USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qarabağı tərk edən ermənilərin təhlükəsiz və maneəsiz keçidi təşkil olunur


https://img.baki-baku.az/news/2023/09/photo_8521.jpg

Qarabağda qalmaq istəməyən erməniəsilli sakinlər Ermənistana tam təhlükəsiz şəkildə gedirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsindən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin maneəsiz keçidi təmin olunur.

Ermənistan istiqamətində hərəkət edən sakinlər heç bir təhlükə və təhdid ilə qarşılaşmadıqlarını, könüllü şəkildə getdiklərini bildiriblər. Onlar həm də yolların açıq olduğunu, maneəsiz şəkildə Ermənistana getdiklərini söyləyiblər.

Üç ildir Xankəndidə yaşayan Ermənistan vətəndaşı İrəvana gedəcəyini deyib: “Azərbaycan dilini Bakıda öyrənmişəm. Çünki əvvəllər Bakıda yaşamışam”.

Ona keçid zamanı yaxşı davranıldığını deyən 83 yaşlı erməniəsilli sakin heç bir şikayətinin olmadığını da bildirib.

Azərbaycan dilində səlis danışan daha bir Xankəndi sakini də əvvəllər Bakıda yaşadığını və Bakıda da təhsil aldığını bildirib. O, yanğınsöndürən ixtisasına yiyələndiyini, Xankəndidə uzun illər yanğınsöndürmə məntəqəsinin müdiri olduğunu, bu günsə öz istəyi ilə Azərbaycanı tərk etdiyini deyib.

Könüllü olaraq Qarabağı tərk edən daha bir Xankəndi sakini vaxtilə Bakıda yaşadığını, azərbaycanlı dostlarının olduğunu deyib.

Azərbaycanda təhsil alan daha bir erməni sakin isə “bizim ana dilimiz Azərbaycan dili olub” deyib: “O vaxt təhsilimiz Azərbaycan dilində idi və elə ana dilimiz idi bizim. Çünki bu dildə imtahan verirdik”.

Üç ildir Ermənistandakı övladları ilə ancaq telefon əlaqəsi saxladığını deyən sakin öz xoşu ilə getdiyini və ona yaxşı davranıldığını bildirib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət