USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları

Embarqolar enerji və maliyyə sektorlarına yönəlib


https://img.baki-baku.az/news/2023/11/photo_9503.jpg

ABŞ Rusiyaya qarşı növbəti sanksiyasını elan etdi. Noyabrın 2-də dərc edilmiş sanksiyaları paketi mövcud məhdudiyyətlərdən yan keçməyin mümkün yollarını maksimal şəkildə bloklamaq siyasətini davam etdirir. Siyahıda çox sayda Rusiya şirkətləri, bankları və hətta qurumları da var. Ekspertlərin fikrincə, yeni sanksiyalar ən çox Rusiyanın yanacaq, enerji və maliyyə sektorlarına təsir göstərəcək.

Mütəxəssislər deyirlər ki, ABŞ-ın anti-Rusiya sanksiyalarının (SND) son paketinin özəl cəhəti onun daxil olduğu müxtəlif sənaye şirkətlərinin böyük siyahısının olmasındadır. Üstəlik, bu şirkətlərin çoxu Rusiya yurisdiksiyasından kənarda qeydiyyata alınıb və Rusiyanın hüquqi şəxslərinin xarici törəmə müəssisələri deyil. Belə ki, SDN siyahısına BƏƏ-dən 15 şirkət daxil edilib. Bunun baş verməsinin ehtimal olunan səbəbləri Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC)-ın bu şirkətlərdən biri olan ARX ilə bağlı şərhində göstərilir: “Şirkət sanksiyaya məruz qalmış Xarici Ticarət Bankından (VTB) dollara konvertasiya ilə rublun köçürülməsi yollarının tapılmasında iştirak edib, həmçinin sanksiyalarla üzləşdiyi halda müştəri aktivlərinin müəyyən edilməsi risklərini azaldıb. Analitiklər vurğulayırlar ki, hər bir yeni sanksiya siyahısında təkcə siyahıya daxil edilmiş Rusiya şəxslərinin “törəmə şirkətləri” deyil, getdikcə daha çox xarici şirkət və onlarla əlaqəli şəxslər yer alırlar. Belə ki, yeni siyahıya BƏƏ, Türkiyə, Kipr, İsveç, Latviya və İrlandiyanın sakinləri daxildir. Mütəxəssislərin sözlərinə görə, yeni sanksiyalar “dolların maliyyə sisteminə çıxışını daraltmaq, qadağan olunmuş malların tədarükünü məhdudlaşdırmaq və Rusiya Federasiyasının texnoloji və istehsal sektorlarına zərbə vurmaq şəklində əvvəllər seçilmiş yolu davam etdirir”.

ABŞ Xəzinədarlığı Rusiyanın NOVATEK şirkətinin ikinci LNG layihəsi olan “Arctic LNG-2”-nin icrasına cavabdeh olan “Arctic LNG-2 MMC”ni sanksiyalar siyahısına əlavə edib. Təxminən 25 milyard dollar dəyərində olan bu layihə ildə 6,6 milyon tonluq üç mayeləşdirmə xəttin tikintisini nəzərdə tutur. Birincisi ilin sonuna qədər işə salınmalı və daşımaların 2024-cü ilin əvvəlində başlanacağı gözlənilir. Layihənin ikinci xətti 2024-cü ildə, üçüncü xətti 2026-cı ildə tikilməlidir. Rusiya mətbuatının yazdığına görə, sanksiyalar o deməkdir ki, “Arctic LNG-2” ilə bütün əməliyyatlar qadağandır. Burada əsas sual ondan ibarərdir ki, sanksiyaların tətbiqindən sonra NOVATEK layihədən LNG-ni uzunmüddətli müqavilələr əsasında sata biləcəkmi, yoxsa istehlakçılar, o cümlədən layihənin səhmdarları onları yerinə yetirməkdən imtina edəcəklər? Mütəxəssislərin sözlərinə görə, sanksiyalar çox güman ki, müqavilələrin yerinə yetirilməsinə mane olacaq, çünki yük üçün ödənişlər mümkün olmayacaq.

Bundan başqa, Rusiyanın yeddi bankı ABŞ-ın bloklayıcı sanksiyalarına məruz qalıb. Eyni zamanda, SDN siyahısına daxil edilməsi bank üçün ABŞ-dakı aktivlərinin dondurulması və hər hansı amerikalı kontragentlə dollarla hesablaşmaların qadağan edilməsi deməkdir. Qeyd edilir ki, ümumilikdə, 2022-ci ilin fevral ayından SDN siyahısına 40-dan çox bank daxil edilib. Mütəxəssilərin sözlərinə görə, əgər əvvəllər iri və ya dövlət bankları sanksiyalara məruz qalırdısa, indi kiçik banklar da siyahıya salınır. Rusiya KİV-i yazır ki, əksər banklar bu xəbərə təəccüblə yanaşmayıblar. Həmin bankların şərhində qeyd olunur ki, sanksiyalar “bankın işinə ciddi təsir etməyəcək”, “müştərilər heç bir şəkildə məhdudlaşdırıcı tədbirlərin təsirini hiss etməyəcəklər”.

Ancaq Sankt-Peterburq Birjasının OFAC-ın sanksiya siyahısına salınması artıq onun fəaliyyətinə təsir göstəri. Belə ki, noyabrın 2-də saat 18:00-da saytda xarici və Rusiya səhmlərinin ticarəti dayandırılıb. Eyni zamanda, OFAC 2024-cü il yanvarın 31-dək Sankt-Peterburq Birjasının qiymətli kağızlarından çıxmaq üçün lisenziya verib. Birjanın özü iddia edir ki, tətbiq edilən sanksiyalar müştəri aktivlərinə təsir etməyəcək. Lakin Moskva birjasında keçirilən hərraclarda Sankt-Peterburq Birjasının səhmlərinin günün sonunda 19 faiz ucuzlaşdığı qeydə alınmışdı. Bazar analitikləri də etiraf edirlər ki, Sankt-Peterburq Birjasının sanksiyalarına məruz qalması sanksiyalar narahatlıq doğurur. Ona görə ki, sanksiyaların tətbiq olunması birjada dollarla hesablaşmaların aparılmasının və səhmlərin ticarətinin tamamilə dayandırılmasına gətirib çıxacaraq. Rusiya qəzetləri yazırlar ki, Sankt-Peterburq Birjasının SDN siyahısına daxil edilməsindən sonra “təkcə dost olmayan ölkələrdən deyil, şərti dost ölkələrdən olan əcnəbilər də işləməyəcəklər, çünki ikinci dərəcəli sanksiyaların riskləri hamını qorxudur”.

S.ELAY

XQ




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət