USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İnkar və imtinanın sonu deyilmi, İrəvan?

​​​​​​​Tanınmış ekspert hesab edir ki, bu gün erməni cəmiyyətinin məsuliyyəti öz üzərinə götürənə, düzgün çıxış yolu göstərənə ehtiyacı var


https://img.baki-baku.az/news/2023/09/photo_8597.jpg

Hayastan daxilində daxili fəsadların çoxalması, radikalların fəallaşması, sabiqlərin yenidən bir düşərgədə cəmləşməsi, “İstefa!” qışqıranların sayını artırmağa çalışanların canfəşanlığı Paşinyan iqtidarını çətin sınaqların gözlədiyindən xəbər verir. Bu, azmış kimi, xarici təzyiqlərə qatlaşmalı olan İrəvan iqtidarının vəziyyətdən polis dəyənəyinin gücü ilə çıxmağa qərar verdiyini söyləmək olar.

Bu barədə qəzetimziə danışan tanınmış siyasi şərhçi, teleaparıcı Tofiq Abbasov Ermənistanda vahid idarəetmə istitutunun, mərkəzləşmiş sistemin olmadığını söyləyir. Nikol Paşinyanın bunu istəsə belə, bacarmadığını deyən siyasi şərhçinin qənaətincə, orada hazırda dövləti idarə edənlərin sıralarında da parçalanmanın baş verdiyini vurğulayır. Onun fikrincə, bir qisim köhnə hakimiyyətin geri qayıdacağı arzusu ilə yaşayır, ikincisi yeni qüvvələrə güvənməyə üstünlük verir, üçüncüsü isə mövcud iqtidarın yanında duracağını qərarlaşdırıb: “Nikol Paşinyan deyir ki, mən sona qədər demokratiyanın keşiyində dayanacağam. Yeni sistemi qurmalı, tədricən onu inkişaf etdirəcəyini bildirib. O, faktiki olaraq, ölkədə vəziyyətin hədsiz dərəcədə gərgin olduğunu deyir. Həqiqətən də, hazırda İrəvan qibtə ediləsi durumda deyil. Bir yandan, misal üçün,  Azərbaycan-Türkiyə birliyinin haqlı tələbləri ilə üz-üzə qalıb, digər yandan Azərbaycanın artıq lokal antiterror tıdbirləri ilə öz ərazisində suveren hüquqlarını tam təmin etməsi faktı istər-istəməz Ermənistanın siyasi elitasına, zümrəsinə öz təsirini göstərir. Onlar əsas və sağlam yoldan çıxdıqlarını yaxşı anlayırlar. Obrazlı desək, indi onlar üzüyuxarı çığırla sürünməyə məhkum ediliblər. İrəvan inkar və imtina siyasətini həyata keçirməklə nə qazandığı barədə düşünməlidir. Həqiqətən də nə qazanıb? Yaxud da Emmanuel Makronun bu günlərdə dediklərinə diqqət yetirin: “Biz sona qədər Ermənistanın yanında duracağıq”.

Yaxşı, de görüm, ay Paris, İrəvanın yanında durmaqla onun üçün nə etmisən? – deyə sual edən siyasi şərhçi Fransanın Ermənistanı yalnız və yalnız uçurumun kənarına sürüklədiyini bildirir: “Cəmi bir addımdan sonra Ermənistan uçuruma yuvarlanacaq. Buna görə İrəvan lüzumsuz və faydasız himayəçilikdən, lobbiçilikdən, diasropaçuluqdan, eləcə də Fransa və Hindistanın yersiz müdaxilələrindən canını qurtarmalıdır. Qarşısında duran hədəfləri dəqiqləşdirməli və onları reallaşdırmaq barədə düşünməlidir. Bunun üçün ölkədə mərkəzləşmiş siyasi sistem qurulmalıdır. Daxili saflaşma getməlidir. Ermənistanın başqa xilas yolu yoxdur. Hələki biz Hayastanda siyasi xaosu izləməkdəyik. Dövlət və xalq üçün taleyüklü məsələlərə ortaq yanaşma, baxış yoxdur. Mərkəzi

hakimiyyət bütün məsuliyəti öz üzərinə götürərək, çıxış yolları aramalıdır. Əks təqdirdə Ermənistanın bir dövlət kimi müqəddaratı gündəmə gələcək. Belə dövlət olmaz. Həm qonşularla vuruşsunlar, həm də olan-qalan imkan və potensialını silah-sursata xərcləsinlər, ortaya da bir şey çıxara bilməsinlər. Əhali də bur ucdan ölkəni tərk etməkdədir. Belə davam edərsə, nəinki “Böyük Ermənmistan”, heç suverenlik barədə danışmağa əsasları qalmayacaq”.    

                                                          * * *

“Biz həmişə müttəfiqlərimizə xəyanət etmişik və indi düşdüyümüz vəziyyətə görə özümüz günahkarıq”. Etnik faciələrin baiskarı kimi öz millətini qınayan erməni jurnalisti Lilit Kostanyan bu acı etirafı Facebook səhifəsində paylaşıb. Mənsub olduğu xalqın yarımçıqlıq kompleksindən əziyyət çəkdiyini deyən Lilit hayların xarakterik cizgilərini bənzərsiz ustalıqla qələmə alır: “Əsrlər boyu üzləşdiyimiz problemləri həll etməməyə, onu faciəyə çevirməyə, sonra da oturub zülüm-zülüm ağlamağa, yalançı soyqırımlara qəmli mahnılar qoşmağa, hətta bunu biznesə çevirməyə bir növ adət etmişik. İndi isə bizə kömək əlini uzatmadığı üçün bütün dünyanı qınayırıq”.

Erməni ruhunun və düşüncəsinin bunca dəqiq mənzərəsini yalnız erməni özü yarada bilərdi. Lilit heç nədən və heç kəsdən çəkinmədən gəldiyi qənaəti tam çılpaqlığı ilə sərgiləməkdə davam edir: “Axı biz dünya ilə düzgün dost olmağın qaydalarını heç vaxt bilməmişik. Bir dövlətlə dostlaşmışıq, sonra onu atıb başqasının yanına qaçmışıq, ardınca bunu da atmışıq, digərinin ətəyindən yapışmışıq və beləcə davam edir. Başımıza gələnlərə, bizimlə belə davrandıqlarına görə özümüz və yalnız özümüz günahkarıq. Hərdən heyrət məni bürüyür ki, biz ermənilər XXI əsrə necə gəlib çıxmışıq”.

Bir millət kimi öz qiymətlərini zərgər dəqiqliyi ilə verən Lilit Kostanyanın yazdıqlarına heç bir şərh vermək fikrində deyilik və buna heç ehtiyac da yoxdur. İndiki halda bizə, sadəcə olaraq, qonşunun halına təəssüflənmək düşər.      

İ.HƏSƏNQALA




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

İmran BƏDİRXANLI