USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İsa Həbibbəyli: Sovet dönəmində Azərbaycana məxsus 663 toponim dəyişdirilib


https://img.baki-baku.az/news/2023/10/photo_9421.jpg

Prezident İlham Əliyev Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə ölkəmiz qarşısında tamamilə yeni reallıq qoyub. Dövlətimizin başçısı müəllifi olduğu bu konsepsiya ilə qətiyyətli və vətənpərvər Lider olduğunu bir daha sübut etdi.

Bunu AMEA-nın prezidenti, Milli Məclis yanında Toponimiya komissiyasının sədri, akademik İsa Həbibbəyli parlamentdə keçirilən “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə deyib.

Akademik diqqətə çatdırıb ki, sovet dönəmində Azərbaycana məxsus toponimlərdən 663 adının dəyişdirilməsi hadisəsi baş verib. Bu da Azərbaycan toponimlərinə qarşı soyqırımı deməkdir.

“Bu proses ilk dəfə 1924-cü ildə başlayıb və çar Rusiyası tərəfindən Gümrü şəhəri əvvəlcə Aleksandropol, sonra isə Leninakan adlandırılıb. 1935-ci ildə Ermənistan ali soveti tərəfindən ümumilikdə 76 yaşayış yerinin adı dəyişdirilib. 1946-cı ildə bu proses pik həddə çatıb. Bu isə Azərbaycan toponimlərinin tamamilə ləğv olunması idi”, - deyə akademik bildirib.

İsa Həbibbəyli deyib ki, 1988-1991-ci illərdə azərbaycanlılar öz tarixi torpaqlarından zorla qovulandan sonra daha 90 toponimin dəyişdirilməsi barədə qərar verilib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət