USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Oskanyanın “gizli xilas” boxçası

Hayastanın sabiq baş diplomatının səyləri poçtalyon Peçkinin davranışını xatırladır


https://img.baki-baku.az/news/2023/10/photo_9040.jpg

Ermənistan xilas edildi. Onun canını “Qarabağ” kodlu ağır yükdən Azərbaycan əsgəri qurtardı. Bu, işğalçılıq mərəzindən müalicə etməyə çalışdığımız dövlətin həqiqi müstəqillik, qonşularla təcili şəkildə sülhə gəlmək, onlarla faydalı əməkdaşlığın perspektivləri və bu tarixi imkanı əldən buraxmamaq barədə düşünmək şansıdır. Amma kənardan aydın görünən həqiqət bundan ibarətdir ki, şovinist və revanşist hayların bir qismi bu reallığı görmək, onu düzgün dəyərləndirmək iqtidarında deyil. Belələrindən biri də Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyandır.

Sosial şəbəkədə canlı efirdə auditoriyaya “siyasi mühazirə” oxuyan V.Oskanyan bəyan edib ki, onun Ermənistanı və “Dağlıq Qarabağı” düşdüyü dalandan çıxarmağa dair “hərəkət planı” var. O, bu planın hətta konkret bəndlər üzrə hazırladığından söz açır. “Amma planın detalları barədə danışa bilmərəm”,– deyən eks-baş diplomatın bu “strateji jestləri” ötən əsrin 70-80-ci illər sovet animasiya filminin məhşur qəhrəmanı, nümunəvi vətəndaş və poçtalyon Peçkinin hərəkətlərinə bənzəyir. Yəqin yaşlı nəsil onun qoltuğunda “banderol” qapını döyərkən içəridəki azyaşlılara dediyi və sonralar aforizmə çevrilmiş sözlərini xatırlayır: “Mən sizə banderol gətirmişəm. Amma onu sizə verə bilmərəm, çünki hələlik pasportunuz yoxdur”.   Mağmın poçtalyondan fərqli olaraq, uğursuz diplomat Oskanyanın qoltuğunda nəinki hansısa “banderol”, heç məktub belə yoxdur.

Bu gün İrəvan iqtidarına qarşı ən barışmaz mövqedə olan qatı radikallar belə artıq  Qarabağın Azərbaycanın tam nəzarətinə keçməsi faktını qəbul etmək məcburiyyətində qaldıqlarını etiraf edirlər. Daha Ermənistan paytaxtında bu coğrafiyanın adının hallandırıldığı nə etiraz mitinqləri, nə də küçə yürüşləri keçirilir. İntəhası, eks-nazir Oskanyan yenə baş nazirə “Qarabağ uğrunda mübarizə apar” xarakterli bəyanatları ilə onun başına ağıl qoymağa çalışır. Oskanyan, əslində, Nikol Paşinyanı Fransanın dəstəyindən yararlanmağa çağırır. Yəni, o, bununla demək istəyir ki, Fransa Azərbaycanla mübarizəni davam etdirən yeganə Avropa ölkəsidir. İki həftə bundan əvvəl özünün “dahiyanə” fikirlərini ictimaiyyətə açıqlayan erməni “siyasi strateqin” Bakının Qarabağda həyata keçirdityi antiterror tədbirindən sonra gülünc duruma düşdüyü şəksizdir. Dünən onun fikirlərinə az-çox qulaq asanlar bu gün haqlı olaraq Hayastanın bir dövlət kimi hansı yolla xilas edilməsi üzərində baş sındırmaqla məşğuldurlar.

Ermənistan hakimiyyətində Qarabağ klanından bir nəfəri belə görməyi arzulamayan indiki səlahiyyət sahiblərinin Oskanyanın dediklərinə qarşı diqqəti sıfır üzərindədir. Xalqa qulağna boş vədlər üfürən “Mister X” özü də yaxşı anlayır ki, bundan sonra ona heç bir kürsü və ya səlahiyyət verilməyəcək. Maskasının arxasından keçmiş şefi Robert Koçaryanın “sifəti” görünən eks-nazirin açıqlamaları daha çox psixodispanser pasiyentinin sayıqlamalarına bənzəyir. Müharibə cinayətkarı, müxalifətin lideri, separatçı Koçaryanın özü isə ictimaiyyətin diqqətini ona sadiq məhz əsgər-diplomatın vasitəsilə yayındırmağa çalışır. Yəni, Oskanyanın dili ilə demək istəyir ki, beynəlxalq elita ilə əlaqələri sayəsində bu işin “təşkilinə” yardım göstərə bilər.   

Fəqət, Oskanyan bunları publikaya deyərkən, Fransanın guya davam etdirdiyi  mübarizənin sonunda hansı nəticəni əldə edə biləcəyini söyləməyi unudur. Axı oskanyanbeyinli ermənilər üçün Frans–Azərbaycan münasibətlərinin  gərginləşməsi perspektivindən savayı pozitiv heç nə görünmür. Bu zaman itirən yenə birinci tərəf olacaq. Yalnız bir məsələdə Oskanyana haqq qazandırmaq mümkündür. Bəli, Paşinyan Qarabağ yükündən canını qurtardığına və Azərbaycanın yaratdığı  reallıqları nəzərə aldığına görə, sadəcə özünə və ölkəsinə aid məsələlərlə məşğul olmaq istəyir. Keçmiş Dağlıq Qarabağ münaqişəsi istər regional, istərsə də beynəlxlaq gündəlikdə müzakirə edilən məsələr siyahısında deyil. Bu mövzu qapanıb. Həm də birdəfəlik!  

İ.HƏSƏNQALA




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İmran BƏDİRXANLI