və şirkətlərini Ələt Azad İqtisadi Zonasında, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində və onun hüdudlarından kənarda biznes və investisiya imkanlarını nəzərdən keçirməyə dəvət edib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət