USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Avstriya Parlamentinin birtərəfli bəyanatı bu ölkənin beynəlxalq aləmdə neytral mövqeyinə ziddir


https://img.baki-baku.az/news/2023/10/photo_9160.jpg

Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu Avstriya Parlamentinin 2023-cü il 19 oktyabr tarixli birtərəfli, regionda baş verən hadisələri obyektiv əks etdirməyən, beynəlxalq hüquq normalarına və beynəlxalq aləmdə Avstriya Respublikasının neytral mövqeyinə zidd olan bəyanatına qəti etirazını bildirir və regionda etimad və sülh yaradıcı fəaliyyəti hədəf alan bu hərəkəti şiddətlə qınayır.

Bu barədə Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bəyanatında bildirilib.

Qeyd olunub ki, Avstriya Parlamentinin qəbul etdiyi bəyanatda Azərbaycanın öz suveren ərazisində terrorçuluqla mübarizəsi, antiterror tədbirləri zamanı mülki əhalinin ziyan çəkməməsi, Qarabağın erməni əsilli sakinlərinin könüllü olaraq Ermənistana keçməsi, Qarabağı tərk etməyərək orada qalan insanlara Azərbaycanın hər cür yardım etməsi, reinteqrasiya prosesi üçün xüsusi portalın yaradılması və Azərbaycan Prezidenti Administrasiyasının reinteqrasiya üçün xüsusi plan bəyan etməsi ilə bağlı həqiqət və faktlar nəzərə alınmayıb, regionda mövcud olmuş münaqişənin kökündə dayanan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, onun ardınca ölkəmizə münasibətdə törədilmiş hərbi işğal və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qalması əksini tapmayıb.

“2023-cü il 18 oktyabr tarixində Avstriya Parlamentində deputatlarla görüş zamanı bütün bu məsələlər və faktlar tərəfimizdən sübutlarla onların diqqətinə çatdırılmış və deputatları maraqlandıran bütün suallara cavab verilmişdir.

Azərbaycan-Avstriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq ölkəmizə qarşı nümayiş etdirilən bu ədalətsiz yanaşmanı qətiyyətlə rədd edirik. Hesab edirik ki, bu cür bəyanatlar Ermənistandakı revanşist qüvvələri Azərbaycana qarşı fəaliyyətlərə təhrik edir və heç bir halda Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə xidmət etmir”, - deyə bəyanatda vurğulanıb.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət