USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fəxri adların verilməsində gizlilik prinsipi nə üçündür? Nazirin birinci müavini aydınlıq gətirdi


https://img.baki-baku.az/news/2020/09/photo_903.jpg

"Fəxri adların verilməsi ilə bağlı sui-istifadə hallarının qarşısının alınması üçün hüquqi mexanizmin həyata keçirilməsi təklif edilib". "Baki-Baku.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

A.Kərimov fəxri adların verilməsi ilə bağlı işlətdiyin fikir düzgün anlaşılmadığını vurğulayıb və məsələnin gələcəkdə fəxri adların verilməsindəki sui-istifadələrin qarşısının alınması ilə əlaqədarlığını önə çəkib.

A.Kərimov bildirib ki, hazırlanacaq hüquqi tənzimləyici mexanizm konkret meyarlara əsaslanacaq. Həmin meyarlar vasitəsilə fəxri adlara təqdim olunmuş namizədləri isə müstəqil komissiya nəzərdən keçirəcək. Yekun qərar gizli qəbul olunacaq. Nazirin birinci müavini bu prosedur vasitəsilə gələcəkdə hər hansı sui-istifadə hallarının qarşısının alına biləcəyini vurğulayıb.

A.Kərimov Mədəniyyət Nazirliyində həbslər və Hesablamalar Palatasının apardığı yoxlamalarla bağlı sualları cavablandırmayıb. O, deyib ki, məsələni Maliyyə Nazirliyi və digər dövlət qurumları araşdırır, buna görə də şərh vermək istəmir.



Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət