USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Güclü Türkiyə Azərbaycan üçün möhkəm arxadır

20 ildə qardaş ölkədə ÜDM 3 dəfədən çox artıb


https://img.baki-baku.az/news/2023/10/photo_9384.jpg

Türkiyə Respublikasında bu il may ayının 14-də keçirilən prezident və parlament seçkiləri ərəfəsində qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının Böyük Millət Məclisinin qrup toplantısında rəhbərlik etdiyi ölkəni inkişaf və güclənmək yolundan heç kimin saxlaya bilməyəcəyini diqqətə çatdıraraq növbəti dəfə xalqdan dəstək istədi: “Mərhum Menderes 1950-ci il mayın 14-də “Bəsdir daha, söz millətindir!” deyərək insanların qəlbinə girmiş və seçkilərdən qalib çıxmışdır. Millətimiz 73 il sonra eyni gündə bir daha müstəmləkədə qalmaq həvəsində olanlara “Bəsdir!” deyəcək. Söz də, qərar da, gələcək də millətindir. 2023-cü ildə də millətimizdən dəstək istəyirik”.

Türk milləti də Türkiyə Respubli­kasının 12-ci Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən müddətdəki səmərəli fəaliyyəti qarşılığında ona dəstəyini əsir­gəmədi, dövlət başçısının ölkəsində və beynəlxalq aləmdə qazandığı nüfuzu sayəsində mənəvi haqqı gerçəkləşdi. 2003–2014-cü illərdə Türkiyə Respub­likasının Baş naziri, 2014-cü ildən isə Türkiyə Respublikasının Prezidenti olan Rəcəb Tayyib Ərdoğanın bu seçkidə də ölkəsinin inkişafı və tərəqqisi, habelə beynəlxalq təhlükəsizliyin təminatı yolun­da atdığı misilsiz addımlara görə fəaliy­yəti yüksək dəyərləndirildi. 

Xatırladaq ki, Rəcəb Tayyib Ərdo­ğanın hakimiyyətdə olduğu illər ərzində Türkiyə əsrə bərabər inkişaf yolu keçib. Qardaş ölkə “G-20” daxilində ümumi daxili məhsulun (ÜDM) artım tempinə görə ilk beşliyə daxil olub. Türkiyə güc­lü iqtisadiyyata malik ölkə kimi ÜDM-in səviyyəsinə görə dünyada 18-ci yeri tu­tub. Bu göstərici ölkədə 736,716 milyard dollara yüksəlib. 

Yeri gəlmişkən, Türkiyə ÜDM-in 8,9 faizi kənd təsərrüfatı, 27,3 faizi sənaye və 63,8 faizi xidmət sahələridir. Bu göstə­ricilərə baxmayaraq, hələ də əhalinin dörddə biri kənd təsərrüfatında çalışır.

Rəcəb Tayyib Ərdoğan hökuməti Cümhuriyyətin 100 illiyində–2023-cü ildə Türkiyəni dünyanın nəhəng 10-cu iqtisa­diyatına çevirməyi qarşıya mühüm vəzifə kimi qoyub. Məhz möhtərəm dövlət baş­çısının gerçəkləşdirdiyi köklü iqtisadi isla­hatların nəticəsi olaraq ölkəyə investisiya axını davamlı xarakter alıb, ÜDM son 20 il ərzində iki dəfə, ixracat isə 10 dəfə artıb. 

Dünyada peşəkar xidmət sahəsin­də nəhəng kompaniyalardan biri olan “Pricewaterhouse Coopers”in (PwC) apardığı tədqiqatların nəticələrinə görə, 2030-cu ilədək Türkiyə iqtisadiyyatı dün­yada 12-ci yerə yüksələcək, ÜDM isə 2, 996 trilyon dollara çatacaq.

Qardaş ölkədə 1995-ci ildə fəaliy­yətə başlayan və Türkiyənin xarici ticarət siyasətində önəmli yer tutan təşkilatla­rından biri olan Avropa İttifaqı–Türkiyə Gömrük İttifaqı ötən müddətdə idxal–ix­rac əməliyyatlarının yüksək səviyyəyə çatmasına əhəmiyyətli təsir göstərib. Bu­nun sayəsində Türkiyə ixracatının həcmi ildən-ilə artıb. Ən çox məhsul ixrac olu­nan ölkələr sırasında isə Almaniya, İraq, İngiltərə, İtaliya və Fransa qeydə alınıb. 

Türkiyə gəmi inşaatında da son 20 il­dir ki, davamlı olaraq böyük uğurlar əldə edir. Bu sahədə ən böyük bazarlar Malta, Norveç, İngiltərə və Marşall adalarında­dır. Hazırda Türkiyədə 100-ə yaxın türk gəmiqayırma zavodu fəaliyyət göstərir. Tuzla, Yalova və İzmit gəmiqayırma sə­nayesinin əsas mərkəzləridir. Qardaş ölkə iqtisadiyyatının digər vacib sahələri arasında bankçılıq, tikinti, məişət tex­nikası, elektronika, tekstil, neft emalı, neft-kimya məhsulları, qida, dağ-mədən, dəmir-polad və maşınqayırma sektorları da yer alır.

Toxuculuq sənayesi üzrə dünya ba­zarında önəmli yer tutan Türkiyə bununla bağlı daxili istehsal üçün tədarük etdi­yi pambığın müəyyən bir qismini Özbə­kistan və ya Türkmənistandan alır. Bu ticarətin gerçəkləşməsi üçün əlverişli nəqliyyat infrastrukturu da mövcuddur. Bu yolda Azərbaycan və Türkmənistan arasında olan mövcud marşrutlardan is­tifadə daşınma sürətini önəmli dərəcədə artırır.

Türkiyə iqtisadi dirçəlişin ilk illərində xarici ticarət üzərində dövlət nəzarətini azaldaraq tədricən iqtisadi tənzimləmə yolu ilə müxtəlif bazarlar açıb və müxtəlif qurumları özəlləşdirməyə başlayıb. Döv­lət borcunun ÜDM-ə nisbəti 2010-cu ilin üçüncü yarısında 46 faizə yüksəlib. Hə­min ərəfədə illik ÜDM artım tempi orta hesabla 6,8 faiz müəyyənləşib. Bu rəqəm Türkiyəni ən sürətli böyüyən iqtisadiyyat­lardan birinə çevirib. 

Onu da qeyd edək ki, Türkiyədə tu­rizm hər il daha da inkişaf edərək iq­tisadiyyatın vacib sektorlarından birinə çevrilib. Ötən dövr ərzində qardaş ölkə­nin Mədəniyyət və Turizm Nazirliyi “Evim Türkiyə” adı altında türk turizminin təbli­ğini uğurla gerçəkləşdirib. Bunun nəticə­sidir ki, Türkiyə hazırda ən çox xarici qo­nağı olan ölkələr sırasında qeydə alınıb. Almaniya və Rusiyadan sonra Azərbay­can bu siyahıda 10-cu yerdə qərarlaşıb. 

Türkiyə “İstanbulun tarixi əraziləri”, “Kapadokiya qayalıqları”, “Çatalhöyük”, “Xattusa: Hetin paytaxtı”, “Troya” kimi 17 UNESCO ümumdünya irsinə sahibdir. Qardaş ölkədə dünyanın yeddi möcüzə­sindən ikisi, dünyanın ən qədim dini məs­kunlaşma mərkəzi Göbəklitəpə və bir çox digər irslərə rast gəlmək mümkündür.

Son 20 il ərzində Türkiyə iqtisadiyya­tında nəzərə çarpan volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya baxmayaraq, qardaş ölkə iqtisadiyyatı real ifadədə 3 dəfə böyüyüb. Belə ki, 2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı hazırda 900 milyard dolla­rı keçib. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çat­ması proqnozlaşdırılıb. 

Onu da qeyd edək ki, 20 il əvvələ qə­dər daha çox aqrar və xidmət sektorları üzrə ixtisaslaşmışdırsa, indi ölkə müasir sənaye dövlətinə çevrilməkdədir. Tür­kiyə hazırda hərbi, avtomobil sənayesin­də xüsusi üstünlüyə malik olan ölkə kimi diqqət çəkir. Məsələn, təhsil sahəsində 10,3 milyard türk lirəsi olan illik büdcə 304 milyard türk lirəsindən çox artırılıb. Ümumi daxili məhsul 238 milyard ABŞ dollarından 1 trilyon ABŞ dollarına, sa­tınalma gücü nisbətinə görə isə Türkiyə dünyanın ən böyük 11-ci, Avropanın 4-cü iqtisadiyyatı səviyyəsinə yüksəlib, ixracat 36 milyard dollardan 250 milyard dollara qədər artırılıb, dünyanın 228 ölkə və bölgəsinə ixracat həyata keçiril­məyə başlanılıb. 

Bu dövrdə Türkiyənin ÜDM-i 238 mil­yard ABŞ dollarından 1 trilyon ABŞ dol­larına qədər artıb. Satınalma gücü nis­bətinə görə Türkiyə dünyanın ən böyük 11-ci, Avropanın 4-cü iqtisadiyyatı səviy­yəsinə yüksəlib. 

Qardaş ölkənin xarici ticarət potensi­alı 500 milyard dollara çatdırılıb. Müdafiə sənayesi üzrə Türkiyə öz tələbatını qar­şılamaqdan başqa, İHA, SİHA, Akıncı, quru vasitələri, dəniz platformaları başda olmaqla, 170 ölkəyə müdafiə sənayesi məhsulları ixrac edən bir ölkə səviyyə­sinə yüksəlib, sənaye və texnologiya is­tiqamətində qurulan 152 yeni mütəşəkkil sənaye zonası, 29 sənaye zonası və 94 texnoparkla ölkənin istehsal gücü artırı­lıb, yerli avtomobil TOGG-un istehsalı başa çatdırılıb. 

V.BAYRAMOV




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Daxili siyasət