USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ-ın  işğalçı Ermənistana hərbi dəstəyi Azərbaycana xəyanətdir

   Bu, Azərbaycanın son 30 ildə Ağ evin sədaqətli tərəfdaşı olmasının mükafatıdırmı?


https://img.baki-baku.az/news/2023/09/photo_8317.jpg

Bu sətirləri qələmə alarkən rusların amerikaşünas mütəxəssislərindən birinin 15–16 il əvvəl yazdığı məqalədən yadımda qalan bir məqamı xatırladım. Rus müəllif ABŞ prezidentlərindən birinin öz ölkəsinin siyasəti barədə deyinə diqqət yetirmişdi.

Prezident öz xanımıyla iqamətgahın eyvanında oturub çay içirmiş. Aşağıda – həyətdə isə onların 2 azyaşlı oğlu oynayırmış. Böyük qardaş balaca qardaşı döyəndə xanım ərinə deyib ki, ona xəbərdarlıq elə, kiçik qardaşını döyməsin. Prezident isə xanımına ABŞ-ın dövlət siyasətini xatırladıb: “Əgər kiçiyin gücü çatırsa, cavab versin, gücü çatmırsa, onun dediklərinə əməl etsin”. Rus müəllif bu əhvalatı yazandan sonra əlavə eləmişdi ki, həmin münasibət ABŞ dövləti yaradıldıqdan bəri onun xarici siyasətinin təməl prinsiplərindəndir və amerikanlar  həmişə belə olublar.

Yazını rus müəllifin məqaləsi ilə başladıq, Rusiya siyasətçisinin fikirləri ilə da davam etdirək. Prezident Vladimir Putin bir neçə gün əvvəl Şərq İqtisadi Forumunun plenar iclasındakı çıxışında deyib ki,  Vaşinqtonun dostları yoxdur, yalnız öz maraqları var: “Onlar öz müttəfiqlərinə və tərəfdaşlarına təzyiq göstərirlər”. Əslində, bu tezis bizim üçün o qədər də yeni deyil. Çünki ötən əsrin son onilliyində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edəndə, bir miyondan çox soydaşımız qaçqın-köçkün taleyi yaşamalı olanda özünü demokratiyanın qoruyucusu, himayədarı adlandıran Ağ ev Ermənistanı cəzalandırmaq əvəzinə, Azərbaycana yardım göstərilməsini əngəlləyən “907-ci” düzəliş adlı bədnam sənəd imzalamışdı.

Lakin 2001-ci ilin 11 sentyabrında Nyu-Yorkdakı məşum terror aktından sonra ABŞ-ın yaratdığı antiterror kolalisiyaya qoşulan ilk ölkə Azərbaycan olmuşdu. Əvəzində, Minsk qrpupunun həmsədri olan ABŞ Qarabağ münaqişəsinin həlli istiqamətində bircə addım da olsun atmadı.

Bu gün dünya şahiddir ki, ABŞ rəsmiləri Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Biz bundan narahat deyilik, əksinə, sevinir və alqışlayırıq. Ancaq bizi narahat edən odur ki, ölkəmizin BMT-nin də tanıdığı ərazi bütövlüyü pozulanda, açıq-aşkar işğal 30 il davam edəndə  öz maraqlarını əsas tutan ABŞ Azərbaycana heç bir dəstək vermədi, daha çox işğalçı Ermənistanı dəstəkləyən addımlar atdı. Azərbaycanlı mütəxəssislər haqlı olaraq yazırlar ki, bu gün ABŞ-dan Ukraynaya verilən dəstəyin cüzi hissəsi Azərbaycana olsaydı, torpaqlarımız uzun onilliklər işğal altında qalmazdı.

Yəni Vaşinqtonun son onillərdə  səsləndirdiyi “Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”, “Azərbaycan dövləti ilə bundan sonra da əlbir işləməyə hazırıq” kimi ifadələr, sadəcə, riyakarlıq, başaldatmaq əlamətləri idi. Vaşinqton həmin tezisləri bir məqsədlə dilə gətirirdi: “Azərbaycan Ağ evin Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsində fəal iştirak etsin. Ancaq bu, o demək deyil ki, onlar bizi aldadıblar və ya rəsmi Bakı öz dövlət maraqlarımıza uyğun olmayan hansısa addımı atıb.  Qətiyyən elə deyil.

Azərbaycan öz karbohidrogen ehtiyatlarını kiməsə satmalı idi və xalqımızın, dövlətimizin maraqlarını nəzərə alaraq biz həmin srvətimizi Avropaya çatdırmaq üçün lazım olan bütün addımları atmışıq. Məhz həmin uğurlu siyasətimizin nəticəsidir ki,  Avropa İttifaqına üzv olan dövlətlərdən 9-u Azərbaycanın strateji tərəfdaşıdır.

Biz ölkəmizin karbohidrogen ehtiyatlarını ABŞ-ın Avropadakı müttəfiqlərinə göndərəndə işğalçı Ermənistanın emissarları da   ABŞ-a səfər edərək “Qarabağa yardım” adı altında vəsait toplayırdılar.  Məhz ABŞ-da Qarabağdakı cinayətkar rejimin ofisi yaradılmışdı. Rejimin “nümayəndələri” Amerikaya səfər edərək ayrı-ayrı səviyyələrdə görüşlər keçirirdilər. Bütün bunlar Ermənistan – Azərbaycan münaqişəsinin həllinə ABŞ-ın tormozlayıcı münasibətinin göstəricisidir.

ABŞ rəsmiləri üzdə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edərək,  arxada Ermənistan və Qarabağdakı separatçı rejimə yardım edəndə rəsmi Bakı Əfqanıstandakı antiterror əməliyyatları üçün öz hava yollarını  kolalisiya qüvvələri üçün açmışdı. Bütün bunları ABŞ və Ermənistan da daxil olmaqla, dünyada bilməyən yoxdur. İndi ABŞ rəsmilərinin 2020-ci ildə böyük məğlubiyyətlə üzləşmiş Ermənistan ordusunu dirçəltmək istəyi və cəhdi, sadəcə,  üzdəki “dostun, tərəfdaşın, həmfikirin” öz tərəf-müqabilinə xəyanətidir. Vəssalam.

Sonda bir məqamı da yada salaq. SSRİ dağlandan sonra, guya, dünyada haqq-ədaləti bərqərar etmək missiysını üzərinə götürən ABŞ mövcud və yeni daxil olduğu hansı ölkəyə xoşbəxtlik gətirib? Son 30 ildə dünyada hansı problem həll olunub? İraqda, Suriyada, Əlcəzairdə, Əfqanıstanda, Liviyada, Misirdə, guya, özlərinin dedikləri kimi diktatura rejimini dəyişirdilər. Məgər bu ölkələrdə vəziyyət xalqın xeyrinəmi dəyişdi? Hələ də bu ölkələrdə hər gün yüzlərdinc insan ölür. Elə Ermənistanda da nəyəsə nail ola bilməyəcəklər.

Azərbaycanlı ekspertlər, haqlı olaraq, soruşurlar ki, həmin qara günə qoyulmuş ölkələrdəki insannların haqqı, hüququ yoxdurmu?  Amerika hansı üzlə  bizə demokratiya, insan hüquqlarının qorunması dərsi keçmək istəyir? Azərbaycanın 1 milyon insanı 30 ilə yaxın qaçqın, köçkün vəziyyətində yaşadı.  Onların günahı nə idi? Erməni vandalları 20 faiz ərazimizi cəhənnəmə döndərəndə ABŞ rəsmiləri niyə buna etiraz etmədi? Bizim şəhər və kəndlərimizin günahı nə idi ki, yerlə- yeksan elədilər? İndi ABŞ-ın həmin vəhşilikləri törətmiş qəbilə xislətli toplumun yağmaçı ordusunu yenidən dirçəltməkdə niyyəti nədir?

Hansı məqsədləri güdürlərsə, güdsünlər. Azərbaycan artıq onların güman etdikləri dövlət deyil. Elə ermənilər də onların güman və etibar etdikləri kimi deyil. Ermənilər günün birində mütləq ABŞ-a da xəyanət edəcəklər. Azərbaycana, Türkiyəyə, Gürcüstana, Rusiyaya xəyanət edərək çox “böyük təcrübə” qazanmış ermənilərin tezliklə Ağ evində üzünə ağ olacaqları gün kimi aydındır.

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

İttifaq MİRZƏBƏYLİ