USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Baş Qərargah rəisi Türkiyənin milli müdafiə naziri ilə görüşüb


https://img.baki-baku.az/news/2023/09/photo_8162.jpg

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Ankara şəhərində Heydər Əliyev Parkını ziyarət edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti burada Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.

Sonra Baş Qərargah rəisi Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər ilə görüşüb.

Türkiyənin milli müdafiə naziri nümayəndə heyətini salamlayaraq, ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən general-polkovnik K.Vəliyev hər iki qardaş ölkənin dövlət başçılarının səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini vurğulayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədovun da iştirak etdiyi görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Daxili siyasət