- Daxili siyasət
- 09:13 26.09.2023
Əvvəlcə onu deyək ki, haylar qaraçı kimi dünyanın çox ərazilərinə səpələniblər və yaşadıqları ölkələrdə mütləq kimdənsə nəyisə oğurlayıblar. “Rus şeirinin Günəşi” adlandırılan Aleksandr Puşkinin məşhur “Tı vor, tı armenin!” – ifadəsi də elə yüz illərin müşahidəsinin ümumiləşdirilmiş nəticəsidir. Onu da əlavə edək ki, həmin ifadə hansısa erməniyə xitabən deyilməyib. Əliəyrilik, oğurluq edən rusu təhqir etmək istəyəndə (bizlərdə elə adamlara “it oğlu”, “eşşək oğlu” deyirlər) deyiblər ki, sən oğrusan, ermənisən.
Bədnam qonşularımızın xarakterik keyfiyyətlərini qələmə almaq istəyəndə, ilk növbədə, onların oğru olduğunu xatırlatmağımız təsadüfi deyil. Çünki ermənilər elmə yüz illər əvvəldən məlum olan “Aralıq dənizi qızdırması” adlı xəstəliyin adını da oğurlayıblar. Söhbət bu gün tibb aləmində “erməni xəstəliyi” kimi qəbul olunan patalogiyanın ilkin adının bir neçə dəfə dəyişdirilməsindən gedir. Alimlər sübut edirlər ki, bu xəstəliyin bir neçə min il tarixi var. Məhz elə həmin “bir neçə min il tarix” ifadəsinə tamahsınan erməni alimləri sübut etməyə nail olublar ki, bu xəstəliyin əvvəlki adı “erməni xəstəliyi”dir. Əsas məqsəd isə onların Avrasiyada bir neçə min il əvvəldən yaşadıqları barədə yalana zəmin yaratmaqdan ibarətdir.
Halbuki, bu xəstəlik müxtəlif dövrlərdə müxtəlif xalqlar tərəfindən Ceynuey-Mozental paroksizmal sindromu, periodik peritonit, Reymann sindromu, Siqal-Mamu xəstəliyi — nadir genetik irsi xəstəlik və başqa variantlarda adlandırılıb. Yəni bu xəstəlik erməniləşdirilənə qədər əsasən əcdadları Aralıq dənizi sahillərində yaşamış xalqların nümayəndələrində – yəhudilərdə, ərəblərdə özünü göstərib. Simptomları böyrəklərin sıradan çıxmasından və laktozanı qəbul etməməsindən ibarətdir.
Bir də var “ermənilik” xəstəliyi. Bunun isə tibbə, təbabətə qətiyyən dəxli yoxdur. Bu, ictimai bəla, siyasi patalogiya, psixoloji natamamlıq, əxlaq pozğunluğu, vicdan kasadlığı, humanizm qıtlığı və digər bu kimi fəsadları olan xəstəlikdir. Yeri gəlmişkən, bu yaxınlarda “Anekdotı.ru” saytında bir lətifə oxumuşdum. Lətifəni sayta göndərən Kostya adlı müəllif yazır : “Dünyada ən çox kofe içən xalq braziliyalılar, ən çox konyak içən fransızlar, ən çox araq içən ruslar, ən çox pivə içən almanlar, ən çox şərab içən gürcülər, ən çox qan içən isə ermənilərdir.”
Bir lətifədə beş-altı xalqın xarakterik cizgilərinin bu qədər dəqiqliklə dilə gətirilməsi hər deyəndə ələ düşən hal deyil. Bu incə detallar sübut edir ki, Kostya mütaliəli adamdır və ermənilərin son iki əsrdə törətdikləri terror və təxribatlarda axıtdıqları, daha dəqiq desək, içdikləri qanın qədərini yaxşı bilir.
“Ermənilik xəstəliyi”nin əsas fəsadlarından birinin əxlaq pozğunluğu olduğunu da qeyd etdik. Bunu sübut etmək üçün işğalçı ölkənin baş naziri Nikol Paşinyanın məşhur Kim Qardaşyanın ayağına düşüb ona yalvarmasını xatırlatmaq istərdim. Bəri başdan deyim ki, Kim Qardaşyanın şəxsi həyatı barədə bir kəlmə də olsun, danışmayacağam. Ancaq iki-üç milyon əhalisi olan ölkənin rəhbəri həmin məşhur adamdan yardım istəyir, kömək umursa, bu, sadəcə olaraq, əxlaq pozuntusudur.
Bundan başqa, Nikol Paşinyan öz xanımı Anna Akopyanı Rusiyanın acığına (Moskvanın günahı Laçın yolunun açılmasını tələb etməməsi idi) Kiyevə göndərməsi də dünya mətbuatının nəzərindən yayınmadı. Hətta, Rusiya ekspertləri yazdılar ki, Anna Kiyevdə bir neçə saatlığına itib və bu gizlinlikdə əsas məqsəd Qərb təmsilçilərinə hansısa məlumatları ötürmək olub. Məgər həmin məlumatları ötürmək üçün Ermənistanda casus yox idi? Hamıya məlumdur ki, hayların böyük əksəriyyəti satqındır və casusluq onların dövri-qədimdən peşəsidir.
Sonda bir məqamı da xatırladım. Ötən ay “Facebook”da Maksim Avanesyan adlı bir şəxsin “Mən Azərbaycan türkünə erməni xalqının böyüklüyünü necə sübut etdim?”– adlı səs yazısı paylaşılmışdı. Maksim danışırdı ki, bu əhvalat Avropada olub. Bir oteldə qaldığımız azərbaycanlı ilə səhər yeməyi zamanı eyni stolda əyləşmişdik. Mən ona ilk insanların məhz haylar olduğunu da sübut etdim, xristianlığı hamıdan tez hayların qəbul etdiyini də, Amerikaya Kolumbdan əvvəl Qrior Manasyanın getdiyini də, Marksın atasının erməni əsilli olduğunu da, Faşist Almaniyası üzərində qələbənin planlarını adı heç yerdə çəkilməyən bir erməninin hazırladığını da, ilk metronun və tramvayın konstruktorunun erməni olduğunu da, Süveyş kanalının çəkilməsində ermənilərin böyük rol oynadığını da, əyləşdiyimiz “Mariott” otelinin erməni tələbələr tərəfindən tikildiyini də…
Maksim sonda dedi ki, azərbaycanlı adam bütün bu faktları, həqiqətləri eşidəndə mat qalmışdı.
Bax, bütün bunlara görə deyirəm ki, “ermənilik” xəstəliyi “erməni xəstəliyi”ndən qat-qat ağırdır. Həmin xəstəliyə tutulanlara “Yastığın yüngül olsun!”– deməyin heç bir faydası yoxdur.
İttifaq MİRZƏBƏYLİ