USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Salam Xankəndi, ruhun şad olsun, Pənahəli xan!

Hərbi uğurlarımızın təməlində Ali Baş Komandanın qətiyyəti durur


https://img.baki-baku.az/news/2023/09/photo_8441.jpg

Ölkəmizin və regionun hansı kütləvi informasiya vasitəsinə baxsan, hamı dünənədək od püskürən, Azərbaycan dövlətinə qarşı hədələrlə, təhdidlərlə danışan separatçıların əsgərlərimizin qarşısında cəmi 24 saatadək (sutka tam olmadı) duruş gətirə bilməməsindən yazır və ya danışır. Fransanın hərtərəfli yardım, Rusiyanın bəzi siyasi dairələrinin “Ruben”lər, İranın yanacaq, ərzaq və digər müəmmalı yüklər, Avropanın bəzi ölkələrinin təqaüdçülərdən ibarət şübhəli missiyalar göndərdiyi “o boyda Artsax” (?) niyə belə bir gün bir gecə ayaq üstə dura bilmədi? 

Çünki onların himayədarı adı­nı çəkdiyimiz siyasi mərkəzlər idisə, Azərbaycanın himayədarı da Ulu Tanrı idi. Biz haqlı idik, beynəlxalq hüquq bi­zim tərəfimizdə idi. Onlara Hindistan­dan 60-cı illərin, İrandan 70-ci illərin, Fransadan 80-ci illərin silahları göndə­rilirdisə, Azərbaycan Ordusu ən müa­sir, elmi-texniki ixtiraların sonuncu na­iliyyətləri ilə təkmilləşdirilmiş silahlarla təchiz edilmişdi.

Xankəndidəki oyuncaq dövlətin “köməyinə gələnlər”in əsas məqsədi ölkəmizin həmin ərazilərindəki təbii sərvətlərin talan edilməsi idisə, Azər­baycan Ordusunun məqsədi müqəd­dəs torpaqlarımızı düşmən tapdağın­dan təmizləmək idi. Onların taktiki və strateji planlarını hansısa çirkin fəa­liyyətinə görə gözdən düşmüş əliəyri biznesmen – Ruben Vardanyan işlə­yib hazırlayırdısa, bizim planlarımızın müəllifi müasir dünyanın ən tanınmış liderlərindən olan, Avrasiya diploma­tiya tarixinə özünəməxsus səhifələr yazan, 2016-cı ilin Aprel döyüşlərinin və 2020-ci ildəki İkinci Qarabağ mü­haribəsinin bütün planlarını hazırlayan və hamısında uğurlar qazanan böyük sərkərdə İlham Əliyev idi. 

Bədbəxt “Artsax” bu boyda fərqin qarşısında necə dayana bilərdi? Da­yana bilmədilər. 

... İllər sürətlə keçdi, düşmən öz havadarlarının köməyi ilə çox fürsətləri əlimizdən aldı, üstəlik də, yaşa doldum və otuz il əvvəl radio dinləyicilərinə verdiyim vədlərin ikisini yerinə yetirə bilmədim. Radio rəhbərliyinin mənə olan inamına güvənərək otuz il əvvəl bir verilişdə dinləyicilərə söz vermiş­dim ki, Qələbə xəbərini efirdən mən səsləndirəcəyəm. Alınmadı. “İnşallah, sizin üçün Şuşadan, Xankəndidən re­portajlar hazırlayacağam” - demişdim, yaş imkan vermədi. 

Amma hələ bir şansım var. Xankəndi Pedaqoji İnstitutu filologi­ya fakültəsinin məzunu, şair Ələmdar Quluzadə ilə eyni şöbədə çalışdığım illərdə ondan belə bir ümidli xəyal eşit­mişdim: “Torpaqlarımız azad edilərsə, doğulub böyüdüyüm Xocalını ziyarət etdikdən dərhal sonra Xankəndiyə ge­dəcək, ömrümün ən gözəl illərini keçir­diyim institutumuzun hansısa bir ota­ğında – həmin auditoriyaların hamısı mənə doğmadır – gec gəldiyimə görə divarlardan, pəncərələrdən, qapıdan üzr istəyəcək və nə deyəcəyimi bil­məyəcəm”. Onda Ələmdara demişdim ki, get həmin siniflərdən birində ağla, gəl, mən də səninlə həmin vüsal barə­də geniş söhbət yazım. 

Ali Baş Komandanımızın işləyib hazırladığı mükəmməl planlar, ordu­muzun maddi-texniki bazasının ən müasir səviyyədə təchiz edilməsi və şəxsi heyətin peşəkarlığı nəticəsində biz düşmən işğalında olan bütün əra­zilərimizin azad edilməsinə nail olduq və Ələmdar Quluzadənin Xankəndiyə gedəcəyi yol da açıldı, mənim üç və­dimdən birini yetirmək imkanım da ya­randı. Allaha şükürlər olsun! 

44 günlük İkinci Qarabağ mü­haribəsi haqqında yazan tarixçilər Azərbaycan Ordusunun müasir hərb tarixinə bir çox yeniliklər gətirdiyini, dünyanın aparıcı ali hərbi məktəblə­rində bu döyüşlərin taktiki və strateji üstünlüklərinin tədris edildiyini xatırla­dırlar. Mən isə Azərbaycan Ordusunun bu il sentyabrın 19-da günorta vaxtı başlayıb, ertəsi günü günorta saatla­rında başa çatan lokal xarakterli anti­terror tədbirlərini “ən qısa müharibə” kimi qələmə vermək istəyirdim. Bu məqsədlə bir ekspertlə də məsləhət­ləşdim. 

Ekspert dedi, elə yazma. Əvvə­la, sentyabrın 19-da başlanan hərbi eskalasiya müharibə deyildi. Müha­ribə müxtəlif ölkələr arasında olur. Azərbaycan isə öz ərazisində dövlət qanunlarına əməl etməyən separatçı dəstələrə qarşı lokal xarakterli anti­terror tədbirləri keçirib. İkinci, ən qısa müharibə 1896-cı il avqustun 27-də İngiltərə ilə Zənzibar arasında başla­mış və cəmi 38 dəqiqə davam etmişdi. Tarixçilər həmin müharibəni dünyanın ən qısa müharibəsi də adlandırırlar. 38 dəqiqə ərzində bir ingilis dənizçisi və 500 zəngibarlı öldürülmüşdü...

İndi mətbuatın gündəliyində xey­li yeni məsələlər var. Biri xatırladır ki, Prezident İlham Əliyev hələ 44 günlük müharibədən sonra ermənilərə bil­dirmişdi ki, biz qarşıya qoyduğumuz bütün hədəflərə nail oluruq. Ona görə də ağıllı başla düşünün. Düşünmə­dilər. Biri dövlət başçımızın “Nəyi, nə vaxt, necə etmək lazım olduğunu mən bilirəm” – qətiyyətini yada salır. Sepa­ratçılar həmin həqiqəti də nəzərə al­madılar. 

Biri isə dedi ki, separatçı hərbi xunta rejiminin cəmi bir gün ərzində ağ bayraq qaldırması, təslim olması həm də Silahlı Qüvvələrimizin qüd­rətinin, peşəkarlığının, yüksək döyüş ruhunun əyani göstəricisidir. “Bu, bir daha göstərdi ki, Prezident İlham Əli­yev Vətən müharibəsindən dərhal sonra ordu quruculuğunda islahatlar aparmaqla, Azərbaycan Silahlı Qüv­vələrinin Türkiyə ordusu modelinə uy­ğunlaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərlə, yeni hərbi birliklər yaratmaqla, ordumuzun müasir si­lah-sursatla təchiz olunması ilə necə müdrik qərarlar qəbul edib”. 

... Son günlər Xankəndi ilə bağlı çoxlu videomateriallara, fotolara bax­dım. Hərbçilərimizin peşəkarlığı qü­rurvericidir. Ancaq bir foto məni hədsiz dərəcədə duyğulandırdı. Xankəndinin tamamilə boşalmış mərkəzi meyda­nında, tam ortada dayanmış 20-25 yaşlı erməni qadın bir əlində üç-dörd aylıq körpəsini, digər əlində isə kiçik bir Azərbaycan bayrağını tutmuşdu. Onun gənc və yaraşıqlı simasından dünyanın ən ağır yükünü çəkən Ante­yin iztirabları oxunurdu. O, hətta, Azər­baycan bayrağına hörməti olmadan, təkcə yavrusunu vəziyyətdən salamat çıxartmaq üçün bu addımı atmışdısa da, yenə də alqışlanmalıdır. Mən bu məqamda Azərbaycan əsgəri, zabitlə­ri, komandanlıq heyəti qarşısında baş əyirəm. Sağ olun, əzizlərim! Sağ olun ki, körpələrə, sizdən aman gözləyən­lərə aman verdiniz! Heç bir mülki insa­nı zərərdidə etmədiniz. Allah həmişə sizi qoruyacaq! İnşallah!




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İttifaq MİRZƏBƏYLİ