USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Fransa Afrikada itirdiklərini Cənubi Qafqazda tapmaq istəyir 

      Ermənistanın növbəti müharibəyə təhrik edilməsi bəşəri cinayətdir


https://img.baki-baku.az/news/2023/10/photo_8768.jpg

İndi vaxt dar olduğuna görə bu ifadəni hansı yazıçının əsərində oxuduğumu dəqiqləşdirə bilmədim. Amma onu bilirəm ki, Avropa ədəbiyyatında oxumuşdum. Fikir belə idi ki, yaranmış vəziyytə,  üzləşdiyiniz  mənfi əməllərə görə hansısa ölkəni və ya xalqı lənətləməyin, xalqın öndə gedənlərini və dövlət siyasətini yönəldənləri ittiham edin. Şəxsən mən həmin tövsiyəyə yüksək səviyyədə əməl edirəm. Yəni Fransa dövlətinin Cənubi Qafqazda törətdiyi antibəşəri əməllərinə görə qətiyyən frassız xalqına irad tutmaq məqsədim yoxdur. Çünki bu iyrənc addımları xalq atmır. Həmin əməllər  dövlət siyasətini aparanların səhvi, günahı, hətta cinayətidir. 

İndi öz arqumentimi “sığortalayım”. “Fransa dövlətinin antibəşəri əməlləri ” ifadəsini işlətdim. Bu arqumentdə   qətiyyən səhv yoxdur. Çünki bir xalqı başqa xalqla düşmən eləməyə çalışmaq, bir dövləti başqa dövlətin ərazisini işğal etməyə çağırmaq, sayı- hesabı bilinməyən silah-sursat göndərərək bir dövlət başçısını qonşu dövlətlə müharibəyə  təhrik etmək – birmənalı şəkildə antibəşəri əməl, konkret desək, cinayətdir. Çox təəssüf ki, Makron Fransası bu cinayətləri törədəndə qətiyyən utanmır. Çünki utanmamağa vərdiş edib. Afrikada o qədər həyasızlıqlar edib, vəhşiliklər törədiblər ki, artıq üzlərində utanmaqdan əsər-əlamət qalmayıb. Ona görə də “qara qitə”də nüfuzlarını itiriblər. İndi həmin itirdiklərini Cənubi Qafqazda tapmağa çalışırlar. 

Utana bilmədiklərinə görə riyakarlıq eləməkdən də çəkinmirlər. Məsələn, Parisdən eşidilir ki, “Ermənistanın sərhədləri bizim üçün müqəddəsdir.” Bəs Afrikadakı sərhədlər necə,  müqəddəs deyildimi? Siz əlində əsir-yesir olduğunuz erməni diasporundan aldıqlarınıza görə Ermənistanın sərhədlərini “müqəddəs” adlandırırsınız. Afrikada isə həmin ölkələrin min illərlə sakini olmuş insanların bütün hüquqlarını pozur, sərhədlərini tapdayır, sərvətlərini talan edirsiniz. Lap uzağa getməyək, korsikalıların sərhədlərini neçə illərdir ayaq altında saxlayan kimdir? Onlar üçün müqəddəs dəyər yoxdurmu?

Region mətbuatı yazır ki, Fransanın 10-dan artıq Afrika ölkəsi ilə strateji səviyyədə olan münasibətləri məhz Emmanuel Makron hakimiyyətə gələndən sonra diplomatik əlaqələrin dondurulmasına qədər pisləşib. Bunun səbəbini həm tarix, həm də sadə fransızlar kimdənsə soruşacaqlar. O da əlavə edilir ki, Ermənistana dayaq durmağı  özünün şərəf məsələsi kimi qəbul edən Fransa hakimiyyəti həm də ibtidai  özfəaliyyət  hissi ilə hərəkət edir.

Bundan başqa, siz Ermənistanın sərhədlərini  kimdən qoryuyursunuz? Ermənistan və Azərbaycanın dövlət başçıları bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə deyiblərsə, Azərbaycan ərazisində yaradılmış ikinci erməni dövləti “özü özünü buraxıbsa”, siz nə üçün Cənubi Qafqaza sülh gətirilməsinə mane olursunuz? Axı bütün səmavi dinlər sülhü təşviq edir, müharibəni ləmətləyirlər. Siz nə üçün lənətlənənlər sırasında dayanmağı qürurla  qəbul edirsiniz?

Avropa ekspertləri yazırlar ki, Fransa Ermənistana ən müasir silah-sursat göndərməyə hazırlaşır. Qoy göndərsinlər. Bir neçə il əvvəl  Rusiyanın da Ermənistana 800 milyon dollar dəyərində silah-sursat verməsi faktı aşkarlanmışdı. Məsələ Azərbaycan diplomatiyasının  etirazına, Milli Məclisdə keçirilən  müzakirələrə səbəb olmuşdu. Bəs sonra nə oldu?  Həmin silahların bir hissəsi yandırıldı, bir hissəsi Azərbaycan tanklarının tırtılları altında qaldı. Qalanları isə hərbi qənimət kimi Bakıya gətirildi. Ən başlıcası, oturduğu budağı kəsən ermənilər indi Rusiyanı bir nömrəli düşmən elan ediblər. Fikrimcə, növbə Fransa silahlarının həmin aqibəti yaşamasının və İrəvan rəhbərliyinin Parisi düşmən elan etməsinindir. İnşallah, bu da olacaq. 

Ancaq Makronlara xatırladırıq ki, ABŞ Konqresinin  Ermənistana ayırdığı yardımları da nəzərə alsaq, aydın görünürdü ki, ATƏT-in indi “fəxri təqaüd”də olan Minsk qrupunun hər üç həmsədri təcavüzkara dəstək veridi. Ona görə də  Ermənistana havadarlıq edən, hətta,  onunla hərbi sazişə gedən qüvvələrin vasitəçiliyi ilə Qarabağ probleminin ədalətli həllinə yalnız sadəlövhləri inandırmaq mümkün idi. Amma Azərbaycan Prezidenti və şanlı Ordumuz mümkün olmayanı mümkün etdi. Yəni,  Makronun Parisdə  atılıb - düşməsi Cənubi Qafqazda gedən proseslərə heç bir təsir göstərə bilməyəcək. 

... Bu sətirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin ötən ilin noyabrında dediyi fikirlərlə tamamlayırıq: “Fransa Prezidenti Azərbaycan əleyhinə açıqlamasında qeyd edir ki, onu heç kim neft və qazla ala bilməz. Mənsə deyirəm ki, vicdanlı, ədalətli, satılmayan adam işğalçı Ermənistanın şeypuruna, tütəyinə çevrilməz”.

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İttifaq MİRZƏBƏYLİ