USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistandan köçəköçdür

Belə davam edərsə, bu ölkənin demoqrafik fəlakətlə üzləşəcəyi qaçılmazdır


https://img.baki-baku.az/news/2023/10/photo_9336.jpg?v=MjAyMy0xMC0yNyAxMDowMjo0OA==

Son 40 ildə ilk dəfədir ki, Ermənistanda yaşayanların sayı 3 milyonun altına düşərək 2 milyon 900 min nəfər olub. Bu, rəsmi statistikadır. Əslində isə hazırda Ermənistanda cəmi 2 milyon erməni yaşayır. “Dənizdən-dənizə Böyük Ermənistan” adlı avantürist iddialarla beyni zəhərlənmiş toplum getdikcə azalmaqdadır. Depopulyasiya, eləcə də hayların şimallı “dostlarının” apardığı siyasət nəticəsində “kiçik Ermənistan” da indi əllərindən çıxmaq üzrədir. 

Xüsusilə 44 günlük müharibədən sonra Hayastanı tərk edənlərin sayın­da kəskin artım müşahidə olunur. Xoş­bəxtliklərini xaricdə axtaranların böyük əksəriyyəti isə gənclərdir. Onları bu addımı atmağa şirnikləndirən əsas amil Qərbdə və okeanın o tayında erməni di­asporunun güclü olmasıdır.

“Dağlıq Qarabağdan (?) köçənlərin 10 mindən çoxu Ermənistanı tərk edib”. Bu məlumatı “APRI Armenia” analitik mərkəzinin “Qeyri-müəyyənlik şəraitin­də tərəqqi” adlı konfransda çıxış edən keçmiş “Artsax”ın keçmiş “dövlət naziri” Artak Beglaryan açıqlayıb.

Ermənistandan gedənlərin ölkə daxilində qeyri-müəyyən vəziyyət­lə üzləşdiklərini əsas səbəb kimi göstərən Beglaryan, əslində, proble­min humanitar deyil, siyasi xarakter daşıdığını söyləyib. Köçkünlər üçün zəruri şəraitin yaradılmadığına diqqəti yönəldən sabiq “dövlət naziri” indi fə­sadları deyil, səbəbləri üzə çıxarmağın vacibliyindən danışıb. Onun gəldiyi “qənaətə” görə, problemin yaranma­sında həm Ermənistan hakimiyyətinin, həm də beynəlxalq təşkilatların mə­suliyyət yükü var. “İrəvan iqtidarının strateji məqsədləri yoxdur” – deyən Beglaryan fərziyələrində bir az da irəli gedərək köçkünlərin məcburiyyət qar­şısında ölkədən getmək yolunu seçdi­yi versiyasını irəli sürür və bu zaman “dərin məntiqli” interpretasiyaya baş vurur: “Onlar (Qarabağ köçkünləri –red.) könüllü surətdə assimilyasiya yolunu seçiblər. Mən isə onların vətən­lərinə (?) beynəlxalq təminatlı (?) ən yüksək muxtariyyat (?) səviyyəsində dönmələrini görmək istərdim”. 

* * *

Separatçı sabiq çinovnik bununla da kifayətlənməyərək, hazırda Ermə­nistanda müşahidə edilən humanitar böhranı “Azərbaycan tərəfindən an­ti-erməni siyasətinə söykənən soyqı­rımının (?) nəticəsi” kimi dəyərləndirir. Amma Beglaryan öz çıxışında tənqid hədəfi kimi daha çox İrəvan iqtidarını seçir: “Ermənistan hakimiyyəti yalnız özünün şəxsi tələbatlarını həll etməklə məşğuldur. Hərçənd problemə artsax xalqının (?), onların kollektiv hüquqları (?) nöqteyi-nəzərindən yanaşmaq la­zımdır”. 

Son bir ay ərzində Ermənistan ha­kimiyyəti tərəfindən köçkünlərə maliyə yardımının ediləcəyi ilə bağlı vədlərin verilməsinə baxmayaraq, Qarabağ er­mənilərinin ailəbaşına cəmi 100 min dram verildiyini bəyan edən Beglaryan hökumətdən köçkünlərin çoxsaylı ehti­yaclarını ödəməkdən ötrü böyük həcm­də maliyə vəsaitinin ayrılmasını tələb edib. O, çıxışında problemin həlli üçün qərarların Dağlıq Qarabağın (?) nü­mayəndələrinin rəyi nəzərə alınmadan qəbul olunduğunu diqqətə çatdırıb. 

Beləliklə, tarixin arxivinə göndəril­miş “artsax”ın keçmiş çinovniki ölkə­dən gedənlərin armasınının səbəbini Paşinyan hakimiyyətinin yarıtmaz idarəetmə sistemində görür. Amma, bu hay ağlının ucundan da keçirmir ki, qonşunun torpağına göz dikən, orada ikinci Ermənistan dövləti yarat­maq istəyən, separatizm xəstəliyinə yoluxmuş toplumun aqibəti başqa cür ola bilməzdi. Ona görə də günahka­rı kənarda deyil, öz içərinizdə, daha doğrusu, daşnakların utopik iddialarla zəhərlədikləri beyninizdə axtarın. İndi xoşbəxtliyini xaosun hökm sürdüyü Ermənistanda deyil, başqa ölkələrdə arayan gəncləri isə qınamağa haqqı­nız yoxdur. 

Hələ bir il bundan əvvəl Ermənis­tanın müxalif “Çiçəklənən Ermənis­tan” partiyasından millət vəkili Naira Zohrabyan “Vestnik Kavkaza”ya mü­sahibəsində bunları bildirmişdi: “Hava limanından indi gəldim. Vəziyyətin nə yerdə olduğunu görmək istədim. Siz təsəvvür belə edə bilməzsiniz ki, və­ziyyət nə dərəcədə gərgin idi. Əksə­riyyət Moskvaya birtərəfə gediş üçün bilet alır. Biletin qiyməti isə 800-900 dollara qalxıb. Rusiyaya uçuşlara heç vaxt belə tələbat olmamışdı. Ermə­nistan son 30 ildə ən böyük miqrasi­ya ilə qarşılaşacaq. Hətta keçən əsrin 90-cı illərində belə bir şey yox idi”. N.Zohrabyan belə rekord sayda miq­rasiyanın səbəbini izah edib: “Birincisi, müharibədir. İkincisi, ermənilər artıq öz ölkələrində özlərini təhlükəsizlikdə hiss etmirlər. Üçüncüsü və ən əsası isə Ermənistanda iqtisadi vəziyyətin acınacaqlı olmasıdır”.

O, Ermənistanda demoqrafik böh­ranın qaçılmaz olduğunu deyib: “Er­mənilərin Ermənistanda normal yaşa­ması üçün bütün imkanları bağlayan hakimiyyət günahkardır. Bu, milli fa­ciədir”.

* * * 

Hayastanın “Hraparak” qəzeti yazır ki, “dqr”ın səlahiyyətlərinə xitam ver­miş “prezidenti” Samvel Şahramanyan yaxın günlərdə köçkünlər qarşısın­da çıxış etməyə və bir çox suallara aydınlıq gətirməyə hazırlaşır. Onun “rəiyyətinə” nələri danışacağını, hansı sualları cavablandıracağı Bakı üçün qətiyyən maraqlı deyil. 

Bu arada “CivilNet”-ə müsahibə verən Ermənistan Respublikası Təh­lükəsizlik Şurasının sabiq katibi Sam­vel Babayan “artsax”– Azərbaycan danışıqlarının bərpa olunması ehtima­lının sıfır faiz olduğunu açıqlayıb. 

“Həm Azərbaycan, həm də Ermə­nistan danışıqların bərpasına meyilli deyil. Vaxt keçdi və tam aydın oldu ki, bu məsələdə heç kim maraqlı deyil və səhifə bağlandı”– deyən Babayan daha sonra “artsax respublikası”nın buraxılmasının hüququ nöqteyi-nəzər­dən baş vermədiyini iddia edib. 

Təxminən, bir il əvvəl rəsmi İrə­vanın emissarı qismində Xankəndiyə göndərilən və buradakı separatçı-re­vanşist xunta rejiminin başında duran hay quldurlardan fərqli bəyanatlar səs­ləndirən S.Babayanın heç bir məntiqə sığmayan izahını şərh etməyə dəy­məz. Sadəcə onu xatırlatmaq istərdik ki, “dqr”in bir qurum olaraq buraxılma­sı və bütün “atributlarının” ləğv edilmə­si, “səlahiyyət sahiblərinin” fəaliyyətinə xitam verilməsi barədə sərəncamı hə­min Samvel Şahramanyan imzalayıb. Artıq üzərində Azərbaycanın üçrəngli bayrağının dalğalandığı Xankəndiyə onlar yalnız turist qismində gələ bilər­lər. Onda isə müvafiq viza əli soydaş­larımızın qanına bulaşmayan, Qara­bağımızda törədilən hərbi cinayətlərdə iştirak etməyən ermənilərə verilə bilər. Amma o vaxta qədər hələ çox sular axıb durulmalıdır. 

* * *

Sonda mövzunun yekunu olaraq oxucuların diqqətinə onu da çatdırmaq istərdik ki, üzləşdikləri bütün çətinlik­lərdə Azərbaycanı günahlandırmağa çalışan Hayastan və onun xaricdəki dəstəkçiləri boş yerə özlərini yorma­sınlar. Bu gün özünün gələcəyə yönə­lik inkişaf yolunu tutmuş, heç kimin işinə qarışmayan və özgə torpağında gözü olmayan, hayların xarabazara çevirdiyi torpaqlarına yenidən həyat gətirməyə çalışan Azərbaycan, nə­dənsə, bəzilərinin gözünə ox olub ba­tır. Əlbəttə ki, Qərb ikiüzlüdür. Birinci dəfə deyil ki, bunun şahidi oluruq. Otuz il buna dözdük, fəqət 44 günlük müharibənin dəyişdiyi reallıqlar fo­nunda Azərbaycanla fərqli davranma­lı olan güclər yenə Cənubi Qafqazda baş verənləri öz arşınları ilə ölçməyə üstünlük verirlər. Onların Azərbaycana qarşı son vaxtlar aşkar sezilən koali­siyalı “səlib yürüşlərinin” səbəbi yalnız Qarabağı könüllü tərk etmiş bir ovuc erməniyə qahmardurma istəyi deyil. Cəmi iki ay bundan əvvəl Brüssel və Vaşinqtondan İrəvana tuşlanan qına­yıcı nəzərlər indi Bakıya tərəf yönəlib. Onlar indi Ermənistandan da köçüb getməyə üstünlük verən Qarabağ er­məniləri üçün Azərbaycan hakimiyyə­tindən güzəşt, həm də “muxtariyyətli” güzəşt istəyirlər. Rəsmi Bakının bu məsələdə nümayiş etdirdiyi qətiyyət və güzəştsiz mövqe həmin neoimpe­rialist, ermənipərəst güclərin xoşuna gəlmir. Çünki mövcud reallığı qəbul etməyi və onunla barışmağı özlərinə sığışdıra bilmirlər. Ortada sadəcə vaxt amili var. Bütün dünya kimi, onlar da gec-tez reallıqla barışacaqlar. 

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

İmran BƏDİRXANLI