USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​Pekin və Moskva çoxqütblü dünyaya üstünlük verirlər


https://img.baki-baku.az/news/2023/11/photo_9429.jpg?v=MjAyMy0xMS0wMSAwOTozMToxOQ==

Pekində 10-cu Syanşan Təhlükəsizlik Forumu keçirilib. Dünyanın 90-dan çox ölkəsinin nümayəndə heyətləri, hərbi idarə rəisləri və baş qərargah rəisləri hər keçən gün daha da ağırlaşan qlobal və regional təhlükəsizlik problemlərini müzakirə ediblər. Forumda çıxış edən Sergey Şoyqu planetdə sülhə əsas çağırışı “kollektiv Qərbin tətbiq etdiyi qarşıdurma gündəmi” adlandırıb. Pekindəki müzakirənin bir çox iştirakçıları yeni “soyuq müharibə” kontekstində qüvvələr balansını və strateji sabitliyi bərpa edə biləcək yeni məhdudlaşdırma strategiyasının hazırlanmasının zəruriliyini vurğulayıblar.

Ötən bazar günü Pekində açılan Syanşan Forumu Hind-Sakit Okean regionunun təhlükəsizlik məsələləri üzrə aparıcı forumlarından biri hesab olunur. Pekin tədbiri onuncu dəfədir keçirilir. Forumun təşkilatçıları Çin Xalq Azadlıq Ordusunun Hərbi Elmlər Akademiyası və Çin Beynəlxalq Strateji Araşdırmalar İnstitutu hazırda xidmət edən 90-dan çox hərbçi və istefada olan hərbi rəhbərləri, diplomatları və ekspertləri Pekində bir araya gətirib. İştirakçılar siyahısına təkcə Çinin ŞƏT və BRİKS-dəki tərəfdaş ölkələri, Asiya və Yaxın Şərqin dost dövlətləri deyil, həmçinin ABŞ, Böyük Britaniya və onların Hind-Sakit okean regionundakı müttəfiqlərinin nümayəndələri də daxildir. Beləliklə, Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Co Baydenin San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi əməkdaşlıq Forumunun sammiti çərçivəsində iki həftə sonra gözlənilən görüşü ərəfəsində Pekin təhlükəsizlik dialoquna ABŞ-ı təhlükəsizliklərinin qarantı hesab edən ölkələri də cəlb etməyə çalışıb.

Bununla yanaşı, forumun əsas mövzusu olan “Ümumi Təhlükəsizlik, Davamlı Sülh” getdikcə şərti görünür, çünki təhlükəsizlik getdikcə daha az ümumiləşir, dünya isə getdikcə daha da qeyri-sabitləşir. Buna görə də, forumu planlaşdırarkən təşkilatçılar bunun dünyadakı vəziyyəti daha da tarazsızlaşdıracaq hadisələr fonunda baş verəcəyini nəzərə almamışdılar. Yaxın Şərqdə cərəyan edən hadisələr, ABŞ-Rusiya strateji sabitlik dialoqunun pozulması və digər mühüm hadisələrin baş verməsi müzakirələrə də təsir göstərdi. Bunu Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının (CMC) sədr müavini Çjan Yuxianın forum iştirakçılarına müraciətində də müşahifə etmək mümkündür: “Bəzi ölkələr bilərəkdən xaos və qeyri-sabitlik yaradır, regional və digər ölkələrin daxili işlərinə qarışır, “rəngli inqilablar” törədirlər. Biz fərqlilikləri süni şəkildə gücləndirməyə və qarşıdurmanı qızışdırmağa qarşı daha ayıq olmalı, həmçinin strateji səhvlərdən qaçmalıyıq. Əsas prioritet regional münaqişələrin nəzarətdən çıxmasının qarşısını almaqdır”. Yüksək rütbəli hərbi zabit bir-birinə qarışan təhdid və çağırışları sadalamağa davam edərək vurğulayıb ki, enerji və ərzaq böhranları hər gün pisləşir, qlobal istehsal və təchizat zəncirlərinin sabitliyi hücuma məruz qalır, terrorizm, kiberhücumlar və transmilli cinayətlər bir-birinin ardınca ortaya çıxır.

Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının sədr müavini Pekinin hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğu ölkələr siyahısında Rusiyanın adını birinci olaraq çəkməsi diqqətdən yayınmayıb. Xüsusilə də cənab Yuxianın Rusiya müdafiə naziri Sergey Şoyqu ilə ünsiyyəti forumun mərkəzi hadisəsi kimi qiymətləndirilir. Belə ki, Sergey Şoyqunun Pekinə gəlişindən sonra fəxri qarovul dəstəsinin və orkestrin iştirakı ilə Rusiya nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi olub. Cənab Yuxia “Biz artıq Çin və Rusiya ərazilərində keçirilən əsas və mühüm çoxtərəfli tədbirlərdə qarşılıqlı iştirakın yaxşı ənənəsini formalaşdırmışıq. Yoldaş nazir, siz Çin xalqının və Çin silahlı qüvvələrinin böyük dostusunuz” deməklə iki ölkə arasında hərbi əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasına işarə vurub.

Rusiya müdafiə naziri Sergey Şoyqu isə  öz növbəsində çinli həmkarının qlobal və regional təhlükəsizliyin məyusedici vəziyyətinin əsas səbəbləri haqqında tezislərilə razı olduğunu vurğulayıb:“Avropada kəskin böhrana səbəb olan Qərb münaqişə potensialını Asiya-Sakit okean regionuna və bir neçə istiqamətdə yaymağa çalışır. Son zamanlar NATO-nun hərbi potensialını Asiya-Sakit okean regionunda yerləşdirmək üçün aktiv cəhdlər olub”. Onun sözlərinə görə, “nüvə arsenalına malik dövlətlər arasında qarşıdurmada birbaşa iştirak strateji riskləri artırır”. Asiya-Sakit Okean regionunda siyasi vəziyyəti təsvir edən cənab Şoyqu bölgədə Amerika mərkəzli blokların qarşısının alınması şəbəkəsinin NATO-nun avanqardı kimi çıxış etdiyi qənaətində olduğunu bildirib. Bu bloklar arasında o, QUAD kvartetini (Hindistan, ABŞ, Avstraliya və Yaponiya), AUKUS (Böyük Britaniya, ABŞ və Avstraliya) və Asiya-Sakit okean dördlüyünü (Yaponiya, Avstraliya, Yeni Zelandiya, Cənubi Koreya) sadalayıb.

Bununla belə, Çin nümayəndələri Qərblə əməkdaşlığa hazır olduqlarını açıqlayıblar. Cənab Yuxia sözlərinə görə, “cəngəllik qanunu ilə” hərəkət edən ölkələrin tənqidinə baxmayaraq, o, Çin ordusu ABŞ silahlı qüvvələri ilə münasibətləri qarşılıqlı hörmət, dinclik əsasında inkişaf etdirməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, Pekin, həmçinin “Avropa ölkələri ilə hərbi mübadilələri genişləndirməyə hazırdır”. Vaşinqton səfərindən qayıdan Çinin xarici işlər naziri Vanq Yi də bildirib ki, “geosiyasi münaqişələr və dünya nizamının pozulması fonunda Çin və ABŞ əməkdaşlığı gücləndirməli və qlobal çağırışlara birgə cavab verməlidir”.

Mütəxəssislərin fikrincə, ABŞ hərbi heyətinin 2019-cu ildən bəri ilk dəfə Çinə gəlməsi iki tərəfin Tayvan ətrafındakı vəziyyət və Cənubi Çin dənizindəki mübahisəli adalar da daxil olmaqla hərbi danışıqları bərpa etmək istəyindən xəbər verir. Məlumat mübadiləsinin bərpası Çin və ABŞ arasında real toqquşmaların qarşısını almaq üçün çox vacibdir. Əgər tərəflər Tayvan ətrafında gərginliyi azaltmağa nail olsalar, bu, ABŞ-Çin münasibətlərinə müsbət təsir göstərəcək. Hadisələrin belə gedişatı da dünya üçün yaxşı perspevtiv vəd edir.

 

S.ELAY




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Səbuhi MƏMMƏDOV