USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin Azərbaycan tərəfindən görülən tədbirlər ilə bağlı bəyanatına dair şərh


https://img.baki-baku.az/news/2023/09/photo_8374.jpg

Avropa İttifaqının hazırki hərbi eskalasiyanın səbəblərini, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində həm mülki əhaliyə, həm də hərbçilərə qarşı həyata keçirdiyi qanunsuz fəaliyyətə son qoymaq üçün Azərbaycan tərəfindən atılan addımları qəsdən təhrif edən bəyanatı bizi təəssüfləndirdi.

Hazırda Azərbaycanın həyata keçirdiyi hərbi antiterror tədbiri Ermənistanın qanunsuz silahlı birləşmələri tərəfindən bir sıra irimiqyaslı hərbi təxribatlara və bir gündə erməni qüvvələrinin təxribatçı hərəkətləri nəticəsində baş verən mina partlayışında iki dinc sakin və dörd hərbçi həlak olmasına səbəb olan terror aktlarına qarşı yönəlib. Həmçinin, minaatan hücumları nəticəsində iki hərbçimiz yaralanıb.

Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq ərazilərimizi boşaltmayan Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək mümkün irimiqyaslı təxribatların qarşısını almaq üçün Azərbaycan tərəfindən antiterror tədbirləri görülüb.

Azərbaycanın suveren ərazilərində beynəlxalq hüquqa zidd olan hər hansı hərbi mövcudluq regional sülhə və təhlükəsizliyə ciddi təhdiddir və Azərbaycanın bugünkü addımları bu qanunsuz qüvvələrin çıxarılmasına və qondarma rejimin buraxılmasına yönəlib.

Azərbaycan dinc erməni sakinlərə hücum etmir və bu barədə istənilən iddia əsassız və qəbuledilməzdir.

Azərbaycan bütün sakinlərini, o cümlədən erməni əsilli sakinləri qorumağa və bütün Azərbaycan ərazisində öz Konstitusiya quruluşunu bərpa etməyə tam sadiqdir.

 




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Daxili siyasət