USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Yaşar Güler: Qarabağda aparılan antiterror tədbirlərinə Ermənistanın öhdəliklərini yerinə yetirməməsi səbəb olub


https://img.baki-baku.az/news/2023/09/photo_8448.jpg

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi antiterror tədbirləri Ermənistanın 2020-ci il noyabrın 10-da əldə olunan razılaşma çərçivəsində öhdəliklərini yerinə yetirməməsi səbəbindən baş verib.

Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler “Milliyet” qəzetinə müsahibəsində deyib.

“Ermənistan 44 günlük müharibə nəticəsində atəşkəs sazişinə imza atıb və bu şərtləri yerinə yetirməlidir. Qarabağda yerləşən terrorçular oradakı mədənlərdə hasilat işləri aparır və yolların açılması barədə xəbərdarlıqlara məhəl qoymurdular. Nəticədə Azərbaycan onların cavabını verdi. Bir gün davam edən tədbirlərdən sonra separatçılar silahlarını təhvil verməyə, təslim olmağa və Azərbaycan ərazilərini tərk etməyə razılıq verdilər”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Rusiya Qarabağ torpaqlarının Azərbaycana aid olduğunu etiraf etmək məcburiyyətində qalıb. Yaşar Güler Azərbaycanın Qarabağda apardığı antiterror tədbirlərinin “uzunmüddətli sülhə doğru addım olacağına” əminliyini ifadə edərək deyib: “Ermənistan öhdəliklərini layiqincə yerinə yetirsə və sülh sazişinin şərtləri qısa müddət ərzində reallaşsa, regionda sülh və əmin-amanlıq mühiti bərqərar olacaq”.

Bu yaxınlarda Ermənistan və ABŞ hərbçiləri arasında baş tutan təlimlərə münasibət bildirən Yaşar Güler həmin tədbirləri əhəmiyyətli hesab etmədiyini, lakin hazırkı gərginlik şəraitində düzgün anlaşılmayacağını vurğulayıb.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti

Daxili siyasət