USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Baş nazir Əli Əsədov Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüşüb


https://img.baki-baku.az/news/2023/10/photo_9298.jpg

Oktyabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Hindistan Respublikasının ticarət və sənaye üzrə dövlət naziri xanım Anupriya Patel ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan Respublikası Hökuməti və Hindistan Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən iclasının önəmi vurğulanıb. İclasda qəbul edilən qərarların və imzalanan sənədlərin iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcəyinə əminlik ifadə olunub.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyəti barədə danışan Ə.Əsədov ötən dövrdə ölkəmizin gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təşkilatın beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi onun Hərəkata sədrliyinin daha bir il uzadıldığını bildirib.

İkinci Qarabağ müharibəsindən sonra regionda cərəyan edən proseslər barədə fikirlərini bölüşən Baş nazir ötən dövrdə Azərbaycanın ciddi səylərinə baxmayaraq, Ermənistanın öz silahlı qüvvələrini Qarabağ ərazisindən çıxarmaqdan boyun qaçırdığını, üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini davamlı olaraq pozduğunu, müxtəlif hərbi təxribatlara əl atdığını deyib.

Vurğulanıb ki, sentyabr ayında baş vermiş növbəti təxribatdan sonra Azərbaycan qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində öz suverenliyini tam şəkildə təmin edib. Azərbaycan Ordusunun yüksək peşəkarlıq göstərərək yalnız hərbi hədəflərə zərbələr endirdiyi, mülki infrastrukturu və mülki şəxsləri hədəfə almadığı qeyd olunub.

Bildirilib ki, hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazda sülhün bərqərar edilməsi üçün tarixi şərait yaranıb. Belə bir həssas məqamda Ermənistan tərəfinin fəal şəkildə silahlanması sülh prosesinə ciddi zərbə vurur, Cənubi Qafqaz bölgəsində sülh və sabitlik üçün yeni təhdidlər yaradır.

Görüşdə, həmçinin Azərbaycan-Hindistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət