USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Erməni bloger: Revanşistlər Azərbaycan haqqında böhtanlar yayırlar


https://img.baki-baku.az/news/2023/10/photo_9229.jpg

“Mən Ermənistanın media sahəsində yeni, təhlükəli tendensiya müşahidə edirəm. Xüsusilə müxalifət kanalları Qarabağ ermənilərinin köçürülmədən əvvəl və ya köçürülmə zamanı azərbaycanlılar tərəfindən çoxsaylı işgəncələrə məruz qaldıqlarını bildirən materiallar yayırlar”.

Bu barədə erməni bloger Natali Aleksanyan Facebook səhifəsində yazıb.

“Mən çoxlu Qarabağ ermənisi ilə danışmışam və heç biri azərbaycanlıların onlara qarşı pis münasibətinə belə eyham vurmayıb. Mən azərbaycanlıların gedən ermənilərə çörək, su payladığı, onlarla mehriban ünsiyyət qurduğu Azərbaycan mediasında görmüşəm. Əminəm ki, mənimlə danışan Qarabağ ermənilərinə, həqiqətən də, işgəncə verilsəydi, o zaman söhbətimizin ilk mövzusu bu işgəncə haqqında olardı.

Bundan əlavə, sadə bir sual verirəm: bu adamların Ermənistan torpağına ayaq basdığı anda işgəncədən danışmasına nə mane oldu? Niyə bir ay sonra işgəncədən danışmağa başladılar? Qarabağ erməniləri həqiqəti söyləməkdən qorxurdularmı? Əlbəttə, yox.

Mən əminəm ki, baş verənlər Ermənistanın dövlətçiliyinə qarşı təxribatdır. Revanşist qüvvələr əbədi müharibədən ümidlərini üzmür və bu cür ucuz dezinformasiyalar yaymaqla ölkə daxilində azərbaycanlılarla sülhün əleyhinə olacaq ictimai əhvali-ruhiyyə yaratmağa çalışırlar. Dövlət aparatının tam səmərəsizliyi şəraitində müharibə qüvvələri alçaldılmış Qarabağ ermənilərindən alət kimi istifadə edərək yenidən nifrət yaradırlar”, – Natali Aleksanyan yazır.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət