USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanda adambaşına bir Avropa missioneri düşsə də...

Bəs Kanada nə vaxtdan Avropa ölkəsi olub?


https://img.baki-baku.az/news/2023/10/photo_8910.jpg?v=MjAyMy0xMC0xMiAxMDoxMToyNA==

Son günlər region mətbuatında verilən “Avropa İttifaqı Ermənistana daha bir missiya göndərdi”, “Ermənistanın Gorus şəhərində də Avromissiyanın ofisi açıldı”, “Avropa mütəxəssisləri Ermənistanda fəaliyyətə başladılar” və sair bu kimi xəbər başlıqları oxucuların gözünü yağır etməkdədir. Əslində, bunun bizə elə bir ağır-yüngüllüyü yoxdur. Çünki Ermənistan pis-yaxşı, dövlətdir, kimi istəsə gətirib öz ərazisində saxlaya bilər. Onu da xatırladaq ki, işğalçı ölkədə hər adambaşına bir Avropa missioneri yerləşdirilsə də, heç kəs Azərbaycanı öz tutduğu yoldan döndərə bilməyəcək. 

Əksinə, orada Avropa təmsilçilərinin çox olması yaxşıdır. Çünki Ermənistan planetin ən qeyri-demokratik ölkəsidir. Parlamentin güllə-boran edilməsi də orada olub, prezidentliyə namizədə sui-qəsd edilməsi də, qonşu ölkədə Xoca­lı soyqırımının törədilməsi də. Üstəlik, Azərbaycan ərazilərinin 20 faizini işğal edərək yüzlərlə yaşayış məntəqəsinin Yer üzündən silinməsini də məhz bu ölkənin rəhbərləri törətmişdilər. Ona görə də Ermənistanda Avropa mütəxəssisləri­nin çox olması, əslində, müsbət hal ola bilərdi... Hərgah, ora gələnlərin hamısı sülh məramı ilə, xoş niyyətlə, humanitar məqsədlərlə gəlmiş olsaydı... Çox təəs­süf ki, belə deyil. 

Son zamanlar dəfələrlə sübut olunub ki, başda Fransa olmaqla, Avropanın bir neçə ölkəsi Cənubi Qafqazda sülhün bərpa edilməsini əngəlləmək məqsədilə Ermənistana öz təlimatçılarını göndə­rirlər. Bu, az imiş kimi, qonşu ölkənin ərazisini işğal etdiyinə görə Azərbaycan əsgəri tərəfindən burnu ovulmuş Ermə­nistanı daha bir müharibəyə ruhlandıran, hətta hazırlayan ölkələr də var. Bu isə bizi narahat etməyə bilməz. Odur ki, həm işğalçıya, həm də onu yeni avantüraya çağıranlara öz xəbərdarlığımızı etmişik. 

“Avromissiya”lara gəlincə, Azərbay­can tərəfi haqlı olaraq soruşur ki, həmin qruplar Ermənistanda nə ilə məşğul ola­caqlar? Axı keçmiş münaqişə artıq bitib, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyıb, Azərbaycan qalib olsa da, heç bir diktə irəli sürmədən sülh danışıqlarını təklif edir və sair. Yəni, region sülhün as­tanasındadır. Bəs elə isə Avropa nə üçün əl çəkmir?

Hamının yadındadır, ötən ilin oktyabrında keçirilən Praqa görüşü zamanı liderlərin razılığı ilə yaradılmış monitorinq missiyasının mandatı həmin il dekab­rın 19-da başa çatmışdı. Razılaşmaya əsasən, 40 nəfərdən ibarət mülki missi­ya iki ay ərzində fəaliyyət göstərməli idi. Amma iki aylıq missiya başa çatandan sonra Ermənistan və Avropa İttifaqı 100 nəfərdən ibarət yeni missiyanın iki il müd­dətinə göndərilməsi barədə razılığa gəl­dilər. Bu ilin fevralında Avropa İttifaqı yeni missiya ilə bağlı qərar qəbul etdi, aprel ayında isə mülki missiya Ermənistan əra­zisinə göndərildi. Xatırladaq ki, Aİ-nin növ­bəti missiyasının bölgəyə göndərilməsi ilə bağlı Azərbaycan tərəfi razılıq verməyib.

Bir məqamı yada salaq. Azərbay­can hələ əvvəldən bu missiyaların heç də xoşməramlı olmadığını bəyan etmiş və bununla bağlı narahatlığını bildirmiş­di. Sonrakı dönəmdə baş verən pro­seslər, xüsusən də, törədilən təxribatlar Azərbaycanın haqlı olduğunu dəfələrlə göstərdi. Belə ki, Ermənistan Müdafiə Nazirliyi ənənəvi təxribat üsulundan isti­fadə edərək daim dezinformasiya yayır ki, guya, Azərbaycan Silahlı Qüvvələri Aİ müşahidəçilərinə atəş açır və sairə.

Xeyir ola, məqsəd nədir? Təbii ki, bu avantüranın “müəllifi” rəsmi İrəvandır. Ekspertlərin fikrincə, Ermənistan haki­miyyəti bu cür addımları ilə regionda prosesləri öz xeyrinə dəyişməyə çalışır. Amma, əbəs yerə. Daha Ermənistanın “qatarı gedib”. İndi gündəlikdə başqa qatarlar var – Zəngəzur dəhlizi vasitəsilə Avrasiya ölkələrinin iqtisadiyyatını bir-bi­rinə qovuşduracaq qatarlar daha çox ma­raq kəsb edir.

Yuxarıda qeyd etdik ki, Ermənistanın öz yerində sakit oturmasını istəməyən si­yasi dairələrin önündə Fransa gedir. Rəs­mi Paris regiona ayaq açmaq və öz hərbi kontingentini bu ərazidə yerləşdirmək üçün yaranan fürsətdən istifadə etməyə çalışır. Azərbaycanın rəsmi mövqeyi isə bundan ibarətdir ki, missiya region­da sülh prosesinə xələl gətirməməli və birtərəfli mövqe nümayiş etdirməməlidir.

Onu da əlavə edək ki, ərazisində Ru­siya Federasiyasının hərbi bazası olan bir ölkənin “həftə səkkiz, mən doqquz” Avropa təmsilçilərini dəvət etməsi Kreml­də o qədər də sakitliklə qarşılanmır. Yəni İrəvan rəhbərliyinin gerizəkalılığı Cənubi Qafqazı növbəti bir qarşıdurmaya sürük­ləyir. Əvvəlki qarşıdurma Cənubi Qafqa­zın iki ölkəsi arasında olduğuna görə fəsadları o qədər də sarsıdıcı olmamış­dı. Yəni müharibədən sonra hər iki ölkə ayaq üstədir. Böyük güclərin iştirakı ilə törədiləcək növbəti qarşıdurmadan sonra isə Ermənistan dövləti ayaq üstdə qal­maya bilər. Çox təəssüf ki, rəsmi İrəvan bunu anlamır. 

Sonda sərlövhədə xatırlatdığımız başqa bir arqumentimizi əsaslandırmağa çalışaq. Azərbaycan Prezidenti 44 gün­lük müharibədən sonra demişdi: “Mühari­bə göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir”. Həmin 44 gündə uzaq Kanada ölkəsi iki faktla yaddaşımıza yazılmışdı. Rəsmi Ottava həmin günlərdə Türkiyəyə hərbi texnika (“Bayraqdar” üçün müşahi­də kameraları) ixracını dayandırmış, son­ra isə Fransanın başladığı “Artsaxı tanı” kampaniyasını dəstəkləmişdi. Üstəlik, bu ölkə hələ 2004-cü ildə “erməni soyqırı­mını” tanımışdır. 

Tarixi mənbələr göstərir ki, ermənilər Kanadaya son yüz ilə yaxın müddətdə gəliblər. İndi onların sayı 70 minə yaxın­dır. Bu faktları sadalamaqda məqsədimiz məhz həmin 70 min erməninin Kanada kimi iqtisadi imkanları olan Şimali Ameri­ka ölkəsini riyakarcasına Avropa İttifaqına yamaq etməsini göstərməkdir. Belə ki, Kanada hələ 3 il əvvəl “Ermənistan de­mokratiyasına dəstək” adlı bədnam kam­paniyaya qoşulub. Bu ölkənin xarici işlər naziri Melani Coli rəsmi açıqlamasında yazıb: “Kanada münaqişənin sülh yolu ilə dəstəkləməyə və Cənubi Qafqazda sabit­liyin təmin edilməsinə sadiqdir. Regionda mövcudluğumuzu buna görə artırırıq. Bu gün Kanadanın Aİ-nin Ermənistandakı missiyasında iştirak edəcəyini bildiririk”.

Yəni ermənilərin murdar xisləti və on­ların havadarlarının bəd niyyəti üzündən Cənubi Qafqazda baş verən proseslər bir çox siyasi dairələrin “ağzını sulandı­rır”. Ancaq onlar unudurılar ki, regionda Türkiyə Cümhuriyyəti də var, Azərbaycan Respublikası da. Ona görə də bu torpaq­lara əl uzadanların burnu Ermənistanın burnu kimi əzilə bilər. Ermənistanda hər nəfərə bir Avropa missioneri düşsə də, yanında bir kanadalı da dayansa belə, Azərbaycan öz haqq yolundan dönən deyil. 

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İttifaq MİRZƏBƏYLİ