USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əflatun Amaşov: "...hamımız Rusiyaya işləyən kimi göstərilə bilərdik"


https://img.baki-baku.az/news/2020/09/photo_910.jpg

"Məsələ kifayət qədər geniş müzakirəyə səbəb olub. Məni düşündürən bu siyahıda kimlərin, hansı statusda olanların adlarının yer alması deyil. Daha çox siyahının nəyə görə yayımlanmasıdır. Bir çox adlara diqqət yetirəndə adamda belə təəssürat yaranır ki, orada tanıdığımız hər kəsin adı ola bilərdi və hamımız Rusiyaya işləyən kimi göstərilə bilərdik. Məhz buna görə də əlaqədar qurumlar məsələyə ciddi diqqət yetirməlidirlər. Tam aydındır ki, hansısa siyasi məqsədi gerçəkləşdirmək niyyəti var. O məqsəd nədir, müəyyənləşdirilməlidir". "Baki-Baku.az" xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Dossier.center” saytının guya Rusiyaya xidmət etdiyi bildirilən azərbaycanlıların siyahısını yayması məsələsinə münasibətində deyib. 

Ə.Amaşov bununla bağlı facebook səhifəsindəki paylaşımında bildirib ki, "ümumən diqqət yetirmişəm, bu mənim şəxsi müşahidəmdir ki, Türkiyə-Azərbaycan münasibətlərindəki qardaşlıq təzahürləri daha çox cəmiyyətə sirayət etdiyi vaxtlarda belə informasiyalar yayılır. Əlbəttə, indi daha dərinə gediblər. Hiss olunur ki, cəmiyyəti qarışdırmaqda bir növ israrlıdırlar. Təbii ki, bu, mümkün deyil. Ən azından ona görə ki, hamı hamını tanıyır".

MŞ sədri belə bir məlumatın dövriyyəyə buraxılmasının əsl səbəbi, doğura biləcəyi fəsadlar üzərində dayanılmasının vacibliyini əsaslandırarkən bunları bildirib: "Hiss olunur ki, kimlərsə “baxın, Azərbaycanın üzdə olan, ictimai fikrə bu və ya digər təsiri olan adamları Rusiyaya işləyir” mesajı verilir və kimlərsə də bu mesajı çox incəliklə Azərbaycan cəmiyyətində tirajlayır. Beləliklə həm daxili, həm də beynəlxalq ictimai rəyə təsir göstərilir. Yenə də vurğulayım ki, bilmədiyimiz nəsə varsa, bunu əlaqədar qurumlar ortaya qoymalıdır. Mövzu ətrafında ciddi araşdırmalar aparılmalıdır. Ümumən məsələyə çox həssas yanaşılmalıdır".




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət