USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Niderland Azərbaycanın ərazi bütövlüyünün bərpasını qəbul etməlidir


https://img.baki-baku.az/news/2023/10/photo_8895.jpg

Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev yerli mətbuat orqanlarının nümayəndələri ilə görüşdə ölkəmizin ötən ay Qarabağda keçirdiyi antiterror tədbirləri və bölgənin erməni sakinlərinin reinteqrasiyası ilə bağlı gerçəkləşdirilən layihələr barədə ətraflı məlumat verib.

Diplomat bildirib ki, qarşıda duran əsas məsələ Ermənistanla sülhün və regionda əməkdaşlığın inkişafıdır. O, “etnik təmizləmə” iddialarının, eləcə də Azərbaycana qarşı söylənilən bütün di­gər iddiaların əsassız olduğunu faktlarla diqqətə çatdırıb. Bildirilib ki, Ermənistan 35 il əvvəl öz ərazisində, 30 il əvvəl isə Qarabağ bölgəsində Azərbaycan əhali­sinə qarşı əsl etnik təmizləmə aparıb, 1 milyon azərbaycanlını doğma yurdundan didərgin salıb. Lakin Ermənistanın azər­baycanlılara qarşı törətdiyi etnik təmiz­ləməyə beynəlxalq ictimaiyyət, Avropa və onun siyasi təsisatları göz yumub, ədalətsiz mövqe tutub. 

Diqqətə çatdırılıb ki, Azərbaycan 3 il əvvəl Vətən müharibəsi yolu ilə 30 il sax­ta danışıqlarla ləngidilmiş BMT qərarları­nı həyata keçirib və pozulmuş beynəlxalq hüququ bərpa edib. Ermənistandan zorla qovulmuş azərbaycanlı əhalinin öz yaşa­yış yerlərinə qaytarılması da beynəlxalq hüququn mübahisəsiz tələbidir.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət