USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ceyhun Bayramov: Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının heç bir əsası yoxdur


https://img.baki-baku.az/news/2023/09/photo_8582.jpg

Sentyabrın 28-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycanın antiterror tədbirlərindən sonra bölgədə cari vəziyyət, eləcə də humanitar yardım məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulmasının sülh və sabitliyə xidmət edəcəyini diqqətə çatdırıb.

Tərk-silah prosesi, erməni sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində ölkəmizin həyata keçirdiyi tədbirlər, erməni sakinlərin reinteqrasiyası üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verilib.

Hazırda Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının heç bir əsasının olmadığı, Azərbaycanın erməni sakinlərə heç bir təhdid törətmədiyi diqqətə çatdırılıb. Azərbaycana qarşı səslənən iddiaların əsassız olduğunun, bunun sübut edilməsi üçün Azərbaycanın BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisinin rəhbərliyi altında BMT orqanlarının Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkil edilməsinə hazır olduğumuz bildirilib.

Nazir Ceyhun Bayramov ölkəmizin cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərinə baxmayaraq, Ermənistan tərəfinin sülh prosesinə maneçilik törətməkdə davam etdiyini diqqətə çatdırıb. Azərbaycanın qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyə hörmət əsasında Ermənistanla sülh prosesində maraqlı olduğu vurğulanıb.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət