USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib


https://img.baki-baku.az/news/2023/09/photo_8367.jpg

Məzahir Pənahovun sədrliyi ilə 2023-cü il sentyabrın 19-da Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Əvvəlcə Komissiyanın 26 may 2023-cü ildə keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi ilə bağlı məsələyə baxılıb. Diqqətə çatdırılıb ki, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki dairələri üzrə seçicilərin sayının orta təmsilçilik normasına uyğunlaşdırılmasını təmin edir, bu məqsədlə ardıcıl və sistemli tədbirlər görür, mütəmadi olaraq seçki dairələrinin sxemi və onun qrafik təsvirini nəzərdən keçirir, qanunvericiliyin tələblərini rəhbər tutaraq lazımi addımlar atır.

Seçicilərin sayının artım dinamikasının təhlilinə əsasən hazırda seçki dairələrində orta təmsilçilik normasının Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun tənzimlənməsinə zərurət yarandığından, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq olunması üçün hüquqi əsaslar yaranıb.

Bununla əlaqədar olaraq, seçki qanunvericiliyinin sözügedən tələblərinin təmin edilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyənləşdirilməsi üzrə komissiya da qeydə alınmış seçicilərin orta təmsilçilik norması və qanunvericiliklə müəyyən edilmiş digər tələblər əsas götürülməklə hazırlanmış seçki dairələrinin sxemi və onun qrafik təsvirinin yenidən təsdiq olunması ilə bağlı təklifləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.

İclasda həyata keçirilən əhatəli fəaliyyət barədə ətraflı məlumat verilib, Mərkəzi Seçki Komissiyası üzvlərinin geniş və hərtərəfli müzakirəsindən sonra Seçki Məcəlləsinin tələblərinə və yuxarıda qeyd edilənlərə uyğun olaraq, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsvirinin yenidən təsdiq edilməsi və seçki dairələrinin siyahısının dərc olunması qərara alınıb.

Media nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Daxili siyasət