USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ukrayna KİV-ləri ermənilərin mina terroruna dair məqalələr yayıb


https://img.baki-baku.az/news/2023/09/photo_8370.jpg

Ukraynanın nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan ərazilərində ermənilərin mina terrorunun davam etməsi nəticəsində son günlər azərbaycanlı polislərin və mülki şəxslərin həlak olması barədə materiallar dərc edib.

“Ukrinform” dövlət informasiya agentliyi, “Korespondent”, “PolitDumka” və digər xəbər portallarında yayılan məqalələrdə azərbaycanlı polis əməkdaşlarının Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək həlak olduğu diqqətə çatdırılır. Qeyd olunur ki, terror aktı ilə əlaqədar Azərbaycan təhlükəsizlik orqanları araşdırmaya başlayıb.

Həmçinin vurğulanır ki, İkinci Qarabağ müharibəsindən sonra basdırılan minaların partlaması nəticəsində həlak olanların ümumi sayı 61 nəfərə çatıb. Bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev işğal olunmuş ərazilərin minalardan təmizlənməsinin 30 ilə yaxın davam edəcəyini və 25 milyard dollara başa gələcəyini açıqlayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev




Redaktorun seçimi

Rəqabət artdıqca inhisarçılıq zəifləyir
  • İqtisadiyyat
  • 09:45 24.09.2023
Rəqabət artdıqca inhisarçılıq zəifləyir
Ermənistan Rusiya silahlarından imtina edib
  • Siyasi təhlil
  • 09:10 24.09.2023
Ermənistan Rusiya silahlarından imtina edib
Şəhidlərə ehtiram, yoxsa...
  • Daxili siyasət
  • 09:00 24.09.2023
Şəhidlərə ehtiram, yoxsa...

Daxili siyasət