USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan Ermənistanın təhlükəsizlik strukturuna yenidən baxılacağını açıqlayıb


https://img.baki-baku.az/news/2023/09/photo_8475.jpg?v=MjAyMy0wOS0yNSAwMDoxNTowNQ==

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 24-də səhər Azərbaycanın Dağlıq Qarabağda 19-20 sentyabrda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra ölkə vətəndaşlarına müraciət edib. N.Paşinyanın sözlərinə görə, son günlər baş verənlər göstərdi ki, ölkənin daxili və xarici təhlükəsizlik strukturu yenidən qurulmalıdır. O iddia edib ki, guya, Azərbaycan və Rusiya sülhməramlıları Qarabağda ermənilərin təhlükəsizliyini lazımi səviyyədə təmin edə bilmirlər.

Erməni baş nazrininin sözlərinə görə, “Ermənistanın iştirak etdiyi xarici təhlükəsizlik sistemləri Ermənistanın təhlükəsizliyini və dövlət maraqlarını qorumaqda səmərəsizdir: “Biz bu siyasətin təzahürlərini son onilliklərdə görmüşük. Biz Ermənistanın müstəqilliyini şübhə altına alan bəyanat və ifadələrlə razılaşmırıq. Bəzi tərəfdaşlarımız təhlükəsizlik zəifliyimizi göstərmək üçün getdikcə daha çox səy göstərirlər”. Burada "bəzi tərəfdaşlarımız" deyəndə kimi nəzərdə tutduğu hamıya aydındır.

N.Paşinyan ənənəvi olaraq yenə də sərsəmləyib ki, guya, Azərbaycanın hərbi hərəkətləri Ermənistanın təkcə xarici deyil, həm də daxili təhlükəsizliyini və sabitliyini təhlükə altına qoyub, həmçinin “münasibətlərin diplomatik etikasını, bütün düzgünlük normalarını, müqavilələr ilə bağlı üzərinə götürdüyü öhdəlikləri” pozub.

Erməni baş nazir çıxışında yenə "etnik təmizləmə"dən dəm vurub. Sanki 30 il işğal altında saxladıqları Azərbaycan ərazilərində etnik təmizləmə siyasətini həyata keçirən ermənilər yox, yadplanetlilər olub: "Əgər Dağlıq Qarabağ ermənilərinin evlərində yaşaması üçün real şərait və etnik təmizləmələrdən səmərəli müdafiə mexanizmləri yaradılmasa, Dağlıq Qarabağ ermənilərinin öz həyat və şəxsiyyətlərinin yeganə xilasını öz vətənlərindən çıxışda görmələri ehtimalı son dərəcə artır". 

Ermənistanın baş naziri hadisələrin bu cür inkişafına görə məsuliyyət bütünlüklə  Azərbaycanın və Rusiyanın sülhməramlı kontingentinin üzərinə qoymağa çalışıb. Halbuki 44 günlük müharibədən ötən üç il ərzində ancaq vaxt udmağa hesablanmış siyasət yürüdən məhz rəsmi İrəvan olub. Azərbaycanın sülh gündəliyini müzakirə etməkdənsə təhülkəsizliyini başqa ölkələrdə axtarmağa çalışan erməni hökumətinin məsuliyyətsizliyi ortadadır. Yaranmış vəziyyətə görə günahkar ölkə varsa da, o da Ermənistandır.

Bir sözlə, erməni baş nazir yenə reallıqdan uzaq fikirlər səsləndirir. N.Paşinyan artıq açıq-aşkar strateji müttəfiqi Rusiyanı hədəf götürür və dostluğa son qoyacaqlarına ehyam vurur. Bu dəfə də N.Paşinyan ölkəsi üçün tarixi anlarda məsuliyyəti digər ölkələrinin üzərinə atmağa çalışır, halbuki son hadisələrin bu məcrada inkişafı məhz onun və komandasının yarıtmaz xarici siyasətinin nəticəsidir. Səhvlərini etiraf etmək əvəzinə yenə də başqalarını günahlandırmaq Nikol Vovayeviçin siyasətdə özünəməxsus dəst-xəttidir. Ona görə də, belə çıxışların Ermənistandan savayı kiməsə zərər gətirəcəyi şübhə doğurur. Amma İrəvanın sərgilədiyi yeni bu mövqeyi bəzi paytaxtlarda diqqətlə izlənilir və zəruri nəticələr çıxarılacağı şəksizdir.

S.ELAY




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səbuhi MƏMMƏDOV