USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

HƏMAS – İsrail qarşıdurmasında anti-Azərbaycan motivləri

Yaxud erməni siyasi industriyasının təfəkkür kasadlığı


https://img.baki-baku.az/news/2023/10/photo_9416.jpg

Ermənistanda HƏMAS – İsrail qarşıdurmasından anti-Azərbaycan motivləri uydurulmaqdadır. Ölkənin mediası və ekspert cameəsi “prosesə” aktiv şəkildə qoşulub. Bu siyasi təbəqənin məqsədi müsəlman dünyasını Azərbaycana qarşı qaldırmaqdır. Əlbəttə, məqsədlərini çox primitv tərzdə gerçəkləşdirirlər.

Məsələn, Bakının İsraili neftlə təmin etməsi üzərinə fokuslanırlar. Bildirirlər ki, Azərbaycanın bu addımı, bütövlükdə, müsəlman dünyasına xəyanətdir. Erməni mediası və həmin mediada çıxış edən ekspertlər müsəlmanların ölkəmizdən, guya, çox narazı olduğunu vurğulayıb əsas kimi hansısa sosial şəbəkə statuslarında yayılmış fərdi mövqeləri bölüşürlər. Əlbəttə, gətirilən bu arqumentin zəifliyini sübuya yetirməyə ehtiyac yoxdur.

Birincisi, ona görə ki, hər bir şəxs fikrini bildirməkdə sərbəstdir. Azərbaycanda da İsraili deyil, Fələstini dəstəkləmək meyilli çağırışlar səsləndirənlər var. İkincisi, bu da bir danılmaz faktdır ki, ölkəmizdə böyük çoxluq İsrailə simpatiya duyur. Çünki rəsmi Tel-Əviv həmişə yanımızda olub. Bununla bağlı çoxsaylı nümunələr hər kəsə yaxşı məlumdur. Ancaq bir faktı diqqətə çatdıraq. 44 günlük müharibə zamanı erməni jurnalistlərdən biri İsrailin baş naziri Benyamin Netanyahuya İsrailin nə üçün Azərbaycana silah satdığı barədə “kurioz” sual ünvanlamışdı. Baş nazirin cavabı çox maraqlı olmuşdur. Təxminən belə: siz yəqin soruşmaq istəyirsiniz ki, nə üçün Ermənistana deyil, Azərbaycana silah satırıq? Bildirim ki, Azərbaycanla döyüşən heç bir ölkəyə silah satmarıq.

B.Netanyahunun belə cavabı Azərbaycan – İsrail əlaqələrinin yüksək səviyyəsindən xəbər verir. İsrailin ölkəmizdəki səfiri Corc Dik isə Azərbaycan mediasına bir müddət əvvəlki müsahibəsində vurğulamışdı ki, rəsmi Tel-Əvivin Bakıya yanaşması münasibət məntiqindən yüksəkdə dayanan bir statusa malikdir. Yəni, iki ölkənin yaxınlığı hər şeyin üzərindədir. Bütün bunları Azərbaycan cəmiyyəti çox yaxşı görür. Cəmiyyətimiz onu da yaxşı görür ki, İsrailin Azərbaycanla yaxınlığında, eyni zamanda, ölkənin bütövlükdə İslam dünyasına xoş niyyətinin göstəricisi kimi meydana çıxmış trayektoriya var.  

Bir sözlə, Azərbaycanın İsrailə yaxınlığı və dəstəyi, bütövlükdə, cəmiyyətimizin sosial sifarişi kimi meydana çıxan prosesdir. Bununla belə, rəsmi Bakı həmişə özünün balanslı siyasətinə sadiqdir. Nəzərə alaq ki, bu il Azərbaycanın İsraildə səfirliyi ilə eyni vaxtda Fələstində də ali diplomatik missiyası fəaliyyətə başladı. Məsələ yalnız bu müstəvidə deyil, Bakı ümumən siyasətini qarşılıqlı maraq və mənafeləri hesablayaraq qurmaqdadır və bu amil dünya dövlətləri tərəfindən qəbul edilir.

Beynəlxalq aləmdə hər kəs yaxşı anlayır ki, Azərbaycan dostluq, qardaşlıq, əməkdaşlıq məsələlərində bütövdür. Ölkəmiz münasibətləri qarşılıqlı fayda amili üzərində quraraq bəlli prinsiplər müəyyənləşdirir. Heç bir tərəfin iddialarında vasitəyə və alətə çevrilmir. Fikrimizin təsdiqi üçün Azərbaycanın İrana münasibətindəki stereotipləri yada salaq. Ölkəmiz İran İslam Respublikasına qarşı beynəlxalq təzyiqlərin geniş vüsət aldığı şəraidə ona qarşı çıxmadı, dostluq və mehriban qonşuluq siyasətinə sadiq qaldı. Bakı ən gərgin durumlarda belə “qırmızı cizgiləri” aşmadı. Bu gün də eyni xəttini uğurla davam etdirməkdədir.

Bəli, ölkəmizin yanaşma tərzi Ermənistanın siyasi industriyasında təmsil olunanların yarımçıq təfəkkürünə yad durumdur. Ona görə də özlərinin sərsəm ritorikalarını işə salıb Azərbaycanla müsəlman dünyası arasında nifaq toxumları səpə biləcəklərini düşünürlər. İndiki halda güddükləri iki konkret vəzifə var. Birincisi, İsrail – Fələstin münaqişəsi fonunda Azərbaycan – Türkiyə, ikincisi isə Azərbaycan – İran münasibətlərini zədələmək. Bütün “arqumentləri” də bunun üzərindədir. Əlbəttə, “niyyətlərinə” qətiyyən nail ola bilməyəcəklər.

 

Ə.RÜSTƏMOV, XQ




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Daxili siyasət