USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fransızdilli telekanal Bakı Təşəbbüs Qrupunun neokolonializmlə bağlı konfransına dair reportaj yayımlayıb


https://img.baki-baku.az/news/2023/10/photo_9305.jpg

Fransızdilli “EBENE Media” telekanalı Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda beynəlxalq konfrans haqqında “Paris, sadəcə, ağzını yummalıdır: Azərbaycan Fransaya qarşı səs tonunu sərtləşdirir” adlı reportaj yayımlayıb. Beynəlxalq konfransda 14 ölkənin nümayəndələrinin iştirak etdiyi diqqətə çatdırılıb.

Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alan fikirlərə geniş yer verilib. Bildirilib ki, Azərbaycan Prezidenti Fransanın neokolonial siyasətini, BMT Təhlükəsizlik Şurasındakı üzvlüyündən sui-istifadə edərək Afrika, eləcə də dünyanın digər regionlarında qərəzli siyasət yürütməsini kəskin şəkildə pisləyib. Fransa öz maraqlarına görə geosiyasi intriqalarla məşğul olur.

Eyni zamanda, diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti Fransanın müstəmləkələrində törətdiyi sui-istifadələrə diqqət çəkib. Qeyd edilib ki, Fransa Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean regionu və Latın Amerikasında onlarla ölkəni müstəmləkəyə çevirərək, onların təbii sərvətlərini talayıb və xalqlarını uzun müddət əsarətdə saxlayıb. Həmçinin Fransa silahlı qüvvələrinin bu ölkələrdə çoxsaylı hərbi və insanlığa qarşı cinayətlər törətdiyi, xüsusilə də etnik və dini mənsubiyyətinə görə yüz minlərlə insana qarşı soyqırımı həyata keçirdiyi vurğulanıb.

Reportajda bildirilir ki, Azərbaycan Prezidentinin müraciətində XXI əsrdə müstəmləkəçiliyin davam etməsi qətiyyətlə pislənilir və bu neokolonial təzahürlərin artan tendensiyalarından narahatlıq ifadə edilir. Fransanın dünyada ən çox mina istifadə edən ölkələrdən biri olduğu bildirilir, buna misal olaraq Əlcəzair nümunə kimi göstərilib. Vurğulanıb ki, Əlcəzair ərazisinə 5 milyondan çox mina basdırılıb və bu, saysız-hesabsız iztirablara, insan itkilərinə səbəb olub.

Qeyd edilib ki, konfrans Fransanın keçmiş müstəmləkələrdə törətdiyi cinayətlərini ifşa etmək üçün platforma rolunu oynayır. Reportajda vurğulanıb ki, beynəlxalq konfrans zamanı aparılan müzakirələr, neokolonial təcrübələrə dair fikir mübadilələri daha ədalətli dünya nizamının təşviqinin vacibliyinə dəlalət edir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət