USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Su axar, çuxuru tapar

Manyak prokurorun erməni “sevdası”  


https://img.baki-baku.az/news/2023/10/photo_8795.jpg

Luis Moreno Okampo. Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru, 72 yaşlı  argentinalı indi daha çox korrupsioner vəkil kimi “məşhurlaşıb”. İndi Bakıda həbsxanada müstəntiqə ifadə verən separatçıbaşı Araik Arutyunyan 2023-cü il iyulun 29-da “ekspert rəyi” üçün keçmiş prokurora müraciət edib. Doqquz ildə BCM-in cəmi bir işini araşdıran Okampo 9 gündə Qarabağdakı vəziyyəti nizama salmağı “bacarıb”. Amma, o, etnik ermənilərin əllərində bayraq edəcəkləri bu saxta tarixi hesabatı belə qısa müddətdə, həm də təkbaşına ərsəyə gətirə bilməzdi. Bu işdə ona həmkarı, özü kimi rüşvətxor hakim, erməni əsilli Qassiya Apkaryan kömək edir. Birləşmiş Ştatrların Kaliforniya ştatının Orinc dairəsinin Ali Məhkəməsinin hakimi vəzifəsində çalışan Apkaryan bu barədə özü erməni internet telekanalı CivilNet-ə hər şeyi yerli-tataqlı danışıb.

* * *

Necə deyərlər, açıb sandığı, töküb pambığı. Femida təmsilçisinin saxta rəyin hazırlanması prosesində Okampo ilə dialoqundan danışdığı seçməyə diqqət yetirək: “Soyqırımı heç də küçələrdə milyonlarla insanın meyitinin səpələnməsi demək deyil. Bu, mütəmadi şəkildə davam etdirilən “soyqırımıdır” və bu barədə hüquqi rəy tərtib olundu. Cənab Moreno, həm də, Qarabağ ermənilərinin gələcəkdə təhlükəsizliyini təmin etmək barədə düşünürdü. Yadımdaır, söhbət əsnasında ona dedim: “Bilirsiniz, mənim üçün ən dəhşətli nədir? Mənim özümün də bu məsələyə aidiyyatım var. Mən yüz il əvvəl “soyqımına” məruz qalmış adamların sələfiyəm. Bu sözü yenidən dilimizə gətirəcəyimizi heç vaxt düşünməzdim”.

Erməni hakimin etirafının həqiqətə nə dərəcədə yaxın olduğunu deyə bilmərik, amma həmin “fundamental əsəri” Okamponun məhz onun birbaşa diktəsi ilə qələmə aldığı aşkar görünür. Cəmi on iki saata yazılan, Azərbaycanın Qarabağda “cinayətkar niyyətini isbatlayan”, ermənilərə qarşı “soyqırım niyyətini ifşa edən” və keçmiş baş prokurorun altından imzasını qoyduğu hesabat dərhal ictimailəşdirlib. ABŞ-dakı erməni lobbisi beynəlxlaq hüquq üzrə “tanınmış ekspertin” rəy-hesabatının avqust ayında Nümayəndələr Palatasında, eləcə də Senatda müzakirə mövzusuna çevrilməsinə nail olurlar.

Üstündə az müddət keçəndən sonra beynəlxalq sahədə tanınmış ekspert, nüfuzlu hüquqşünas, “Temple Garden Chambers” firmasının müvəkkili Rodni Dikson Okamponun məlum rəy-hesabatının başdan-ayağa yalandan, saxta mülahizələrdən ibarət, sənəd-sübütdan məhrum bir kağız parçası olduğunu ortaya qoyur. Cənab Dikson yazır: “Hesabat sadəcə açıq-aşkar qərəzli mahiyyəti ilə seçilmir, həm də “soyqırımı” anlayışını şərh etməkdə tamamilə səriştəsizdir və “faktlara” münasibətdə “açıq selektiv” yanaşma nümayiş etdirir”.

Fəqət ermənilər bundan sonra da həmin “soyqırımı hesabatı” əllərində dünyanı dolaşmaqda davam edirlər. Bakı məlum lokal antiterror tədbiri ilə Qarabağda “blokada”, “humanitar fəlakət”, “acından ölmə” hay-küyünə son qoyandan sonra da hayların təbliğat maşını dezinformasiya, manipulyasiya cəhdlərindən əl çəkmək istəmir.

* * *

İndi isə keçək məsələnin ən maraqlı tərəfinə. Aydın məsələdir ki, Luis Moreno Okampo göstərdiyi “xidmətə” görə ermənilər tərəfindən səxavətlə mükafatlandırılıb. Bu, onun BCM-in keçmiş baş prokuroru kimi birinci və axırıncı “hüquqşünas-ekspert” fəaliyyəti deyil. Bu barədə CNN telekanalına müsahibəsində danışan Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Okamponun bu raportunun erməni lobbiçilərin pulu ilə hazırlamasınl sübut edən faktların olduğunu söyləyib:Luis Moreno Okamponun hesabatını ciddi qəbul etmək çətindir. O, barəsində mühüm ittihamlar irəli sürülən korrupsioner vəkildir”.

 H.Hacıyev keçmiş prokurorun hüquqşünas olmasına baxmayaraq “soyqırımı” anlayışından sui-istifadəyə yol verdiyini, bəzi beynəlxalq media resurslarının isə bu anlayışdan düzgün istifadə etmədiyinə də diqqəti yönəldib. Azərbaycan əleyhinə qərəzli hesabatın müəllifi, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, hüquqşünas Okamponun dəfələrlə qalmaqalların mərkəzində olduğunu və onun manipulyasiya və hüquq normalarını pozmaqda şübhəli bilindiyini də yada salıb. Onun sözlərinə görə, bu hesabat qərəzlidir, real vəziyyəti təhrif edir və özündə ciddi faktiki, hüquqi səhvləri əks etdirir.

“Forbes”, “Washington Post”, “CNN” və “ABC News” kimi nüfuzlu media orqanları Luis Moreno Okamponu dəfələrlə tənqid edib. 2008-ci ilin sentyabrında Böyük Britaniyanın “The Telegraph” qəzetində dərc olunan məqalədə Okamponun Cənubi Afrikaya səfəri zamanı yerli jurnalisti cinsi əlaqəyə məcbur etdiyi barədə danışılır: “Prokuror həmin jurnalistin avtomobilinin açarlarını götürür və yalnız cinsi əlaqəyə girməyə razılıq aldıqdan sonra açarı qaytarır”, – məlumatda bildirilir. Okampoya qarşı ifşaeidici ifadəni onun həmkarı, BCM Prokurorluğunun mətbuat katibi Cristan Palme verib. Məhz bu qalmaqaldan sonra Okampo onu işdən çıxarıb. “The Telegraph” bu barədə yazırdı: “Bu qanunsuzluq beynəlxalq məhkəmənin nüfuzuna və mövqeyinə ciddi zərbə vurdu”.

Əslində, bu biabırçı əməlinə görə manyak prokuror Okampo cinayət məsuliyyətinə cəlb edilməli idi. Bizim üçün bu olayın özəlliyi ondan ibarətdir ki, Qərbin zəngin erməniləri böhtan və yalandan yoğrulmuş təbliğat kampaniyalarını məhz Okampo kimi pulgir, məsləksiz və əxlaqsız “ekspertlərlə” aparmağa üstünlük verirlər. Bu isə hayların öz xislətləri ilə tam üst-üstə düşdüyündən qətiyyən təəccüb doğurmamalıdır.

İmran BƏDİRXANLI




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İmran BƏDİRXANLI