USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Avropa Parlamentinin Azərbaycana qərəzi və ermənipərəstliyi səngimək bilmir

​​​​​​​Qətnamə, yoxsa illüziya üçün lakmus kağızı


https://img.baki-baku.az/news/2023/10/photo_8793.jpg

Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayan  deyəndə ki, Azərbaycana Qarabağı işğal etdiyi üçün sanksiya tətbiq etmək lazımdır – düşündük ki, ermənidir, ağzına gələni danışmaq bunların qanındadır. Ancaq sonra gördük ki, Avropanın öz “erməniləri” də var imiş. Yazımızda belələrinin avantürist baxışlarındakı bir məqam, daha doğrusu, Azərbaycana qarşı cəfəng iddia haqqında söz açacağıq.

Əvvəlcə bildirək ki, T.Balayanın “sanksiya məntiqinə” Azərbaycanın Aİ ölkələrinə satdığı neft və qazın qiymətini məhdudlaşdırmaq və qurumun Bakı ilə daha sıx münasibətlərə dair danışıqlarının dayandırılması daxil idi. O, “Reuters”ə müsahibəsində başqa bir çox məsələlərdən də danışmış və sözünü ona gətirmişdi ki, Azərbaycan “Qarabağın işğalını başa çatdırıb”, indi növbə Ermənistanındır.

Bəli, Avropanın öz “erməniləri”nin olduğunu təsadüfən vurğulamaqdıq. Ona görə belə dedik ki, onlar həyasızlıqları ilə erməni qanını daşıyanlardan fərqlənmirlər. Belələri üçün beynəlxalq hüquq prinsipləri heç nədir. Bu zehniyyət sahiblərinin yarımçıq təfəkkürlərinə dövlətlərin ərazi bütövlüyü məsələsinin fundamentallığı yaddır. Nəhayət, bu gerizəkalılar bütün bəşəri dəyərlərdən, hətta əxlaq normalarından uzaqdırlar. Görünür, belələrinin bir yerə toplaşdıqları qurumun elə Avropa Parlamenti olmasında da bir məntiq var. Əlbəttə, AP-də Cənubi Qafqaz bölgəsində baş verən proseslərdən xəbərdar olan, Azərbaycana ədalətli münasibət bəsləyən sağlam qüvvələr də mövcuddur. Təəssüf ki, çox vaxt onların səsi eşidilmir, yaxud olduqca zəif eşidirlir.

***

Bəli, Avropa Parlamentinin üzvləri Strasburqda keçirilən plenar iclasda Aİ ölkələrini Qarabağdakı hadisələrə görə Azərbaycana qarşı sanksiyaların tətbiqinə, habelə əməkdaşlığın inkişafını dayandırmağa çağıran qətnamə qəbul etmək niyyətindədirlər. Sənəddə, eyni zamanda, Azərbaycan qazının idxalından asılılığın azaldılmasının vacibliyi vurğulanır.

Həmçinin, AP-nin korrupsiyalaşmış deputatları Aİ-ni və üzv dövlətləri Qarabağda çoxsaylı atəşkəs rejiminin və insan hüquqlarının pozulmasına görə Azərbaycanın, guya, məsuliyyət daşıdığını da bildiriblər. Bundan başqa, onlar Aİ-nin Xarici Siyasət üzrə ali nümayəndəsini “Qarabağın erməni əhalisinin hüquqlarına və təhlükəsizliyinə hörmətlə yanaşmağa həqiqi iradə nümayiş etdirənə qədər, Azərbaycanla tərəfdaşlıq sazişinin yenilənməsi üzrə danışıqları dayandırmağa” çağırmağı planlaşdırırlar. Sən demə, ölkəmiz deyilənlərə məhəl qoymayacağı təqdirdə Aİ və üzv dövlətlər viza rejiminin sadələşdirilməsi haqqında sazişin tətbiqini dayandırmalı və digər sahələrdə əməkdaşlığın səviyyəsini azaltmalı imişlər.

***

Əlbəttə, AP-nin xarici siyasət məsələləri ilə bağlı qətnamələri hüquqi qüvvəyə malik deyil. Lakin digər Avropa təsisatları qurumun deputatlarının rəylərini dinləməlidir. Dinləyən olacaqmı, ya yox, mövzumuz bu deyil. Həm də ona görə ki, əksər hallarda aşkar ermənipərəst mövqe tutanlara əhəmiyyət verənlər, söylədiklərinə ciddi yanaşanlar olmur. Bir atalar misalında deyildiyi kimi, dəyirman öz bildiyini edir, çax-çax baş ağrıdır.

...Başlıca məqam T.Balayanın dedikləri ilə AP deputatlarının söylədiklərinin üst-üstə düşməsidir. Deməli, ermənipərəstlər iş başındadır və onların “direktivləri” haradan aldıqları aşkardır. Bu oyunun Fransanın başının altından çıxdığı da, həmçinin. Paris bütün resursları Azərbaycana qarşı səfərbər edib və AP də həmin oyuncaq qurumlardan biridir.

Ümumən, görünən budur ki, Fransanın ermənipərəst niyyəti, ümumən Cənubi Qafqaz avantürası üçün bütün Avropa institutlarını alətə çevirməkdədir. Bu baxımdan özünü, belə demək mümkünsə, daha əzmlə təklif edən isə AP-dir. Ona görə ki, qurum yuxarıda da dediyimiz kimi, korrupsiyalaşmış, rüşvətə bulaşmış deputatlardan ibarətdir və onlar hazırda Parisin təhriki, eləcə də “köhnə qitə”nin erməni lobbi və diaspor təşkilatlarının maliyyəsi ilə Ermənistana növbəti “illüziya xoşbəxtliyi” yaşatmaqdadırlar.

Diqqət yetirək, BMT başda olmaqla, müxtəlif təşkilatlar Ermənistanın qaldırdığı Qarabağda “etnik təmizləmə” şousuna dəstək vermədilər. Onlar, həmçinin Bakının antiterror tədbirlərinə görə işğalçı kimi qiymətləndirməsinin yolverilməzliyini anladılar və ümumən məsələyə yaxın durmadılar. Belə çıxır ki, ümid yenə də AP-nin çürük xislətli deputatlarına qaldı. Görünür, necəsə erməni avantürizmini diri tutmaq, beynəlxalq ictimai rəyə anti-Azərbaycan mesajı vermək son dərəcə vacibdir. Deməli, mövcud “sahədə” ixtisaslaşmış qurumun “xidmətlərindən” istifadə də şərtdir.

“Xidmətlərdən” söz düşmüşkən, bildirək ki, AP-nin anti-Azərbaycaan fəaliyyəti özünü hər zaman göstərib. Bu “fəaliyyətdə”, necə deyərlər, “qətnamə məntiqi”ni çox görmüşük. Əvvəlki illərdə qurum ölkəmizdə, guya, insan hüquq və azadlıqlarının, o cümlədən söz və ifadə azadlığının pozulması ilə bağlı qəntnamələr çıxarırdı. Beləliklə, ölkəmizə təzyiq göstərmək istəyən qüvvələrin “sifarişlərini” yerinə yetirirdi.

Ümumən, bu sənədlərin qəbulu nəinki qərəzlidir, eyni zamanda, AP-nin rəhbər tutduğu müddəalara saymazyana münasibətdir. Nəzərə alaq ki, qurumun üç əsas səlahiyyəti var. Bunlar Avropa İttifaqına dair qanunlar qəbul etmək, həmin qanunların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək və qurumun büdcəsinin icrasına nəzarət. Bu səlahiyyətlər ona üzv ölkələr tərəfindən müəyyənləşdirilib. Deməli, Azərbaycanla bağlı qətnamə qəbul etmək AP-nin səlahiyyətlərinə ziddir. Ən azı, ona görə ki, ölkəmiz Aİ-nin üzvü deyil.  

Ancaq AP-dəkilər bunu nəzərə almırlar və qurumun 44 günlük müharibədən sonra tutduğu mövqe belə deməyə əsas verir. Qəbuluna cəhd göstərilən qətnamə AP-nin 2023-cü il başlayandan ölkəmizə qarşı sayca üçüncü qərəzidir. Yada salaq ki, qurum Azərbaycanla bağlı sonuncu qətnaməsini bu il martın 15-də qəbul etmişdi. İlk qətnamə isə yanvarın 19-da çıxarılmışdı. Hər iki halda bu addım Ermənistandakı revanşist qüvvələri hərəkətə gətirmişdi, indi də durum eynidir. Sanki, boğulanlar saman çöpündən yapışırlar. Obrazlı desək, bu çöpü onlara uzadan isə AP-dir.

***

Digər bir məqama da diqqət yetirək. Belə təəssürat formalaşır ki, AP özünün fəaliyyətdə olduğunu yalnız Azərbaycana qarşı qərəzli mövqe tutmaqla təsdiqləyir. Bununla habelə dünyada itirilmiş nüfuzunu bərpa etməyə çalışır. Nüfuz isə nəinki yoxdur, hətta yerlə birdir. AP-də korrupsiya yuvasının mövcudluğunu təsadüfən vurğulamamışdıq. Bunu söyləmək üçün kifayət qədər ciddi əsaslar var. Hesab edirik ki, qurumun Yunanıstandan olan vitse-prezidenti Yeva Kaylinin milyonlarla dollarlıq korrupsiya cinayətində ittiham edilməsini vurğulamaq kifayətdir. Bu olay Avroparlamentin tarixinə düşmüş qara ləkədir. Amma başqa rüsvayçılıqlar da var.

Təsəvvür edin ki, AP-nin deputatı ictimai yerdə narkotik vasitə olan kokaindən istifadə edərkən tutulub. Yəqin heç kəsin ağlına gəlməz ki, həmin ictimai yer haradır. Ona görə də deyək. Həmin yerə AP-nin iclasıdır. Olay bu ilin aprelində baş verib və onunla bağlı konkret videomaterial var. Həmin “qəhrəman” isə depuatat Yens Mayerdir. Keçmiş hakim olan alman siyasətçisi sırf sağçı populist partiya olan “Almaniya üçün alternativ”in üzvüdür.

Bu sayaq misalların sayını artırmaq, eləcə də ümumən AP-nin Azərbaycanla bağlı qərəzindəki ayrı-ayrı məqamları vurğulamaq mümkündür. Amma ehtiyac duymuruq. Başlıca cəhət dediyimiz kimi, belə bir mənfi reputasiyaya malik qurumun Azərbaycana çamur atmaq cəhdidir. Heç şübhəsiz, belə cəhdlər əvvəllər olduğutək, indi də heç bir fayda verməyəcəkdir.

 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Əvəz RÜSTƏMOV