USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Baş nazir Əli Əsədov Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən tədbirlərində iştirak edən nazirlərlə görüşüb


https://img.baki-baku.az/news/2023/09/photo_8530.jpg

Sentyabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən 2-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısında və 2-ci Türk Aqro Biznes Forumunda iştirak edən kənd təsərrüfatı nazirləri ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən  bildiriblər ki, Baş nazir Bakıda keçirilən 2-ci Kənd Təsərrüfatı Nazirləri Toplantısının və 2-ci Türk Aqrobiznes Forumunun əhəmiyyətini vurğulayıb, bu tədbirlərin Türk dövlətləri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Bildirilib ki, türk dünyası ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir.

Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən ardıcıl tədbirlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, bu məqsədlə ölkədə aparılan uğurlu iqtisadi siyasət nəticəsində iqtisadiyyatın diversifikasiyasına nail olunub, bütün digər sahələr kimi aqrar sektorun da inkişafı üçün əlverişli şərait yaranıb.

Azərbaycanda aqro-ərzaq sisteminin davamlı transformasiyasının təmin edilməsi istiqamətində yaşıl enerji, rəqəmsallaşma və innovativ həllərin tətbiqi barədə söhbət açılıb.

Ölkədə aqroparkların yaradılması prosesinin geniş vüsət aldığı bildirilib, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişaf potensialı barədə məlumat verilib.

Görüşdə Azərbaycanla Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətləri arasında kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələr, həmçinin əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət