USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Erməni avantürizmi canını BMT Təhlükəsizlik Şurasında tapşıracaq

Bu toplantı İrəvanın Qarabağ iddiasının son beynəlxalq müzakirəsi olacaq


https://img.baki-baku.az/news/2023/09/photo_8419.jpg

Bu gün BMT Təhlükəsizlik Şurasının Qarabağda yaranmış durumla bağlı təcili toplantısı keçiriləcək. Buna səbəb ölkəmizin bölgədə həyata keçir­diyi lokal antiterror tədbirləridir. Azərbaycan öz ərazisində Konstitusiya quruluşuna zidd halları aradan qaldırır, kimlərsə narahat olmağa başlayır. O da məlumdur ki, ən böyük narahatlıq keçirən, həmişəki kimi, Ermə­nistanın “bacısı” Fransadır. Əminliklə söyləmək mümkündür ki, bugünkü toplantı rəsmi Parisin Qarabağda erməni avantürizminin yaşadılması is­tiqamətindəki son çırpıntısıdır. Əlbəttə, BMT-dəki müzakirə elə İrəvanın da Azərbaycan ərazilərini işğalda saxlamaq istiqamətindəki axırıncı dirə­niş nöqtəsidir. 

Kənardan belə təəssürat yara­nır ki, Fransa Qarabağ üçün Ermə­nistanın özündən daha çox çalışır. Təsəvvür edin, Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinə məxsus ordu hissələrinin hərbi əməliyyatlara qatıl­mayacağını vurğulayır, amma Fransa prezidenti Emmanuel Makron onunla telefon danışığı zamanı bildirir ki, BMT Təhlükəsizlik Şurasının toplan­tısını çağıracaq. Həqiqətən də, rəsmi Parisi, elə Makronun özünü də olduq­ca miskin mənzərə gözləyir. 

Miskinlikdən söz düşmüşkən, Fransa bir yana, Ermənistan dövləti­nin adına son dərəcə biabırçı durum yaşanır. Bilirik ki, müasir Ermənistan Qarabağ xülyası üzərində qurulmuş respublikadır. Ölkənin ideoloji baza­sını məhz bu amil təşkil edir. Vaxtilə Azərbaycan torpaqlarını işğal edən də Ermənistan olmuşdu. Hazırda Qarabağ ermənilərinin hüquq və təh­lükəsizliyi məsələsinin qabardılması, məsələnin beynəlxalq təminatlarının yaradılması və bunun Azərbaycan–Ermənistan sülh müqaviləsinin tərkib hissəsi olaraq təsbiq edilməsi iddiası da işğalçılığın fərqli təzahür forma­sından başqa bir şey deyil. 

Amma bu iddianı irəli sürənlər antiterror tədbirlərindən qorxuya düşərək özlərinin müqəddəs bildik­ləri, əslində, saxta mahiyyət daşıyan məsələyə tüpürürlər. Paşinyanın Er­mənistan ordusunun Qarabağdakı hərbi əməliyyatlara girişməyəcəyinə dair fikirləri bunun nəticəsidir. Necə deyərlər, İrəvan başı girməyən yerə bədənini soxmağın acı, rüsvayçı aqi­bətini yaşayır. Uca səslə, ucuz popu­lizm notları ilə qaldırdıqları “Artsax” sarsaqlığı məhvə doğru gedir. Real­lığı separatçı rejimdə də, Ermənis­tanın özündə də yaxşı dərk edirlər. Görünür, gerçəkliyi anlamayan təkcə Makron Fransasıdır. 

***

Fransanın Qarabağ, Azərbaycan–Ermənistan münasibətləri müstəvi­sindəki canfəşanlığının BMT tribu­nalarına çıxarılması ilk dəfə deyil ki, yaşanır. Paris dəfələrlə mövcud xüsusda İrəvana patronajlıq edib. Ümumən, “erməni məsələsinin” bu mötəbər təşkilatda diskussiya pred­metinə çevrilməsi ilə bağlı bütün məqamlarda Fransanın “rolu” var. 

Qeyd edək ki, bu il avqustun 16-da BMT Təhlükəsizlik Şurası Ermənista­nın müraciəti əsasında Qarabağda humanitar vəziyyəti, saxta soyqırımı və etnik təmizləmə iddialarını müza­kirəyə çıxarmışdı. Həmin vaxt rəsmi İrəvan buna çox böyük ümidlər bəs­ləmişdi. Lakin həmişə olduğu kimi, gözləntilər özünü doğrultmamışdı. Azərbaycan tərəfinin ortaya qoydu­ğu sübut və arqumentlər nəticəsində toplantı heç bir qərar çıxarmamışdı. Necə deyərlər, yığıncaq danışıb-da­ğılışmaq mərasiminə çevrilmişdi. 

Onu da vurğulayaq ki, erməni avantürası səbəbindən BMT-dəki belə danışıb-dağılışmalar son il­lər adət halını alıb. Sanki qurumun başqa işi-gücü yoxdur. Bu məqamı Azərbaycanın təşkilatdakı daimi nü­mayəndəsi Yaşar Əliyev vaxtilə çox gözəl ifadə etmişdi. O, bildirmişdi ki, Ermənistan dövlətinin idarə olunan manipulyasiya, təhrif və saxtakarlıq kampaniyasına görə Təhlükəsizlik Şurasından sui-istifadəsi dərin təəs­süf hissi yaradır. 

Doğrudan da, ortada BMT adı­na da xoşagəlməz mənzərə yara­nır. Təşkilat bəşəriyyət üçün vacib məsələləri müzakirə etməli olduğu halda, dünya erməniliyinin mənasız ambisiyalarının səsləndiyi məkana çevrilməkdədir. Çox güman ki, quru­mun tarixində heç vaxt separatçı iddi­alar müzakirəyə çıxarılmamışdı. Heç şübhəsiz, mövcud cəhət onun nüfu­zunu da zədələyir, ona inamı və eti­madı azaldır. Axı, ortada böyük real­lıq var. Elə bir reallıq ki, həm hüquqa, həm də tarixə söykənir. Bu reallığın mübahisə obyekti olması mümkün­süzdür. 

Yeri gəlmişkən, Y.Əliyev yuxarıda diqqətə çatdırdığımız fikirləri 2022-ci il dekabrın 21-də BMT TŞ-nin məhz Fransanın təşəbbüsü ilə keçirilmiş və Laçın yolundakı vəziyyətə həsr olunmuş müzakirəsində bildirmiş­di. Həmin toplantıda Ermənistanın beynəlxalq səviyyədə, guya, Laçın yolunun bağlanması və bu səbəb­dən Qarabağda “humanitar böhran” yaranması iddiaları ilə yaratmaq istə­diyi növbəti şou cəhdi fiaskoya uğra­mışdı. Müzakirə heç bir sənəd qəbul edilmədən yekunlaşmışdı. Fransa və digər iki-üç ölkə Laçın yolunun açıl­ması çağırışlarını səsləndirsələr də, TŞ-nin iclası Azərbaycanın ərazi bü­tövlüyünə hörmət kontekstində keç­mişdi. 

Ümumən, erməni iddialarının BMT müstəvisinə çıxarılmasının fias­ko sonluğunu xarakterizə edən vacib amil var. Bir qayda olaraq, bu mötə­bər tribunadan Azərbaycanın ərazi bütövlüyü məsələsi gündəmə gəlir. Yəni, Ermənistan Qarabağ avantüra­sını əsaslandırmaq istəyərkən, istər-istəməz, tamamilə əks vəziyyətlə üzləşir. Nəticə etibarilə, beynəlxalq ictimaiyyət Qarabağın Azərbaycana məxsusluğu reallığı ilə daha yaxın­dan tanışlıq əldə etmək imkanı qa­zanır. 

Xarici aləm 44 günlük müharibə zamanı da belə bir imkanı qazan­mışdı. Həmin vaxt Ermənistan rəh­bərliyi Azərbaycanın öz torpaqlarını düşmən tapdağından azad etməsini işğalçılıq kimi göstərmək istəyirdi və onun üz tutduğu tribuna yenə BMT TŞ olmuşdu. Lakin qurum gündəliyə çıxarılmış Azərbaycan əleyhinə qət­naməni qəbul etməmişdi. 

***

Bəli, BMT müstəvisi Ermənistan və havadarları üçün həmişə fiasko meydanına çevrilib. Heç şübhəsiz ki, bu gün də eyni aqibət yaşanacaq. Başqa yol yoxdur. Hər halda, qurum özünü inkar edə bilməz. Onun bey­nəlxalq hüquq prinsiplərini saymaz­dan gəlməsi mümkünsüzdür. Özünü ona görə inkar edə bilməz ki, BMT TŞ-nin Azərbaycan torpaqlarının Er­mənistan tərəfindən işğalını pisləyən dörd qətnaməsi var. O qətnamələr ki, otuz ilə yaxın müddətdə icra olun­mamışdı. Ölkəmiz 44 günlük müha­ribədəki şanlı qələbəsi ilə həm də BMT üzərindəki bu ləkəni təmizlədi. Beynəlxalq hüquq amili isə o səbəb­dən aktualdır ki, Azərbaycan BMT üzvlüyünə 86,6 min kvadratkilometr ərazidə daxil olub və həmin ərazidə Qarabağ da var. 

Sonda onu da bildirək ki, Azər­baycan suveren ərazisi olan Qara­bağın erməni əhalisinə qarşı heç bir iddia irəli sürmür, əksinə erməni sa­kinlərin dinc və təhlükəsizlik şəraitin­də yaşamalarına təminat verir. BMT TŞ-nin əvvəlki toplantılarında da bu­nunla bağlı nüanslar gündəmə gəl­mişdi, heç şübhəsiz, bu gün də gələ­cək. Dünya bir daha əmin olacaq ki, Azərbaycanın özünün Konstitusiya quruluşuna zidd meyillərə qarşı açdı­ğı cəbhə legitimdir, bütövlükdə, ölkə­mizin mövqeyi ədalətlidir, beynəlxalq hüquq normalarına tam uyğundur. 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət