USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Yenə ikili standart, yenə də qərəzli mövqe

Azərbaycanın əleyhinə qəbul edilən qətnamələr plenar iclasda “kağız parçası” adlandırıldı


https://img.baki-baku.az/news/2023/10/photo_9172.jpg

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Mili Məclisin payız sessiyasının növbəti plenar iclası keçirildi. Gündəliyin təsdiqindən sonra deputatlar cari məsələlərdən danışdılar. Çıxış edənlər son vaxtlar bir sıra ölkələrin parlamentlərində respublikamız əleyhinə qəbul olunmuş qərəzli qətnamələri kəskin tənqid etdilər. 

Sonra S.Qafarova gündəliyə 12 məsələ daxil edildiyini bildirdi. Dedi ki, ilk 9 məsələ ikinci oxu­nuşda daxil olan qanun layihələridir. Həmin sənədlərin müzakirəsi zamanı birinci oxunuşda səsləndirilən təklif və rəylər komitə iclaslarında yenidən müzakirə olunub və əksəriyyəti qəbul edilib. 

Qanun layihələri səsə qoyularaq qəbul edildi.

“Dövlət ehtiyatları haqqında” və “Aviasiya haqqında “ qanun layihələri birinci oxunuşda mü­zakirəyə təqdim edildi. 

“Aviasiya haqqında” yeni qanun layihəsində təhlükəsizliyin gücləndirilməsi, icazələrin veril­məsinin sadələşdirilməsi və şəffaflaşdırılması, hər kəs üçün bərabər imkanların yaradılması və ədalətli rəqabətin təmin edilməsi məqsədlərinin daha da gücləndirilməsi öz əksini tapıb. Layihədə aviasiya sahəsində dövlətin əsas məqsədi müəy­yən edilib və vəzifələrə yeni müddəalar artırılıb.

***

Çex Respublikası Senatının regionumuzda baş verən proseslərə dair qəbul etdiyi qeyri-ob­yektiv, mövcud reallıqları təhrif edən qətnaməsi təəssüf doğurur. Azərbaycan–Çexiya parlament­lərarası əlaqələr üzrə İşçi qrupu olaraq, bu qərəzli qətnaməyə qəti etirazımızı bildiririk.

Bu sözlər Azərbaycan–Çexiya parlamentləra­rası əlaqələr üzrə İşçi qrupunun bəyanatında yer alıb.

“Təəssüflər olsun ki, bəzi Avropa ölkələrinin, xüsusilə, Avropa Parlamentindəki destruktiv qüv­vələrin təsiri və təzyiqi Azərbaycana qarşı bu cür qeyri-obyektiv addımların atılmasına və sənədlə­rin qəbul edilməsinə rəvac verir. Bu fakt, öz-öz­lüyündə həmin sənədlərdə irəli sürülən iddiaların nə dərəcədə əsassız olduğunu bariz şəkildə nü­mayiş etdirir.

Azərbaycan–Çexiya parlamentlərarası əlaqə- lər üzrə İşçi qrupu olaraq, Çex Respublikası Se­natının qəbul etdiyi bu qətnaməni bir daha qətiy­yətlə rədd edirik,” – deyə bəyanatda bildirilir. 

***

Azərbaycan–Avstriya parlamentlərarası əla-qələr üzrə işçi qrupu da Avstriya Parlamentinin 19 oktyabr tarixli birtərəfli, regionda baş verən hadisələri obyektiv əks etdirməyən, beynəlxalq hüquq normalarına və beynəlxalq aləmdə Avst­riyanın neytral mövqeyinə zidd olan bəyanatına qəti etirazını bildirib. 

Əliqismət BƏDƏLOV




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Daxili siyasət