USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fransa regionda savaş axtarırmı?

Parisin erməni “təəssübkeşliyi” sülhə xidmət etmir


https://img.baki-baku.az/news/2023/10/photo_8971.jpg

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bəzi qeyri-region dövlətlərini narahat edir. Xüsusi ilə 19 sentyabr lokal xarakterli antiterror tədbirlərindən sonra erməni əhalinin Azərbaycanın Qarabağ regionunu könüllü şəkildə tərk etmələri Fransa kimi ölkələri destruktiv mövqe sərgiləyirlər. Belə ki, Fransanın təşəbbüsü ilə oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında bir qrup ölkə Azərbaycana qarşı birgə bəyanatla çıxış edib. Bəyanatda ermənilərin Azərbaycanın Qarabağ bölgəsindən köçürülməsinin səbəbləri ilə bağlı böhtan xarakterli ittihamlar yer alıb. Təbii ki, bu təşəbbüslərin əsaslandığı iddialar həqiqətə uyğun deyil və insan hüquqlarının müdafiəsi deyil, sülh prosesinə zərbə vurmaq və regionda gərginliyi artırmaq məqsədi daşıyır.

Fransa 25 ilə yaxın Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi olub, lakin heç vaxt Ermənistanın işğalçılıq və işğalçılıq siyasətini pisləməyib. Paris münaqişənin həlli üçün heç bir istək də nümayiş etdirməyib, əksinə, Azərbaycan münaqişəni müstəqil şəkildə həll etdikdən sonra ölkəmizə qarşı böhtan kampaniyası aparır. Özünü yalandan insan haqları və beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa digər ölkələrin daxili işlərinə qarışmaqda davam edir. Prezident İlham Əliyevin carilin iyul ayında Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında dediyi kimi, “Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır”. Fransa BMT Təhlükəsizlik Şurasında Qarabağın erməni əhalisinin geri qaytarılmasına şərait yaradacaq qətnamənin qəbul edilməsi üçün yeni müzakirəyə başlamaqla üzünə çırpılmış qapını yenidən döyməyə bahənə axtarır.

BMT-nin İnsan Hüquqları Şurası (UNHRC) qurumun orqanıdır və onun missiyası bütün dünyada insan hüquqlarını təşviq etmək və qorumaqdır. UNHRC-un əsas vəzifəsi hesabat və tövsiyələr hazırlamaqdır. Xüsusi məruzəçilər şəxsi səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir, hökumətlərin dəvəti ilə ölkələrə səfər edir, öz səlahiyyətləri daxilində məsələləri qiymətləndirmək üçün hökumətlər, biznes qurumları və QHT-lərlə danışırlar. Onların mandatı tematik ola bilər, məsələn, inkişaf hüququ, transmilli korporasiyaların məsuliyyəti və ya insan hüquqları. Heç kimə sirr deyil ki, insan haqları mövzusundan bir çox hallarda postsovet ölkələrinə siyasi təzyiq aləti kimi istifadə olunur. İndi Fransa insan haqları məsələsindən sui-istifadə edərək, ondan siyasi alət kimi yararlanmaqla və ikili standartlar tətbiq etməklə suveren dövlətə-Azərbaycana təzyiq göstərməyə çalışır.

Əlbəttə, bügünkü Fransa güclü prezidentləri dövründə sahib olduğu səlahiyyət və təsirə malik deyil. Parisin dünyada və Frankofoniya ölkələrində nüfuzu qalmayıb və buna görə də president Emmanuel Makron hökuməti Ermənistanın nümunəsindən istifadə edərək, Fransanın hələ də formal müttəfiqlərinin maraqlarını qoruyacaq qədər güclü və nüfuzlu olduğunu göstərməyə çalışır. Bu, ən azı fransızların erməni maraqlarını müdafiə edərkən istifadə etdikləri tələbkar ritorikadan aydın görünür. Amma aydındır ki, bu, sadəcə ritorikadır, onun arxasında güclü geosiyasi təsir dayanmır, Paris bununla göldə tufan yaratmağa can atır. Fransanın BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağın erməni əhalisinin geri qaytarılmasına şərait yaradacaq qətnamənin qəbul edilməsi üçün yeni müzakirəyə başlaması da dediklərimizi təsdiqləyir.

Fransanın təşəbbüsü ilə bir qrup dövlətin 2023-cü il oktyabrın 11-də BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan əleyhinə birgə bəyanat vermələri Parisin sülh yox, savaş axtarışında olmasından xəbər verir. Bəyanatda Azərbaycanın Qarabağ bölgəsindən ermənilər köçməsinin səbəblərinə dair əsassız və böhtan xarakterli iddialar yer alıb. Halbuki dünya ictimaiyyəti gördü ki, ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına Ermənistan əngəl törədir. Indi Fransanın təhriki ilə birgə bəyanata qoşulan ölkələrin Azərbaycana məsləhət verməyə mənəvi haqqı yoxdur. Həmin ölkələrin bir çoxu (Fransa, Almaniya, ABŞ, İspaniya və s. ) digər dövlətlərə və xalqlara qarşı dəfələrlə çoxsaylı cinayətlər törədiblər. Fransanın bu təşəbbüsünün qərəzli və birtərəfli olması, orada Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna toxunulmur. Birgə bəyanata imza atanlar 1 milyona yaxın azərbaycanlının öz doğma torpaqlarından qovulmalarına niyə göz yumurdular? Hazırda yüz minlərlə dogma yurdlarından məhrum olmuş azərbaycanlı hələ də köçkün həyatı yaşayır. Amma sənəddə onlar haqda heç nə deyilmir. Buna görə də, bəyanata imza atanlar ikili standartlara, məsələlərə dini və etnik təəssübkeşlik prizmasından yanaşmalarına son qoymalıdırlar.

Bir sözlə, Fransanın təşəbbüsləri sülhə xidmət etmir. Paris və digərləri azərbaycanlılara qarşı bu cür ayrı-seçkiliyə yol verməklə regionda gərginliyi artırmaq və sülh prosesini relsdən çıxarmaq məqsədi güdürlər. Fransanın Ermənistana külli miqdarda silah, sursat və hərbi texnika satmasını nəzərə alsaq, onun bölgədə sülh axtarmadığını görürük. Sülh üçün yaradılmış fürsəti adekvat qiymətləndirməyən Fransa və onun kimi ölkələr tarixi məsuliyyət daşıdıqlarını unutmamalıdırlar.

S.ELAY

 




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Səbuhi MƏMMƏDOV