USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İtaliyalı senator Qarabağda keçirilmiş qondarma “prezident seçkiləri”ni qınayıb


https://img.baki-baku.az/news/2023/09/photo_8349.jpg

İtaliya Senatının İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri senator Marko Skurria Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimliyə məktub ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, italiyalı senator Cənubi Qafqazda cərəyan edən prosesləri yaxından izlədiklərini bildirib, regionda Azərbaycan və Ermənistan xalqlarının faydalanacağı ədalətli və dayanıqlı sülhə nail olunmasına dair diləklərini çatdırıb, İtaliyanın Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini, ölkəmizin suverenliyi və ərazi bütövlüyü məsələsində həmişə aydın, ardıcıl və beynəlxalq hüquqa əsaslanan mövqe sərgilədiyini qeyd edib. Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”ni tanımadıqlarını bəyan edən Marko Skurria belə qanunsuz hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərini ciddi şəkildə pozduğunu, beynəlxalq ictimaiyyət tərəfindən pislənməli olduğunu vurğulayıb.

Məktubda, həmçinin regionda sülh və normallaşma istiqamətində göstərilən səylərə, habelə etnik erməni sakinlərin Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində reinteqrasiyasına qəti dəstək ifadə edilib.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Daxili siyasət