USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezident İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev suveren Azərbaycanı Qarabağsız və onun tacı olan Şuşasız təsəvvür etmirdi


https://img.baki-baku.az/news/2023/10/photo_9099.jpg

Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” sərgilərinin təşkili işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi həyatın bərpası, regional sülh və davamlı inkişaf məqsədinin reallaşması baxımından faydalı olmuşdur. Şübhəsiz ki, bugünkü Sərgi də gələcək biznes layihələrinin gerçəkləşdirilməsi üçün mühüm fürsətlər yaradacaqdır.

Bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən 3-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” ‒ “Rebuild Karabakh” Sərgisinin iştirakçılarına müraciətində qeyd olunub.

Sərginin xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin keçirildiyi dövrə təsadüf etməsinin vurğulandığı müraciətdə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin ərazi bütövlüyünün təmin edilməsində və müstəqil inkişafında misilsiz xidmətləri olduğu bildirilib.

“Ümummilli Lider Heydər Əliyev suveren Azərbaycanı Qarabağsız və onun tacı olan Şuşasız təsəvvür etmirdi. Ulu Öndər həmin ərazilərin iqtisadi-mədəni inkişafı və həyat səviyyəsinin davamlı yaxşılaşması naminə xüsusi səy göstərmişdir. Ulu Öndərin böyük coşqu ilə sevdiyi Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Şəhərlər, kəndlər, qəsəbələr abadlaşdıqca, bu torpaqların əzəli sahibləri sülh şəraitində əbədi yaşamaq üçün doğma yurdlarına qayıdırlar”, - deyə müraciətdə qeyd edilib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət