USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Cənubi Qafqazda sülh üçün yeni şanslar yaranıb

Dövlət başçımız bu fikri Tbilisi səfərində səsləndirdi


https://img.baki-baku.az/news/2023/10/photo_8862.jpg

Dövlət başçımızın Gürcüstana bir günlük işgüzar səfəri,  orada  mühüm görüşlər keçirməsi və müzakirələr aparması barədə hazırladığımız qəzet materialının əvvəlində yada salaq ki, Azərbaycan Prezidentinin xarici siyasət kursunda yaxın qonşularla dostluq və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsinə xüsusi önəm verməsi ulu öndər Heydər Əliyevin bu istiqamətdəki addımlarının davam etdirilməsidir. Elə həmin ünsiyyətlərin öz müsbət nəticələrini verməsinin təməlində də bilavasitə ümummilli liderimizin tövsiyələri dayanır.

Danılmaz faktdır ki, gənc müstəqil dövlətimizin mühüm tarixi uğurlara imza atmasında qardaş Türkiyə Cümhuriyyəti, strateji müttəfiqimiz olan Rusiya Federasiyası, Xəzərin Azərbaycan sektorundan çıxarılan karbohidrogen ehtiyatlarının Avropa bazarlarına çıxarılmasında ilk tərəfdaşımız olan Gürcüstan və Xəzərin gündoğan sahillərindəki türkdilli ölkələrlə davam etdirilən  dostluq və tərəfdaşlıq münasibətlərinin xüsusi rolu olmuşdur. Həmin ölkələrin hamısı ilə təmaslarımız intensivləşir. Hətta, münasibətlərdə gahgirliyin yarandığı,  tez-tez soyuyub isinmə ilə müşayiət olunan İran İsıam Respublikası ilə əməkdaşlıqda da xoşməramlı addımlar atırıq.

… Təxminən 25 ilin söhbətidir. Rayona getmişdim. Atam soruşdu ki, Sadiq necədir? (Ailəmizin ilkini nəzərdə tuturdu– İ.M.) Dedim yaxşıdır, öz dərslərini oxuması ilə yanaşı, ingilis dilini bilməsinə də çalışıram. Atam gülümsündü: – Təknədən əppəyin, lampadan nöyütün qurtaranda kimdən istəyirsən?

Məqsədini başa düşmədiyimə görə cavab verə bilmədim. Ona görə də rəhmətliyin özü cavab verdi: – Əlbəttə, qonşudan istəyirsən. Ona görə də uşağın əvvəlcə qonşularla ünsiyyət qurmasına nail ol, sonra ingilis dilini öyrədərsən. Məhz elə orada anladım ki, ulu öndər Heydər Əliyev nə üçün coğrafi baxımdan yaxın öılkələrlə dostluq və tərəfdaşlığın genişləndirilməsinə çalışır.

Dövlət başçımızın dost Gürcüstana bu səfəri də bir neçə cəhətdən əlamətdar oldu. Kütləvi informasiya vasitələri xəbər verirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Baş naziri İrakli Qaribaşvili oktyabrın 8-də Tbilisidə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “The Architect of Prosperity” – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar. Qeyd olundu ki, Azərbaycanı müasir və iqtisadi cəhətdən çiçəklənən ölkəyə çevirən Ümummilli liderə ehtiramın ifadəsi olan bu sərgi Ulu öndərin bütün həyatını dövlətçiliyimizə və xalqımıza həsr etməsindən və ölkənin gələcək inkişafının əsasını necə müdrikliklə qoymasından bəhs edir.

Eləcə də, sərgidə Ulu öndərin Azərbaycan mədəniyyətinə qayğısını, gənclərlə görüşlərini əks etdirən fotolar yer alıb. Ekspozisiyanın Azərbaycan – Gürcüstan münasibətlərinə həsr edilmiş guşəsində Heydər Əliyevin Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze, həmçinin Prezident İlham Əliyevin Baş nazir İrakli Qaribaşvili ilə görüşlərindən də fotoşəkillər nümayiş olunur.

Bundan başqa, Azərbaycan Prezidenti və Gürcüstan Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçımız öz bəyanatında vurğulayıb ki, Azərbaycan Gürcüstanın Qara dəniz sahilindəki Kulevi limanını genişləndirməyi nəzərdə tutur. Bu, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirəcək: “Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması, əlbəttə ki, Orta dəhlizin güclənməsinə xidmət göstərəcək”.

Xatırladaq ki, bu il aprelin 7-də Azərbaycanda səfərdə olan Gürcüstan Baş naziri İrakli Qaribaşvili Qəbələ şəhərindəki çıxışında qeyd etmişdi ki, Azərbaycanla, Azərbaycan xalqı ilə bu sıx dostluq və qardaşlıq münasibətləri olduqca önəmlidir: “Bizim dostluğumuzun çox qədim tarixi var və Azərbaycan təkcə qonşumuz və dostumuz deyil, bizim mühüm strateji tərəfdaşımızdır. Uzun illər ərzində biz müxtəlif sahələrdə tarixi layihələri həyata keçirmişik və o layihələr bizim xalqları, ölkələri daha da sıx birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq və əminəm ki, bundan sonrakı uzun illərdə də bu, belə olacaqdır. Biz dəfələrlə bu mühüm layihələri qeyd etmişik”.

Biz isə əlavə edirik ki, Gürcüstan Azərbaycan üçün  etibarlı tranzit ölkəsi, tranzit tərəfdaşıdır. Dost ölkənin Baş naziri yazda Azərbaycanda olarkən demişdi ki, bizim əsas məqsədimiz regionda sülhü və sabitliyi təmin etməkdir. Regionda daha çox layihələr həyata keçirməliyik və biz işimizi qardaşlıq mühitində irəli aparacağıq. Fikrimizcə, onun sülh və sabitlik haqqında dediklərinin konkret ünvanları da var idi. Hətta Ermənistanın müxalifət mətbuatı bu səfərdən əvvəl yazırdı ki, Bakı ilə Tbilisi regiondakı vəziyyəti müzakirə edəcəklər, biz isə kiminləsə, hansısa müzakirəni apara bilmirik.

Sonda xatırladaq ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin dəvəti əsasında  Azərbayan Prezidenti İlham Əliyevin işgüzar səfəri çərçivəsində ikitərəfli münasibətlərin gündəliyində duran aktual məsələlər müzakirə edilib. Xüsusilə vurğulanmalı məqamlardan biri də dövlət başçımızın mətbuat üçün verdiyi bəyanatda Ermənistan –Azərbaycan münasibətlərinin normallaşdırılması barədə danışarkən səsləndirdiyi  fikirlər idi:  “Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər”.

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İttifaq MİRZƏBƏYLİ