USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Əl-Cəzirə” telekanalında Qarabağda yaşayan ermənilərin reinteqrasiyası tədbirlərindən danışılıb


https://img.baki-baku.az/news/2023/09/photo_8502.jpg

ADA universitetində İnkişaf və Diplomatiya İnstitutunun tədqiqatçısı, politoloq Anastasiya Lavrina Qətərdən yayımlanan “Əl-Cəzirə” telekanalına müsahibəsində 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb.

ADA universitetinin əməkdaşı müsahibəsində Azərbaycan hökumətinin erməni sakinlərinin təhlükəsizliyinin, eləcə də bütün hüquqlarının təminatı üçün ölkə konstitusiyası və qanunları çərçivəsində zəmanətlər verdiyini bildirib. Qarabağın erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüşlərin onların sosial-ictimai məsələlərinin həlli barədə müzakirələrin aparılması üçün yaxşı imkan olduğu vurğulanıb.

Anastasiya Lavrina ermənilərin guya Azərbaycanda sıxışdırılması və təzyiqlərə məruz qalması barədə erməni tərəfinin dediklərinin dezinformasiya olduğunu, həqiqəti əks etdirmədiyini söyləyib. Qeyd edib ki, Azərbaycan tolerant və çoxmillətli ölkədir, burada indi də 30 min erməni yaşayır. Bakıda erməni kilsəsi fəaliyyət göstərir, ermənilərə qarşı heç bir təzyiq yoxdur.




Redaktorun seçimi

“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi
“Artsax” layihəsi qapandı
  • Daxili siyasət
  • 10:48 12.09.2024
“Artsax” layihəsi qapandı
Keşiş Baqrat spiker Aleni təhqir etdi
  • Daxili siyasət
  • 10:36 11.09.2024
Keşiş Baqrat spiker Aleni təhqir etdi

Daxili siyasət