USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Lobbiçilik-hamının istifadə etməyə çaılşdığı strateji güc


https://img.baki-baku.az/news/2023/09/photo_8315.jpg

Sentyabrın 14-də erməni “sevdalısı” Robert Menendezin təşəbbüsü ilə ABŞ Senatının Xarici əlaqələr komitəsində “Qarabağdakı böhranın qiymətləndirilməsi” mövzusunda dinləmələr keçirildi. Diplomatik ciddiliyə sığmayan rəftarı ilə “Süngər Bob” kimi tanınan senator Bob Robert Menendez ABŞ-da Azərbaycanın və Türkiyənin ən qatı düşmənlərindən biridir. Yəqin unutmamısınız: Bob Menendez 2010-cu ildə diplomat Mettyü Brayzanın ABŞ-ın Bakıdakı səfiri olmasına qarşı çıxmışdı. Buna səbəb Brayzanın türk əsilli Zeyno Baranla evli olması idi. Həyat yoldaşı türk olan şəxsin Azərbaycanda Ermənistana qarşı daha aktiv mövqe tutacağından qorxan Menendez türklərə qarşı irqçi münasibətinin ilk işarəsini məhz o zaman vermişdi. Yaxşı, bu siyasətçinin türkü sevməməsinin arxasında tək arvadının erməni olmasımı dayanır, yoxsa ortada daha ciddi səbəblər var? Həmin ciddi səbəb lobbiçilikdir, bu gün ABŞ siyasətinə təsir göstərən başqı fəalyyətidir.

Əslində, ortada gizlin heç nə yoxdur. Bob Menendezi bizə qarşı Səlib yürüşünə çıxmasına təhrik edən faktor pul və siyasi dəstəkdir. Məhz erməni lobbisinin göstərdiyi maliyyə yardımı və səsi ilə uzun illər Senatda yuva salmış bu senator demokratiyanın ana prinsipi sayılan ədalətə və həqiqətə arxa çevirir. Təəssüf ki, ABŞ-da siyasi lobbiçiklə məşğul olan tək siyasətçi Bob Menendez deyil. Birləşmiş Ştatlarda lobbiçik sıradan bir fəaliyyət sayılır. Vaşinqtonda siyasətçilərə təsir etməyə çalışan lobbiçilər bunu adətən müxtəlif qruplar üçün və pul qarşılığında edirlər. Birləşmiş Ştatların siyasətinin dayağı sayılan və dünyada başqa nümunəsi olmayan lobbiçilik institutu uzun illərdir ayrı-ayrı şəxslərin və qrupların marağının keşiyindədir. Təbii, ABŞ siyasətində böyük tarixə malik lobbiçilik həm də son dərəcə gəlirli bir işdir.

Maraqlıdır ki, indiyədək lobbiçiliyin harada və kim tərəfindən yaradılması barədə mübahisələr aparılır. İngilislərin fikrincə, “lobbiçilik” və “lobbiçi” terminləri onlara aiddir. Belə iddia olunur ki, əvvəllər müxtəlif dövlət qurumlarına gələn adi ərizəçilərə məhz belə ad verilirdi. O zaman, xüsusi qəbul otaqları yox idi, məmurlara və parlamentarilərə müraciət edənlərə ofisdəki otaqlara daxil olmağa icazə verilmədi. Buna görə də ərizəçilər müraciətlərini yüksək vəzifəli şəxsə çatdırmaq ümidi ilə keçidlərdə və dəhlizlərdə (lobbi) toplaşırdılar. Odur ki, ingilislərin fikrincə, lobbiçiliyin məhz “Dümanlı Albion”da meydana gəldiyini demək olar.

Okeanın o tayında isə ilk lobbiçilik fəaliyyətinin ABŞ-da olduğunu düşünürlər. Hətta “lobbiçilik” ifadəsinin ilk dəfə 1869-cu ildə ABŞ prezidenti Uliss Qrant tərəfindən işlədildiyi iddia edilir. Rəvayətə görə, prezident Qrant Ağ evin qarşısındakı “Willard” otelinin lobbisində dincəlir, viskisini içir və siqarından həzz alırdı. “Willard” otelinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Barbara Bahni həmin illəri belə təsvir edir: ““Qrantın həyat yoldaşının onun Ağ evdə siqar çəkməsindən xoşu gəlmirdi. Ona görə də Prezident Qrant “Willard” otelinin lobbisinə gəlməyi vərdiş halına saldı. Orada bir əlində siqar, digərində stəkan konyak ilə stulda əyləşirdi. Dövrün işbazları Prezidentin bu vərdişindən xəbər tutanda “Willard” lobbisinə axışmağa başladılar və növbə ilə prezidentə yaxınlaşaraq öz işlərini ona təqdim etdilər. Bu səbəbdən də Prezident Qrant onları “lobbiçilər” adlandırırdı”.

Bundan əlavə, indi dünyanın müxtəlif ölkələrində bu və ya digər dərəcədə qəbul edilən lobbiçilər üçün davranış qaydalarını ilk dəfə məhz amerikalılar hazırlamışdılar. “Lobbiçilik fəaliyyəti haqqında” ilk ümumamerika qanunu hələ 1876-cı ildə qəbul edilmişdi. Buna uyğun olaraq, öz adından və ya üçüncü tərəfin adından fəaliyyət göstərən hər bir lobbiçidən Konqresin Nümayəndələr Palatasında rəsmi qeydiyyatdan keçməsi tələb olunurdu. 1946-cı ildə bu gün də qüvvədə olan “Lobbiçilik fəaliyyətinin tənzimlənməsi haqqında” federal qanun qəbul edilmişdi. Hazırda rəsmi lobbiçilərin qeydiyyatının sərtləşdirildiyi iddia olunur. İndi onlardan nəinki hesabat vermələri tələb olunur, həm də kimin adından işlədiklərini, gördükləri işin müqabilində nə qədər pul aldıqlarını və lobbiçilik fəaliyyətinə nə qədər pul xərclədiklərini göstərməlidirlər.

Bir sözlə, lobbiçilik ABŞ-ın siyasi sisteminin bir hissəsidir. Bu gün lobbiçilərin Vaşinqtonda toplaşdıqları bildirilir. Lobbiçilərin ofisləri əsasən paytaxtın mərkəzindəki çox da uzun olmayan K adlı küçədə yerləşir. Siyasi proseslərdə pul axınlarını izləyən mütəxəssislərin fikrincə, lobbiçilər ABŞ həyatının bütün aspektlərində böyük rol oynayırlar. Buna görə də, ekspertlər son illər lobbiçilərin sayının xeyli artdığını da vurğulayırlar. Siyasət və pul münasibətlərini öyrənən analitiklər ABŞ-da, demək olar ki, hər kəsin lobbiçilərlə əlaqəsi olduğunu bildirirlər. Mütəxəssislərin sözlərinə görə, neft sənayesindən tutmuş əczaçılıq və müdafiə sənayesinə qədər hər bir sektorun öz lobbiçiləri var. Konqresdə qanunvericilərin lobbiçiliyi ilə yanaşı, “xüsusi maraq qrupları” icra hakimiyyətinə təsir göstərməyə çalışırlar. Çünki onların müştərilərinin taleyi konkret qanunun necə şərh edilməsindən və ya həyata keçirilməsindən asılıdır.

Analitiklər, həmçinin vurğulayırlar ki, hazırda Vaşinqtonda ən nüfuzlu lobbiçilər keçmiş konqresmenlər, senatorlar və hökumət rəsmiləridir. Lobbiçilik vasitəsilə hökumətə təzyiq Amerika demokratik prosesinin bir hissəsinə çevrilsə də, bir çoxları lobbiçilərin fəaliyyəti ilə bağlı bir sıra qalmaqalların bu peşənin reputasiyasını xeyli dərəcədə ləkələdiyi fikri ilə razılaşırlar. Zaman-zaman ABŞ-da korrupsiya qalmaqalları baş qaldırır ki, onların “qəhrəmanları” tanınmış siyasətçilər və məmurlar, həmçinin müəyyən “təzyiq qrupları”nın maraqlarını təmsil edən lobbiçilər olur. Rəsmi lobbiçiliyin əleyhdarları hesab edirlər ki, peşəkar lobbiçilər sistemi qüsurludur. Belə vurğulanır ki, böyük şirkətlərin öz lobbiçiləri var. Bundan əlavə, onlar uyğun qərarın qəbuluna nail olacaq istənilən mütəxəssisi işə götürə bilirlər.

Beləliklə, deyə bilərik ki, ABŞ-da lobbiçilik ən nüfuzlu siyasi institutlardan biridir. Lobbi təşkilatları hazırda siyasi qərarların qəbuluna güclü təsir göstərirlər. Bunu erməni lobbisinin timsalında aydın şəkildə görmək mümkündür. Erməni lobbisinin ABŞ Konqresi ilə əlaqələrinin həmişə güclü olması heç kimə sirr deyil. Amerikada maddi imkanları və əhalisi məhdud olsa da, ermənilər müəyyən seçki dairələrində cəmləşərək, seçki kampaniyalarında iştirak etməklə bunu kompensasiya etməyə çalışırlar. Erməni lobbisi Türkiyə ilə yanaşı, Azərbaycana da qarşı ciddi təbliğat aparır. Ermənistanın Dağlıq Qarabağı və onun 7 rayonunu işğal etdiyi müddətdə erməni lobbisi ABŞ administrasiyasına bu və ya digər qərarların qəbul edilməsində təsir göstərmişdi. Ancaq 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində erməni lobbisi ABŞ-ın siyasətini səfərbər edə bilmədi. Bütün təzyiqlərə rəğmən Azərbaycan Ermənistanın 30 illik işğalına son qoymağa bacardı. Amma erməni lobbisinin bizə qarşı müharibəsinə son qoyulmadı və bu düşmən siyasət hələ də davam edir. Ona görə də, Azərbaycan və Türkiyə bu destruktiv qüvvəni neytrallaşdırmaq üçün bundan sonra da fəal siyasət yürütməlidir.

Səbuhi MƏMMƏDOV




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səbuhi MƏMMƏDOV