USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

 Cənnət Qarabağda, cavan yaşında...

Yazıldın tarixə, şəhid qardaşım...


https://img.baki-baku.az/news/2023/09/photo_8598.jpg

Mən noyabrın 8-də Şuşanın azad edilməsi ilə əlaqədar xalqıma müjdə verərkən bildirmişdim ki, şəhidlərin ruhu qarşısında baş əyirəm. Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq... Biz bu Qələbəyə görə onlara borcluyuq.

Azərbaycan Prezidenti İlham Əliyevin xalqa 10 noyabr 2020-ci il tarixli müraciətindən

Bəli, onların xatirəsinə ehtiram olaraq,  müasir dünyanın ən qətiyyətli liderlərindən olan Prezident İlham Əliyev baş əydi. Onlar Vətən torpağında uyuyaraq yurdu, torpağı zinətləndirdilər. Onlar üçrəngli bayrağımızı sanki həbsdə imiş kimi inildəyən kənd və şəhərlərimizdə qaldıraraq dövlət rəmzimizi şərəfləndirdilər. Onlar öz rəşadət, mətanət və mərdlikləri ilə dünya hərb tarixini öyrədənlərə və öyrənənlərə “Azərbaycanın şanlı hərb səhifələri”ni bəxş etdilər. Onlar Birinci Qarabağ müharibəsindəki çoxsaylı ağrı-acılarımızın əhəmiyyətli dərəcədə azaldılmasına nail oldular.

... Yəqin , diqqətli oxucunun yadındadır ki, sərlövhəyə çıxardığımız məşhur ifadə ustad şairimiz Süleyman Rüstəmin “Yadıma düşdü” rədifli qəzəlindəndir. Həmin misranı bu yazının əvvəlinə gətirməyimiz də təsadüfi deyil. Çünki Anım Günü ərəfəsində – bəlkə də bir həftədir kütləvi informasiya vasitələrimiz və sosial şəbəkənin bütün seqmentləri təkrar-təkrar yazırlar ki, Vətən uğrunda şəhid olanların hamısı cənnətlikdir. Yəni Cənnət Qarabağda, cavan yaşında şəhid olanlarımız təkcə tarixə düşməyiblər, həm də dinimizin buyurduğu kimi, cənnətməkan olublar.

 Yeri gəlmişkən, dünən bir axunddan belə bir fikir eşitdim: “Siz valideynlərinizə, qəzavü-qədər üzündən həlak olanlarınıza, yaşlaşıb və ya xəstələnib dünyasını dəyişənlərinizə rəhmət oxuyun, şəhidlərə yox! Çünki şəhidlər Allahın qarşısında o dərəcədə günahsız, tər-təmizdirlər ki, onların rəhmətə ehtiyacı yoxdur. Allah onlara rəhm edib, bütün günahları artıq bağışlanıb.”Şəhidlər bir də ona görə xoşbəxtdirlər ki, sağlıqlarında onların 35-40, bəlkə də 50-60 ürəkdə yerləri var idisə, indi 50 milyonluq soydaşlarımızın hər birinin qəlbində daimi məskən salıblar.

... Yadımdadır, 20 Yanvar faciəsindən sonrakı günlərdə Şəhidlər xiyabanına yaxın getmək olmurdu. Çünki orada səsləndirilən qəmli musiqilər, instrumental muğamlar adamın ürəyini dağlayırdı. Mən o zaman yazmışdım ki, “Nə qədər belə gün olubmuş, Allah, bu dərdli  muğamlar yarana bilib?” O faciədə  verdiyimiz şəhidlərin sayı heç 150-yə çatmırdı. Amma üzülürdük, ölürdük, sınırdıq. Çünki təklənmişdik, haqqımız tapdalanmışdı, heysiyyatımız təhqir olunmuşdu, torpaqlarımızın işğalına zəmin yaranmışdı. On minlərrlə şəhid verəcəyimiz ağır günlər başlanmışdı. Xocalı soyqırımı və digər faciələrimizdə də belə idi: üzülürdük, ölürdük.

2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsində isə yenə də çoxsaylı şəhidlər verdik, amma sınmadıq, əyilmədik, əksinə, bədxahlarımızın gözünün içinə baxa-baxa dedik ki, bizimlə hədə dilində danışmaq, ordumuza qarşı çıxmaq, dövlətimizlə zarafat eləmək heç kəsə xeyir gətirməz və gətirməyəcək.

Biz həmin 44 gündə  torpaqlarımızın düşmən tapdağından azad edilməsinə nail olduq, işğalçı orduya diz çökdürdük, “yeni ərazilər üçün yeni müharibələr”ə hazırlaşanlar kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldılar, dünyanın hər yerindəki havadarları onların harayına çata bilmədilər. Düşmənin iki əsr müddətində qurduğu fitnə-fəsad torlarını darmadağın etdik, bütün azərbaycanlıların üstündən “məğlub xalq” damğasını sildik, milli ruhumuz dirçəldi, mənəvi üzağlığımız bərpa olundu. Bütün bunlara görə isə Prezidentimiz şəhidlərin qarşısında baş əydi. Təəssüf ki, 20 Yanvar faciəsi kimi ağır günlərimiz tarixdə çox olsa da, 8 Noyabr kimi günlərimiz az olub. Belə günlərin şəninə isə hansısa kədərli muğam yox, bütün türk dünyasını dolaşan qəhrəmanlıq mahnılarımız yaranıb.

Bilmirəm, yerinə düşər, ya yox, mən bu tarixi Anım Günündə ordumuzun, xalqımızın və təbii ki, Ali Baş Komandanımızın qazandığı Zəfər haqqında danışarkən bir bənzətmə  aparmaq istəyirəm: İndi artıq uşaq da bilir ki,  əgər 1993-cü ildə ulu öndər Heydər Əliyev ölkədə siyasi hakimiyyətə qayıtmasaydı, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, əbədiləşdirilməsi nəinki çətin olacaqdı, heç mümkün olmayacaqdı. Yəni Heydər Əliyev mümkün olmayanı mümkün etmişdi.

Son illərdə şahidi olduğöumuz tarixi faktlar isə sübut edir ki, hərgah Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevə səs verməsəydi, nəinki torpaqlarımız işğaldan azad edilməyəcəydi, üstəlik, yeni ərazilərimiz də itirəcəkdik. Hətta 44 günlük müharibənin olub-olmayacağını da deyə bilmirik. Bildiyimiz odur ki, Azərbaycanın bütün uğurlarının təməlini Heydər Əliyev qoymuş, həmin işləri Prezident İlham Əliyev yekunlaşdırmışdır. Məhz cənab Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük müharibədə  torpaqlarımız işğaldan azad edildi, Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsinin  yaradılması ilə ərazi bütövlüyümüz bərpa edildi. Sentyabrın 19-dakı lokal antiterror tədbirləri ilə isə bütün ərazilərimizdə suverenliyimiz təmin olundu.  Üstəlik, beynəlxalq aləmdəki dostlarımız bizi daha böyük uğurların gözlədiyini də deyirlər.

Elə bu qeydlərimi də cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə tamamlamaq istəyirik: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi... Fəxr edirik xalqımızla, ordumuzla! Əminəm, hər bir Azərbaycan vətəndaşı hesab edir ki, onun həyatında bu günlər, bu dəqiqələr ən xoşbəxt günlər, dəqiqələrdir. Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq! Bundan sonra heç kim bizi o torpaqlardan tərpədə bilməz!”

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

İttifaq MİRZƏBƏYLİ