USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xalqın zəfər və tərəqqi ünvanı


https://img.baki-baku.az/news/2023/10/photo_8906.jpg?v=MjAyMy0xMC0xMiAxMDowMDo1Mg==

Tarix ənənələrin davamı üzərində qurulan zəruri proseslər ardıcıllığıdır. Bu baxımdan 1993-2003-cü illər ulu öndər Heydər Əliyevin gerçəkləşdirdiyi müstəsna xilaskarlıq missiyası mütləq inkişaf və tərəqqi dönəmi ilə əvəzlənməli idi. 

Tarixin və dünya siyasi düzəninin gedişinə mükəmməl bələd olan ümum­milli liderin 2003-cü ilin oktyabrında xalqa müraciətində “İnanıram ki, mə­nim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin kömə­yiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümid­lər bəsləyirəm” – fikri də bu həqiqətin ifadəsi idi. Bu gün ümummilli liderimiz Heydər Əliyevin ideyaları, müəyyən­ləşdirdiyi prioritetlər, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyası onun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Hər bir xalqın tarixi inkişafına nəzər salsaq görərik ki, böyük uğurların əldə olunmasında, dünyada gedən intibah prosesində ölkələrin qabaqcıl pillələr­də qərarlaşmasında liderlərin rolu həlledicidir. İlham Əliyev bir daha sü­but etdi ki, liderlik bacarığı elə siyasət­çilərə məxsusdur ki, onlar xalqının, dövlətinin milli maraqlarını qorumaqla yanaşı, həm də öz ölkəsini davamlı şə­kildə inkişaf etdirir, yorulmadan irəliyə doğru apara bilirlər. 

15 oktyabr 2003-cü ildə Azərbay­can xalqı İlham Əliyevi Prezident seç­məklə Heydər Əliyevin siyasi kursuna səs verdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişa­fın, quruculuğun və sabitliyin tərəfin­də olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. İlham Əliyev təkcə əsl siya­si varis olduğunu sübut etmədi. Eyni zamanda, ona qədər başlanan yolun davamı kimi ölkəni daha da inkişaf etdirdi, onun nüfuzunu artırdı, sabitliyi möhkəmləndirdi. 

Prezident İlham Əliyev anti-Türk, anti-Azərbaycan mövqeyində daya­nan dünya güclərinin ölkəmizə qarşı istismarçı siyasi planlarının gerçəkləş­məsinə imkan verməyərək, demokrati­yanın milli kimliyimizlə, eyni zamanda, müsəlman-türk mental mühiti ilə uzla­şan bir sistem olduğunu sübut etdi və intellektual əsaslara söykənən moder­nist cəmiyyət formalaşdıra bildi. Bu, müasir dünya siyasi sisteminə möhür vuran inkişafın Azərbaycan modelidir. Artıq dünya birliyi – beynəlxalq ictima­iyyət “inkişafın milli – Azərbaycan mo­deli” adlı siyasi-iqtisadi möcüzədən, inkaredilməz reallıqdan bəhs edir. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, makroiqtisadi sabitliyin, idarəetmədə effektivliyin tə­min olunması, nümunəvi sosial siyasə­tin həyata keçirilməsi, ölkənin maliyyə gücünün – valyuta ehtiyatlarının artırıl­ması, dünya iqtisadiyyatına uğurlu in­teqrasiyanın reallaşdırılması və digər mühüm faktlar sosial-iqtisadi inkişafın Azərbaycan nümunəsinin mühüm ciz­gilərini təşkil edir.

Məhz 2003-cü ildən isə ölkəmiz Prezident İlham Əliyevin uğurla həya­ta keçirdiyi mütərəqqi islahatlarla inki­şafın və tərəqqinin yeni mərhələsinə qədəm qoyaraq, regional güc mərkə­zinə çevrilmiş, dünyada öz layiqli yeri­ni tutmuşdur. O, xalqa ilk müraciətində “Mən hər bir azərbaycanlının preziden­ti olacağam!” – demişdi. Bu gün hə­min ifadənin həqiqətə çevrildiyi tarixə şahidlik etmək hər bir azərbaycanlıya yalnız qürur hissləri yaşadır. 

İndi, üzərindən 20 il keçdikdən sonra həmin dövrə boylananda, tək­cə ölkəmizdə deyil, bütün dünyada müasir lider obrazı yaratmış Prezident İlham Əliyevin həyata keçirdiyi çox­şaxəli inkişaf strategiyalarının prakti­ki nəticələrini nəzərdən keçirəndə və təhlil edəndə tarixən zəngin dövlətçilik ənənəsinə malik Azərbaycan xalqının nə qədər doğru seçim etdiyi bir daha təsdiqlənir. Azərbaycan bu illər ərzin­də özünü müstəqil dövlət kimi təsdiq edə bildi. Prezident İlham Əliyevin si­yasi müdrikliyi nəticəsində Azərbaycan hazırda bütün maraqların kəsişdiyi və milli maraqlarımızın öndə tutulduğu geopolitik məkana çevrilib. Bu gün ək­sər regional və ya beynəlxalq layihələr Azərbaycanın iştirakı olmadan real­laşmır. Azərbaycanın rəhbəri Cənubi Qafqazda yeni siyasi və iqtisadi vəziy­yət yarada bildi və bu, dünya dövlətləri tərəfindən də qəbul edilir. 

Cənab İlham Əliyev həmişə qeyd edir ki, “bizim siyasətimizin mərkəzin­də Azərbaycan vətəndaşları, onların maraqları dayanır”. Biz ölkə başçısının fəaliyyətində bunun əyani təsdiqini gö­rürük. Vahid dövlətçilik siyasəti nəticə­sində Azərbaycan iqtisadi, siyasi, mə­dəni, sosial, hərbi, idman sahələrində davamlı və dinamik sürətlə inkişaf edir.

İlham Əliyev rəhbərliyinin xüsusi diqqət çəkən məqamlarından biri də dövlətimizin beynəlxalq arenada tut­duğu mövqedir. Azərbaycan Preziden­tinin böyük siyasi bilikləri, təcrübəsi, diplomatiya elmini dərindən bilmə­si ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suve­renliyinə hörmət etmələrinin, əmək­daşlığı gücləndirməklə qarşılıqlı fay­dalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Prezident İlham Əliyev xa­rici siyasət kursunu bu prinsiplər əsa­sında qurub. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, su­verenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sər­hədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi, həmçinin daxili işlərə qarışmama kimi prinsiplər əsasında əməkdaşlığa hazır olduğunu praktika­da təsdiqləyib. Ölkəmiz ən ziddiyyətli beynəlxalq münasibətlər fonunda da bu xəttə sadiqliyini nümayiş etdirərək müstəqil xarici siyasət yürüdür. Bu səbəbdəndir ki, dünya Azərbaycanın sözünü eşidir, Prezidentimizin irəli sür­düyü beynəlxalq və regional təşəbbüs­lərə dəstək verir.

Əlbəttə, Ermənistan istisna olmaq­la, bütün qonşular, həmçinin digər xari­ci tərəfdaş ölkələrlə iqtisadi müstəvidə qurulan səmərəli əməkdaşlıq qarşılıq­lı siyasi əlaqələrin formalaşmasında və möhkəmlənməsində mühüm rol oynayır. Bu gün həm də dünyada eti­barlı tərəfdaş kimi tanınan Azərbaycan qonşu ölkələrlə müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq, mövcud münasibətlərini daha da möhkəmləndi­rib. Bu illər ərzində beynəlxalq təsisat­larla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin beynəlxalq imicinin formalaşmasında müstəsna əhəmiy­yət kəsb edir. Azərbaycanın 155 döv­lətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olundu­ğu Qoşulmama Hərəkatına sədrlik et­məsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Azər­baycanın Müstəqil Dövlətlər Birliyi, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaş­lıq Təşkilatı ... kimi digər qurumlarla səmərəli əməkdaşlıq əlaqələri var. Bu gün dünyada yeni bir güc mərkəzinə çevrilməklə yanaşı, həm də regional iqtisadi-siyasi proseslərə ciddi təsir imkanlarına malik nüfuzlu bir quruma çevrilmiş Türk Dövlətləri Təşkilatı bu sırada xüsusi yer tutur.

Heç şübhəsiz, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrün və bütövlükdə, dövlətçilik ta­riximizin ən mühüm – Zirvə hadisəsi torpaqlarımızın işğaldan azad olun­masıdır. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan öz hərbi qüdrətini və iqtisadi imkanlarını artıraraq və uğurlu diplomatik fəaliyyət həyata keçirərək münaqişənin həllinə nail olub – tarixi ədaləti, ərazi bütövlüyünü bərpa edib. 44 günlük Vətən müharibəsində dün­yanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin şanlı Zəfər yürüşü, işğalçıları darma­dağın etməsi xalqımızın qürur mənbə­yi, dövlətimizin isə gücünün göstərici­sidir. 

Böyük Qələbəni qanı-canı hesa­bına yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən Zəfəri, qalibiy­yəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını xalqımızın xoşbəxt­liyinə həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu öndərin arzusunu reallaş­dırmış oldu. Azərbaycan Qarabağa qovuşdu, tarixi Zəfərə imza atdı, şəhid­lərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda həyata keçirilən qətliamlar zamanı hə­lak olan günahsız insanların qisası dö­yüş meydanında alındı. İşğalçı Ermə­nistana layiq olduğu yer göstərildi. 44 günlük Zəfər “Qarabağ Azərbaycandır və nida işarəsi” – söyləyən Prezidenti­mizin son 20 ildə – hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdiyinin sübutudur. 

Zəfər savaşında məğlub olaraq 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına bənzər üçtərəfli Bəyanata imza atmış Ermənistanın həmin sənədin müddəa­larına zidd olaraq, Azərbaycanın Qara­bağ bölgəsində silahlı birləşmələrinin mövcudluğunu davam etdirməsi regio­nal sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalırdı. Vətən mühari­bəsindən sonra Ermənistan, eləcə də onun dəstəyi ilə ərazilərimizdə qurulan xunta rejimi Azərbaycanın sülhsevər siyasətini adekvat dəyərləndirmədi. Bununla da, əslində, ciddi bir fürsəti əldən vermiş oldu. Azərbaycan Prezi­dentinin də xalqa müraciətində qeyd etdiyi kimi, vəziyyəti gərginlik həddinə çatdıran Ermənistan tərəfi və artıq ləğv edilmiş xunta rejiminin addımları oldu. Halbuki əgər Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərə əməl etsəydi, in­diki nəticəyə danışıqlar yolu ilə də çat­maq mümkün idi. Amma Azərbaycan dövlətinin bütün sülhpərvər çağırışla­rına baxmayaraq, Qarabağda yaşayan ermənilər və dəstəkçiləri hər vəchlə reinteqrasiya prosesindən qaçır və Azərbaycan dövlətinə tabe olmurdu­lar. Hətta yenidən özlərinin qondarma idarəçilik qurumlarını yaratmağa cəhd göstərirdilər. Dövlət nümayəndələri­mizlə görüşlərində isə qəbulolunmaz şərtlər irəli sürürdülər. 

Təbii ki, bu prosesin sonu olmalı idi və oldu. Azərbaycan dövləti 24 saat belə çəkməyən antiterror tədbirləri ilə erməni xuntasının, Ermənistan dövlə­tinin və imperialist maraqlarını həyata keçirmək istəyən beynəlxalq güclərin belini qırdı. Dünənədək ipə-sapa yat­mayan separatçılar ağ bayraq qaldıra­raq, təslim oldular və Azərbaycan döv­lətinin bütün şərtlərini qəbul edərək, tələblərimizi yerinə yetirmək üçün Yev­lax şəhərinə gəldilər. Qısası, az qala əsrə bərabər olan bir gün bölgəmizdə mənafelərimizə zidd bütün maraqları alt-üst etdi və Xankəndi başda olmaq­la yerdə qalan, nəzarətimizdə olmayan ərazilərdə bayrağımızın dalğalanması­nı mütləqləşdirdi. 

Zəfər savaşında və ondan sonra İlham Əliyev Ali Baş Komandan kimi, qətiyyətini tam ortaya qoymaqla ya­naşı, həm də peşəkar diplomat olaraq dünyaya Azərbaycan reallığını qəbul etdirdi. Düşmənin bu reallığı qəbul et­məməsinin cavabı isə 19 sentyabrda ildırımsürətli antiterror tədbirləri ilə ve­rildi. “Nəyi nə zaman etməyi hamıdan yaxşı bilən” İlham Əliyevin rəhbərliyi altında Qarabağda suveren hüquqları­mız tam bərpa edildi. Bu, bir tərəfdən, yüksək hərbi peşəkarlıq nümunəsi idi, digər tərəfdən Azərbaycan xalqının, dövlətinin humanist mahiyyətini ifadə edirdi. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yaşayış yerlərinin yaxınlığında atəş vasitələri yerləşdirdiyini nəzərə alaraq, dinc sa­kinlərə mümkün olan bütün vasitələrlə xəbərdarlıq etdi. Azərbaycan zəmanət verdi ki, qanunlara və beynəlxalq hu­manitar hüquq normalarına uyğun ola­raq, inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müda­fiəsi üçün zəruri tədbirlər görüləcək. Uşaqlara, qadınlara, yaşlılara, əlillərə, yardıma ehtiyacı olan bütün insanlara müvafiq dəstək göstəriləcək. Həmişə olduğu kimi, Azərbaycan dövləti öz sö­zünün üstündə durdu. Separatçı xunta rejimi məhv oldu. Xocalı qatilləri, şovi­nist hərbi cinayətkarlar indi qoluqan­dallı Azərbaycan qanunları qarşısında cavab verirlər. 

Regionda ədalətin bərpa olunma­sı üçün torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, 35 ildir Azərbay­can xalqına qarşı cinayətlər törədən şəxslərin də cinayət məsuliyyətinə cəlb edilməsi vacibdir. Ona görə Qara­bağda separatizmin başını əzən döv­lətimiz insanlıq əleyihinə, müharibə və soyqırımı cinayətləri törətmiş separat­çı qüvvələrin rəhbərləri – nə, Xocalıda, Ballıqayada, Başlıbeldə, Gəncədə, Bərdədə, Tərtərdə və daha sadalama­dığımız neçə-neçə ərazidə xalqımıza qarşı soyqırımı, qətliamlar törədən, əsirlikdə, girovluqda olan azərbay­canlılara olmazın işgəncələr verərək, öldürən erməni qatillərinə də bir-bir la­yiqli cəzalarını verəcək. Bu şəhidlərin ruhunun şad olduğu, xalqın 30 illik qi­sas və kədər hissinin qürur və sevinclə əvəzlənmə tarixidir ki, bu tarixi yazan şəxsiyyət də cənab Prezident, Müzəf­fər Ali Baş Komandan İlham Əliyevdir!

Artıq ölkəmizin qarşısında yeni perspektivlər açılıb – Azərbaycan milli inkişafın yeni mərhələsinə qədəm qo­yub. İşğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin apa­rılması, regionda kommunikasiyaların yaradılması, o cümlədən Zəngəzur dəhlizinin açılması, yeni əməkdaşlıq platformalarında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, milli həmrəy­liyin gücləndirilməsi, sosial, iqtisadi, siyasi və hüquqi islahatların dərin­ləşdirilməsi və digər mühüm amillər Azərbaycanın Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth etmə­sinə imkan verəcək. Bəli, bütün dünya dövlətləri və xalqları bir daha gördü ki, 2003-cü il 15 oktyabr prezident seçkisi xalqımızın öz liderinə sevgisinin, ina­mının nümayişi oldu. Xalqımızın cənab İlham Əliyevə, onun siyasətinə inamı tükənməzdir.

Bir sözlə, bütün bunlar onun göstə­ricisidir ki, Prezident İlham Əliyevin fəaliyyəti hər sahədə əhəmiyyətli və kompleks səciyyə daşıyan uğurların qazanılmasını şərtləndirib. Məhz bu­nun nəticəsidir ki, beynəlxalq leksikon­da "milli inkişafın Azərbaycan modeli" anlayışı meydana çıxıb. Dövlət baş­çısının xalqı qarşısında verdiyi bütün vədləri uğurla yerinə yetirməsi, hər bir azərbaycanlıya və ölkəmizin problem­lərinə böyük həssaslıqla yanaşması isə Prezident İlham Əliyevin "Mən hər bir azərbaycanlının Prezidenti olaca­ğam" vədinin mütləq surətdə reallaş­dığını bir daha təsdiqləyir. Bu reallıq isə öz əbədiliyi ilə xalqımız tərəfindən qorunur, dəyərləndirilir və sevilir!

Beləliklə güclü xalq, dövlət başçı­mız İlham Əliyev hər dəfə Prezident seçilməklə güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbay­canın qüdrətinə çevrildi. 2003-cü il 15 oktyabr prezident seçkilərindən start götürən və zamanın axarında öz layiqli yerini tutan Azərbaycan dövləti bun­dan sonra da möhtərəm Prezidenti­miz İlham Əliyevin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcək.

Fəzail İBRAHİMLİ
Milli Məclis Sədrinin müavini




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət