USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ruben Vardanyanın  “sandığı açılsa..”

Avropa Parlamenti, Karnegi Fondu və ABŞ Konqresi...  görəsən, Azərbaycandan üzr istəyəcəklərmi?


https://img.baki-baku.az/news/2023/10/photo_8839.jpg

Əslində, bizim belə bir üzrxahlığa ehtiyacımız da yoxdur. Çünki beynəlxalq aləmdən alacağımızı almışıq. Həm mənfi, həm də müsbət mənada. Bizə bədxahlıq edənlərin də əməllərini görmüşük, dostluq, tərəfdaşlıq edənlərin də. Ən başlıcası isə, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və xalqının qarşısına qoyduğu mühüm vəzifələri yüksək səviyyədə yerinə yetirmişik. Həmin vəzifələr Azərbaycanın  dövlət müstəqilliyinin əbədiləşdirilməsi, respublikamızın beynəlxalq aləmin əsas aktorlarından birinə çevrilməsi, ərazi bütövlüyümüzün bərpası və bütün ərazilərimizdə suverenliyin təmin olunması idi.

Yəni, indi “kimin kimlə cukkuldaşması”nın, hansı “siyasətçinin” neçə “ələ işləməsi”nin, hansı diplomatın “neçə üzünün olması”nın bizim üçün o qədər də əhəmiyyəti yoxdur. Ancaq elə məsələlər var ki, onların ictimailəşdirilməsi mütərəqqi bəşəriyyət, xoşməramlı siyasətçilər, sülhpərvər insanlar qarşısında xidmət sayılır. Biz bu xidmətdən özümüzü heç zaman kənara çəkməmişik.

Rusiyada oturub dünyanın, demək olar ki, bütün qütblərinə casusluq edən, hətta Moskva ilə açıq düşmənçilikdən çəkinməyən siyasi dairələrlə işbirliyi quran, son nəticədə – işlərin xarablaşdığını görəndə Rusiya vətəndaşlığından çıxıb Azərbaycan ərazisinə dürtülən Ruben Vardanyanın “aydan arı – sudan duru” tərcümeyi - halı ilə tanış olan bəzi ekspertlər deyirlər ki, onun Rusiya vətəndaşlığından imtina etməsi inandırıcı deyil, sadəcə, həmin ölkədən qovulub. Halbuki, Vardanyan  Xandəndiyə gələndə deyirdilər ki, o, Rusiyanın agentidir. Azərbaycanın xüsusi xidmət orqanları onu qulaqlayıb layiq olduğu yerə gətirəndə Moskvanın nümayiş etdirdiyi biganəlik isə həmin ehtimalın  yalan olduğunu sübut etdi.

Hər halda, Ruben Vardanyan Moskvanın olmasa da, çox ünvanların agenti, casusu, bir çox bədməramlı qurumların iş ortağı, tərrorçu və təxribatçılara dəstək verən, ən başlıcası, Qarabağda yaşayan ermənilərə ağlagəlməz dərəcədə ziyan vurmuş bir “zat”dır. O, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı təbii sərvətlərin talan edilməsi ilə məşğul olan Fransa və digər ölkələrin şirkətlərinin qazancına şərik olmaq üçün Qarabağa gəlmişdi. Yoxsa o qədər pulun sahibinin başı bəlalı olan özgə torpaqlarında nə işi var idi?  Rusiyadan qovulanda gedib İrəvanda oturardı da.

Getmədi, Qarabağa gəldi və unutdu ki, Azərbaycanda bir “Gələrsən, görərsən...” deyimi var. Ruben Azərbaycana gəldi və gördü ki, “onun atı bu yerlərdə gedə bilməz”. Gəldiyinə it  kimi peşman oldu...

Üstəlik, Qarabağa gələndən sonra xarici aləmdəki tərəfdaşları ilə münasibətləri də zibilə döndü. Belə ki, Azərbaycan tərəfi onun həm Rusiyadakı, həm də başqa ölkələrdəki tərəfdaşları ilə hansı oyunlardan çıxdığını yaxşı araşdırmış  və olduqca mühüm faktlar ortaya çıxarmışdır.

Sən demə, o, beynəlxalq aləmdəki mənfi imicli siyasətçilərlə təmas qurur, təhrikçi jurnalistlərə məlumatlar ötürür, “hüquq müdafiəçiləri” ilə ünsiyyət qurur, “ekspert”lərin proqnozlarını istiqamətləndirir və ümumiyyətlə,  bəşər övladının əlindən gələ biləcək bütün iyrəncliklərlə məşğul olurmuş. O, hətta,  Qərbdə açdığı maliyyə bazarı vasitəsilə bu və ya digər məsələlər üzrə lobbiçilik də edirmiş.

Bildirilir ki, yaxın vaxtlarda beynəlxalq ictimaiyyət Ruben Vardanyanın müxtəlif ölkələrdəki əməkdaşlıqları barədə olduqca maraqlı məlumatlarla tanış olacaq. Məlum olacaq ki, Vardanyan xeyli müddət Karnegi Fondu ilə iş birliyində olub. Halbuki, Karnegi Beynəlxalq Sülh Fondu deyilən bu qurum Kremlin ən qatı bədxahlarındandır. Bu fondun “xarakteristikası”nı dəqiq bilmək istəyənlərə xatırladaq ki, adı sülh fondu olan qurumun  kəşfiyyat şöbəsi də var və həmin şöbə bilavasitə Rusiyanı ifşa etməklə məşğuldur.

Ona görə də bildirilir ki, Ruben Vardanyanın dosyesi və özünün “açdığı sandıq” ortaya çıxarkən çox ciddi beynəlxalq skandallar yaranacaq. Həmin skandallar isə tezliklə Avroparlamenti, ABŞ Konqresini, ABŞ Dövlət Departamentini “silkələyəcək”. Hətta, məlum olacaq ki, ABŞ Administrasiyasının mühüm fiqurlarından olan Samanta Pauer Ruben Vardanyanla əməkdaşlıq edirmiş. Beynəlxalq aləmdə kimlər kimlərə işləyirmiş?

Həmin qarışıqlıqlardan ustalıqla, daha doğrusu, ermənicəsinə istifadə edən Ruben Vardanyan indi də rüsvay olur. Bu isə Azərbaycan dövlətinin yaratdığı yeni reallıqların ən mühüm əlamətlərindən biridir. Çünki Azərbaycanın DTX-sı bir neçə dövlətə işləyərək, hamısına xəyanət etmiş klassik erməni agentini ifşa etmişdir.

Uğurlar sizə, bu möhtəşəm uğura imza atanlar!

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

İttifaq MİRZƏBƏYLİ