USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

​​​​​​​Keçmiş xunta rejiminə daha bir zərbə

Erməni jurnalist: Benzin çənlərini “Qarabağın rəhbərləri”nin  partlatmadıqlarına necə inanmaq olar?


https://img.baki-baku.az/news/2023/10/photo_8709.jpg

Yaxşı ki, “ Xankəndidəki  anbarlar ağzına qədər ərzaq məhsulları ilə dolu idi” – ifadəsini hansısa azərbaycanlı və ya türk yox, bilavasitə erməni jurnalist deyir və videogörüntülərlə sübut edir. Onun fikrincə, Qarabağda yaradılmış qeyri- qanuni dövlətin məkrli rəhbərləri aylardan bəri öz siyasi məqsədləri naminə bölgədə yaşayan erməni əhaliyə əzab vermiş, onları alçaltmış və təhqir etmişlər. 

Belə ki, Bella Lalayan adlı erməni jurnalist oktyabrın 2-də özünün Facebook səhifəsində Arayik Arutyunyanı və onun komandasını ifşa edən yazı paylaşmışdır:

“ Mənəviyyatsızlar!

Mən bilmirəm, sizi necə adlandırım və Qarabağ ermənilərinin  cəhənnəm əzabı çəkdiklərinə, o qədər insanın həyatına son qoyduğunuza görə sizin düşmənçiliyinizin cavabını necə verəcəyini anlamıram.

Monstrlar!

Bütün bunlardan sonra məlum benzin çənlərini sizin partlatmadığınıza necə inanmaq olar?

Xalq, erməni milləti, qarabağlılar, hər zaman, dünyanın istənilən yerində sizin məhvinizi reallaşdırmaq barədə düşünəcək və bu.  milli ideyaya çevrilməlidir.

Bədheybətlər, adamyeyənlər, Qarabağı çeynəyib udan  namərdlər.

Mən bilmirəm, sizin haqqınızda daha nə deyim ki, ürəyim soyusun!”

Beləliklə, Bella Lalayanın bu yazısı bir daha sübut edir ki, Azərbaycanın Qarabağ regionunda heç bir “mühasirə”olmayıb. Sadəcə olaraq, separatçı rejimin başçıları Azərbaycanı qaralamaq, yaratdığımız reallıqlara kölgə salmaq üçün öz xalqlarını aldatmaqla məşğul olublar.

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

İttifaq MİRZƏBƏYLİ