USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əflatun Amaşov: "Türkiyə-Azərbaycan birliyi hansısa qlobal maraq və mənafenin fövqündə dayanan birlikdir" MÜNASİBƏT


https://img.baki-baku.az/news/2020/08/photo_83.jpg

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyənin müdafiə naziri cənab Hulusi Akarın rəhbərliyi ilə yüksək çinli Türkiyə hərbi heyətinin Azərbaycana səfəri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin onları qəbul etməsi ilə bağlı özünün facebook sosial şəbəkəsindəki profilində fikirlər bölüşüb. 

Ə.Amaşov bildirib ki, Türkiyənin müdafiə naziri cənab Hulusi Akarın rəhbərliyi ilə qardaş ölkənin hərbi elitasının ən yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri, səfər gedişindəki hər bir detal bütövlükdə dünyaya son dərəcə ciddi və açıq tesktlə ünvanlanmış mesajdır – Türkiyə və Azərbaycan bütün məsələlərdə hər zaman olduğu kimi, yenə də bir yerdədi: "Prezident İlham Əliyev: “Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur”.

Ə.Amaşovun sözlərinə görə, dövlət başçımızın səsləndirdiyi fikirlər həm də onun təsdiqidir ki, Türkiyə-Azərbaycan birliyi hansısa qlobal maraq və mənafenin fövqündə dayanan birlikdir və onunla hesablaşılması mütləq vacibdir. “Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür”, “Azərbaycan bizim qardaşımızdır, bir ananın iki ayrı övladıyıq” kimi fikirlər səsləndirən Türkiyənin müdafiə naziri H.Akar səmimiyyətin hər an fədakarlığa çevrilə biləcəyi mesajını da əminliklə verir: “Bütün bunlar sadəcə sözdə qalmamalı, əməldə də həyata keçirilməlidir”.

"Bəli, cənab nazirin vurğuladığı kimi, əməldə də həyata keçirilməlidir və həyata keçirilir də. Ən yüksək səviyyədə təşkil olunmuş Türkiyə-Azərbaycan hərbi təlimləri buna əyani misaldır. Nəzərə alaq ki, böyük siyasət həm də sarsılmaz gücə əsaslanmalıdır. Qardaş Türkiyə siyasətimizin, hər iki ölkənin ortaq maraq və mənafelərindən irəli gələn siyasətin güc faktoru kimi yanımızda olduğunu sübuta yetirir. Hesab edirəm ki, bundan böyük təminat yoxdur. Bu, həm də müstəqilliyimizin qlobal proseslər fonundakı istənilən təlatümlərdən qorunmasının, onun gələcək nəsillərimizə milli miras olaraq ötürülməsinin misilsiz təminatıdır", - deyə Ə.Amaşov vurğulayıb.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət