USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Kilsənin Paşinyanı devirmək planı

Qarabağ erməniləri “hərəkətə gətirilir”


https://img.baki-baku.az/news/2023/09/photo_8623.jpg

Dahi Cəlil Məmmədquluza­də özünün “Erməni keşişi və azərbaycanlı axundun fərqi haqda” hekayəsində azərbaycanlı mollanı tənqid edir. Amma hekayənin adından da göründüyü kimi, yazıçının tənqid hədəfi yalnız o deyil. Erməni din xadimi­ni siyasi təbliğatçı qiyafəsində göstərən C.Məmmədquluzadənin yanaşması həmin din xadiminin ifrat millətçiliyinin də diqqətə çatdırılmasıdır. O millətçiliyin ki, erməni avantürizmini, pozuculuğunu şərtləndirir. Deməli, yazıçı qələmi həm də erməni din xadiminin dindən uzaqlığına eyham vurub. 

Yada salaq ki, erməni kilsəsi Birinci Qarabağ müharibəsində olduğu kimi, İkinci Qarabağ savaşı zamanı da təx­ribatçı mövqe tutub. Eçmiədzin qisas və işğal çağırışları səsləndirib. Həmin vaxt sosial şəbəkələrin erməni seqmentini əlində avtomat tutmuş er­məni din xadimlərinin, keşişlərin şə­killəri “bəzəyirdi”. Din adına rəzalət olan katolikos II Qaregin isə qəzəb və hiddət püsgürməkdə ən öndə idi. 

Bəli, kilsə ermənilər üçün təkcə dini deyil, eyni zamanda, elmi, ictimai-siyasi mərkəz olub. Maraq­lı məqamlardan biri də budur ki, tarix boyu erməni kilsəsi heç zaman bəşə­riliyi təbliğ və təlqin etməyib. Onun əsasını hər zaman millət anlayışı təşkil edib. Başqa sözlə desək, bu kilsə dini məbəd olaraq digər dinlərdən olanlar üçün müqəddəs məkan funksiyasını da­şımayıb. Sadəcə ermənilər üçün məbəd olub. Belə bir dar təfəkkürə əsaslanmış baxış günümüzdə də dəyişməz olaraq qalır. 

***

Görünür, erməni katolikosu II Qaregin də özünü bu “fövqəltəbii” ənənənin davamçısı qismində görür. Nəinki görür, onun artıq “hərəkətə” keçdiyi də bildirilir. Sən demə, II Qaregin Ermənistanda hakimiyyət çevrilişi etmək istəyirmiş. Onun paytaxt İrəvandakı mitinqə adam göndərilməsini təşkil etdiyi deyilir. Əslində, bununla bağlı xəbərlər bir müddətdir ki, erməni mediasında və sosial şəbəkə seqmentində dolaşmaqdadır. Mövcud xüsusda Paşinyan tərəfdarlarının katolikosun mənəvi pozğun simasını canlandırdıqları da məlumdur. İddiaların birində, hətta, II Qareginin kilsədə gənc oğlan uşaqlarına qarşı cinsi təcavüz etdiyi də bildirilməkdədir. Özü də onun bu kimi murdar əməlləri o qədər çoxdur ki, məsələnin Ermənistanda hər kəsə yaxşı məlum olduğu ikrahla vurğulanır.  

 

İndi katolikos Ermənistanda müxalifət liderlərindən olan Avetik Çələbyanı, keçmiş baş nazir və Qarabağ avantürasının ideoloqlarından sayılan Vazgen Manukyanı və digər din xadimlərinin başına toplayıb. Toplantı iştirakçıları son günlər baş verən siyasi aksiyaların uğursuzluğuna görə bir-birlərini ittiham ediblər. Sonra Qarabağı tərk etmiş erməniləri hakimiyyətə qarşı qaldırmaq planları müzakirə olunub. Bu xüsusda onlara maliyyə dəstəyi göstərilərək, küçə aksiyalarına cəlb edilmələri məsələsi üzərində dayanılıb. Belə qənaətə gəlinib ki, bu, katolikosların da başlıca rol oynadığı keçmiş rejimin baş nazir Nikol Paşinyanı devirmək və hakimiyyətə qayıtmaq üçün son şansıdır.

 

Eyni zamanda, bildirilir ki, katolikosun başçılıq etdiyi dəstə Ermənistana gəlmiş Qarabağ sakinlərinin telefon nömrələrinə çıxış əldə edib. İkincilərin Rusiyaya qarşı mənfi münasibətini dəyişmək üçün mesajlar göndərmək, zənglər etmək və hökumət əleyhinə əhval-ruhiyyəni qızışdırmaq planlaşdırılır. Ən sonda isə zorakılığa əl atmaq və məsələnin qanla həlli üzərində dayanılır.

***

Paşinyan hakimiyyətini devirmək istəyinə düşmüş erməni kilsəsinin “fəallıq” indiqatorunu müəyyənləşdirən amillər çoxdur. Son dövrlər isə lap çox. Məsələn, Azərbaycan və Ermənistan lidelərinin bu il mayın 14-də Brüsseldə Avropa İttifaqı Şura­sının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşündən əvvəl Eçmiədzin kilsəsinin ali ruhani şurası de­yilən eks­tremist yığını bəyanat yaymışdı. Dini qurum baş nazir Nikol Paşinyanın güzəştə getməməyə və Bakının şərtlərini qəbul etməməyə çağırmışdı. “Biz Ermənistan hakimiyyətini güzəştli mövqelərindən əl çəkməyə, qətiyyət nümayiş etdirməyə və Art­sax xalqının öz doğma torpaqlarında müstəqil, təhlükəsiz və ləyaqətli hə­yatın təminatına çevriləcək vəziyyətin həllini əsaslı şəkildə təmin etməyə ça­ğırırıq”.

Bəli, bu sayaq həyasız fikirlər Eçmiədzin kilsəsinin bəyanatının ana xəttini təşkil etmişdi. Sənəddə, həmçinin Qarabağda humanitar vəziyyətin, guya, ağırlaşdı­ğı, Azərbaycanın davamlı anti-erməni fəaliyyət həyata keçirdiyi və bölgənin tam blokadası nəticəsində yerli əhali­nin vəziyyətinin çətinləşdiyi vurğulanmışdı. Rusiya sülhməramlı qüvvələrinin səylərinin nəticəsizliyi, Bakının təcavüzünün yeni miqyaslar aldığı diqqətə çatdırılmışdı. Beynəlxalq ictimaiyyətə aciz yalvarış­ların əksini tapdığı bəyanatda, eyni zamanda, Avropa İttifaqına üzv dövlət­lərə də müraciət ünvanlanmış və “Laçın dəhlizi”nin qısa müddətdə açılması üçün kömək istəni­lmişdi. Sənədin ən absurd məqamı isə ora­da ATƏT-in artıq canını tapşırmış olan Minsk qrupunun adının çəkilməsi idi. Baş erməni kilsəsinin yalvarışında bu ölü qrupda təmsil olunan ölkələrə də üz tutulmuşdu.

***

İndi “Laçın dəhlizi” məntiqi qalmayıb. Belə gedişlə, heç Qarabağda da erməni əhali qalmayacaq. Amma Paşinyan özünün hakimiyyət kreslosundadır. Diqqət yetirək, 44 günlük müharibə məğlubiyyəti, 23 saat 43 dəqiqə davam etmiş lokal xarakterli antiterror tədbirləri, – heç biri Nikolu devirmək üçün əsas yarada bilmədi. Həm də ona görə ki, erməni xalqı elə bu katolikosların əlindən də boğaza yığılıb. Bunların saxtakarlıqlarından, ikiüzlülüklərindən, din adı altında çıxardıqları min bir oyunlardan təngə gəlib. Erməni xalqı onu da yaxşı başa düşür ki, düşdükləri bəlaların kökündə elə kilsə dayanır.

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Əvəz RÜSTƏMOV