USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Kimlərəsə Tofiq Yaqublunun səhhətilə bağlı durum sərfəli imiş - deputatlardan açıqlamalar


https://img.baki-baku.az/news/2020/09/photo_917.jpg?v=MjAyMC0wOS0xOCAyMjo1MjowMA==

“Tofiq Yaqublu barəsində qərarın dəyişdirilməsi bir daha Azərbaycan dövlətinin ənənəvi olaraq, hüquqi imkanlar daxilində humanist siyasətin təmin olunmasında maraqlı olduğunu göstərdi”.  

Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu deyib. O bildirib ki, hər bir vətəndaşın həyatı, sağlamlığı  dövlətimiz üçün olduqca qiymətlidir:  “Ancaq bir məsələni də qeyd etmək lazımdır ki, məhkəmə hökmündən bəri davam edən hüquqi prosedurlar paralel olaraq, həm də ictimai-siyasi müstəviyə transfer edildi və əslində ciddi şəkildə istismara məruz qaldı. Bunu edənlər Tofiq Yaqublunun azad edilməsini istəyənlər kimi görünsələr də, heç də əsl məqsədləri bu deyildi. Çünki onları vətəndaşımızın həbsindən, sağlamlığından, azadlığından daha çox, şəxsi siyasi çıxarları maraqlandırırdı və axıra qədər də bu mövqelərindən əl çəkmədilər. İctimai vicdanı ağrıdan da elə budur. Ancaq bu marginal qruplardan fərqli olaraq, xeyli sayda ziyalılarımız, millət vəkillərimiz, yerli insan hüquq müdafiəsi təşkilatları təmsilçilərimiz də var idi ki, onlar hüququn nə üçün tətbiq olunduğunu obyektiv qiymətləndirərək, dövlətimizin Tofiq Yaqublu üçün istisna humanist mövqe ortaya qoymasını xahiş edirdilər. Tofiq Yaqublunun azadlığa çıxmasını həqiqi istəyənlər bunlar idi”.

Deputat qeyd edib ki, hüquq sistemimiz isə bütün nüansları nəzərə  alaraq ölkədə həyata keçirilən cinayət hüququnun humanistləşdirilməsi kontekstində yeni humanist qərar qəbul edib və bu qərarı hamı alqışlayır: “Çox təəssüf ki, hadisəni istismar edənlər yenə də guya yeni qərarın onların təzyiqi nəticəsində baş tutduğunu iddia edirlər. Beləliklə də həm dövlətimizin ədalətini, həm hüquq sistemimizin humanizmini gözdən salmağa çalışırlar. Ancaq ictimai rəyin obyektiv əsaslarda qəbul etdiyi gerçəklik budur ki, Tofiq Yaqublu dövlətimizin humanizm siyasəti sayəsində evinə gedə bilib və bu yüksək qiymətləndirilməli hadisədir”.

***

“Bakı Apelyasiya Məhkəməsində Tofiq Yaqublu ilə bağlı qəbul edilən bugünkü qərar bir daha Azərbaycan dövlətinin humanist olduğunu və öz vətəndaşına diqqət və qayğı göstərdiyini nümayiş etdirdi”.

 APA-ya bu fikirləri bildirən deputat Elman Nəsirov deyib ki, Tofiq Yaqublu təcridxanada olarkən də ona hüquqi çərçivədə bütün imkanlar yaradılıb: “Səhhətinin daim həkim nəzarətində saxlanılması üçün o, istintaq təcridxanasının tibb məntəqəsinə yerləşdirilib, səhhəti sabit olub. Eyni zamanda xahişi ilə tanıdığı mülki sektorun həkimi Adil Qeybullaya onun müayinəsi, müalicəsi və sağlıq durumuna nəzarət edə bilməsi üçün orada lazımi şərait yaradılıb. Eyni zamanda o qanunvericiliyə uyğun şəkildə ailə üzvləri və vəkili ilə də görüş təşkil edilib. Həmçinin, T. Yaqublu İnsan Hüquqları üzrə Müvəkkil tərəfindən və Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə qəbul edilib və ona səhhətində problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı söhbətlər aparılaraq müvafiq tövsiyələr verilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Ofisinin nümayəndələrinin onunla görüşünə şərait yaradılıb. Əlavə olaraq, T.Yaqublunun sağlıq durumunda problem yaranmaması üçün onun özünün və həkimi Adil Qeybullanın təklifi o mülkü xəstəxanaya yerləşdirilib”.

Deputat vurğulayıb ki, T. Yaqublu ilə bağlı həbs qəti-imkan tədbiri barədə qərarın dəyişdirilməsi cəmiyyətdə çox müsbət qarşılanıb: “Azərbaycan ziyalıları, tanınmış ictimai xadimlər də bu məsələ ilə bağlı ölkə Prezidentinə müraciət etmişdilər. Bu hadisə eyni zamanda müəyyən antiazərbaycan siyasi dairələrin, 5-ci kolonun, radikal müxalifətin də öz mahiyyətini növbəti dəfə ortaya qoydu. Onlar bu hadisədən siyasi şou kimi istifadə edirlər, Azərbaycan dövlətinin beynəlxalq imicinə zərbə vurmaq üçün hansı hay-həşir qoparırlar, "Azərbaycan dövləti üçün nə pisdirsə, onlar üçün yaxşıdır" prinsipi ilə çıxış edirdilər. Onlar Tofiq Yaqublu ilə bağlı hadisələrin ən arzuolunmaz ssenarisinin baş tutmasını istəyirdilər. Amma onların bu niyyəti baş tutmadı. Azərbaycan dövləti isə özünün humanist xarakterini ortaya qoydu. Bu da onu göstərir ki, Azərbaycan dövləti güclü dövlətdir. Bu gün Azərbaycanda səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyi hökm sürür. Bu son hadisə də cəmiyyətdə olduqca müsbət dəyərləndirilir”.

***
"Tofiq Yaqublu ilə bağlı qərar bir daha Azərbaycan dövlətinin növbəti humanist addımının bariz nümunəsidir. Bir çox ziyalıların ölkə rəhbərliyinə müraciətinin, ictimai rəyin nəzərə alınması və bir insan həyatının xilas olunması Azərbaycan dövlətinin yürütdüyü siyasətin mərkəzində vətəndaş amilinin durduğunu göstərir".

Bunu APA-ya açıqlamasında deputat Cavid Osmanov deyib. O bildirib ki, ancaq Tofiuq Yaqublu üzərindən bəzi radikal qüvvələr şou düzəltməyə çalışırdılar:

"17 gün ərzində biz bir daha Azərbaycan xalqı, cəmiyyəti əmin oldu ki, bu şouda iştirak edənlər Tofiq Yaqublunun həyatına olan təhlükənin marağında deyillər. Hətta Tofiq Yaqublunun həyatını itirməsi onlar üçün ən arzuolunan ssenari idi. Bu gün 5-ci kolonun nümayəndələrini, xaricdə oturan və Azərbaycana, xalqımıza qarşı hər zaman şər-böhtan, söyüş kampaniyası aparanları, Milli Şuranın üzvlərini, Əli Kərimli, Cəmil Həsənli və bunlar kimi antimilli qüvvələri Tofiq Yaqublunun həyatı maraqlandırmırdı. Onlar birmənalı olaraq, T. Yaqublunu aclıq aksiyasını davam etdirməyə çağırırdılar. Əslində bu qüvvələr T. Yaqublu üzərindən qurulmuş ssenari, onların yaratdığı şou, Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı edilən çağırışlar qəbuledilməzdir. Azərbaycanda hər bir məsələ qanun çərçivəsində həll olunur. Bugünkü qərar da bunu bir daha göstərdi. Bununla yanaşı hər kəs bilməlidir ki, Azərbaycan dövləti ilə heç kəs təhdid və şantaj yolu ilə danışa bilməz”.  

Deputat qeyd edib ki, heç bir fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur: "Onun qızının atasını aclığı davam etdirməyə çağırması təəccüblüdür.  Bu, ümumilikdə qəbulolunmaz haldır.  Görünür burada  əlində alət olduqları Əli Kərimlini hansısa kaprizlərini təmin etmək daha vacib imiş. Yenidən ikili standartlara xidmət edən beynəlxalq təşkilatları saxta donoslar verərək Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasını başlatamağa, Azərbaycanın beynəlxalq nüfuzunu zədələməyə çalışırdılar”.

C. Osmanov vurğulayıb ki, bu gün bir daha Azərbaycanla heç kəsin şantaj və yaxud diqtə yolu ilə heç nə etməyə qadir olmadığı məlum oldu.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət