USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Özü yıxılan ağlamaz

Peskov və Zaxarova Nikola ürək-dirək verdilər


https://img.baki-baku.az/news/2023/09/photo_8065.jpg

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistan baş naziri Nikol Paşinyanın dediklərinə münasibəti sərlövhədəki atalar sözünü yada salır. Qeyd edək ki, Nikol İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində Moskvanın Cənubi Qafqazda rolunu kiçiltməyə çalışmış, onun Azərbaycanın hərəkətlərinə qarşı, guya, seyirçi mövqeyində olduğunu bildirmiş, habelə Kremlin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı müstəvisində İrəvana dəstəyinin olmadığını vurğulamış, ən əsası isə qurumun ümumən lazımsızlığı və faydasızlığına dair görüntü yaratmışdır. Əlbəttə, Paşinyan başqa mətləblərə də toxunmuşdu ki, söhbətimiz əsnasında onları da diqqətə çatdıracağıq.  

İstər Zaxarovanın, istərsə də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun N.Paşinyanın bildirdiklərinə münasibəti vurğuladığımız məqamlara cavab mahiyyəti daşıdı. Etiraf edək ki, hər iki cavab, kifayət qədər, tutarlı alındı. Bu baxımdan D.Peskovun söylədiklərində bir məqam da diqqət çəkdi. Kremlin sözçüsü bildirdi ki, Rusiyada Ermənistanın özündəkindən çox erməni yaşayır.

Ümumən, bu da göründü ki, Peskov özünün, belə demək mümkünsə, anti-Nikol ritorikasında daha çox reallıqları dilə gətirməyə, Zaxarova isə sırf həmin reallıqlara uyğun cavab motivinə köklənib. Hər bir halda, onların ikisinin də münasibəti dolayısı ilə ilk cümləmizdəki atalar sözünü xatırladır.

 

***

Bəli, özü yıxılan ağlamamalıdır. N.Paşinyanın şəxsində Ermənistan dövlətinin, bütövlükdə, dünya erməniliyinin işi-gücü ağlamaqdır, kimdənsə kömək ummaqdır. Əslində, bu mənzərədə də heç bir yenilik yoxdur. Erməni qövmü tarixən belə olub. Sırtıqlığa bax ki, özünə münasibətdə qəhrəman, yenilməz obrazını formalaşdırmağa da cəhd göstərib. Necə ola bilər ki, qəhrəman yalvarır, başqasından mədət umur?..

...Erməni qövmü ötən əsrin 80-90-cı illərində ona-buna yalvara-yalvara, ondan-bundan kömək uma-uma Azərbaycan torpaqlarını işğal etdi, bir molyana yaxın həmvətənimizi doğma yurd-yuvasından didərgin saldı. Başqalarının böyük kölgəsinə sığınaraq elə bildi ki, öz kölgəsidir. Eyni zamanda, azərbaycanlılarla bağlı alverçi, ticarətçi obrazı yaratmağa girişdi. Sanki bunlar ali irq, azərbaycanlılar isə ikinci dərəcəli imişlər. Halbuki, tarix bunun əksini deyir. Həmişə erməni qövmü azərbaycanlıların, ümumən, türklərin əlinin altında təbəə qiyafəsində yaşayıb.

Ermənilər ətraflarında həmişə böyük xalqların nümayəndələrini görüb, onlara çatmaq arzusunda olublar. Ancaq bunun üçün çalışmağı, səy göstərməyi deyil, təfriqəçilik, ziyan, zərər vurmaq yolunu seçiblər. Erməni qövmü böyük bildiyinin yerində olmağın, ona çatmağın düsturunu həmin böyüyü aradan götürməkdə görüb. Çünki xisləti çürükdür. Bu gün də həmin çürük xislətlilərin nəsilləri alverçi, ticarətçi kimi təqdim edib aşağıladıqları xalqın məğrurluğunu həzm edə bilmirlər. 44 günlük müharibə acı bağırsaq kimi dolaşıb əl-qoluna.

Onu da bildirək ki, tarix boyu erməni millətçiliyinin hərəkətverici qüvvəsi rolunda rus şovinizmi çıxış edib. Hər iki tərəf bir-birinə “xidmət” göstərib. SSRİ-nin dağılmasından sonrakı proseslər də rus-erməni işbirliyinin ön planda olduğunu təsdiqlədi. Yəni, torpaqlarımızın işğalı bu “tandem”in anti-bəşəri davranışının nəticəsinə çevrildi. Ancaq vaxt-vədə dolandı, ermənilər Rusiyaya qarşı nankorluğa keçdilər. Necə ki, vaxtilə türklərə dönük çıxmışdılar, eyni əməli ruslara münasibətdə də həyata keçirdilər. 2018-ci ildə N.Paşinyanın hakimiyyətə yiyələndiyi inqilabı reallaşdırdılar, üzlərini Qərbə çevirib demokratlıq iddiasına düşdülər. Əslində isə Rusiyanın hamiliyini bəyənmədilər. Qərbi gördülər və bu dəfə çalışdılar ki, bu qütbün ayrı-ayrı dövlətləri kimi böyük olsunlar. Özlərində heç bir potensial formalaşdırmadan ermənilikdən çıxıb, məsələn, fransıza, almana, ingilisə çevrilmək niyyətinə baş vurdular.

Ermənilər boz, üzərində heç bir intellektuallıq, dünyagörüşü cizgilərini daşımayan üzlərini Qərbə çevirərkən, guya, keçmişin qalıqlarından qurtururmuş kimi davrandılar. Təxminən belə: “Qarabağ Ermənistandır və nöqtə”. Özünü demokratiyanın qladiatoru sayan Paşinyan elə zənn etdi ki, ona inqilabı gerçəkləşdirməkdə, rus köləliyindən çıxmaqda yardımçı olan Qərb işə əməli işə keçib Ermənistanı Azərbaycanla mübarizədə tək buraxmayacaq. Ancaq erməni cəmiyyəti və ictimai rəyi anlaya bilmədi və bu gün də anlamır ki, belə yanaşma, yumşaq desək, düzgün deyil. Dünyada çox qruplaşmalar, çox koalisiya və birliklər qeydə alınıb. Onlardan ayrılanlara nankor damğası vurulmayıb. Niyə? Çünki işlərini tədbirli görüblər, siyasət qurublar, düşünüb-daşınıblar. Erməni xislətinə hakim kəsilmiş avantürizm isə düşünməyə imkan tanımır. Həmin avantürizmin bildiyi, şüuruna yerləşdirdiyi yırtıcılıq, amansızlıq və dönüklükdür.

 

***

Bəli, həm Zaxarova, həm də Peskov, əslində, məhz erməni xarakteri üçün müəyyənləşdirdiyimiz cizgilərdən irəli gələn məqamları qabartdılar. Güman edirik, onların hər ikisinin, başqa, kifayət qədər, tutarlı arqumentləri də var idi. Həmin arqumentlərdən istifadəyə lüzum görmədilər. Erməni qövmünün anladığı ritorikanı işə saldılar. Sadəcə, minnət qoydular və aşağıladılar.

Həm Zaxarova, həm də Peskov, faktiki olaraq, bildirdilər ki, ermənilərlə  anlaşma, razılıq kimi meyarlar yalnız kağız parçasıdır. Onlar, əslində, bu varlığın avantürizmin sərhədlərini çox geniş götürdüyün və həmin genişliyə gedib çıxılmayanadək əldə olunmuş bütün sözləşmələri bir kənara atmaq potensialını ifşa etdilər. Onlar, həmçinin göstərdilər ki, siyasət böyüklər üçündür, kiçiklərin oyuncağı deyil. Ermənistanı kiçiltdilər, əski parçası yerinə qoydular. Onlar kiçiklərin oyuncaqları qırılanda, ağlayaraq böyüklərin üstünə getmələrinin nümunəsi kimi Ermənistanı gördüklərini açıqladılar. Peskov və Zaxarova birlikdə onu da dedilər ki, Paşinyan söylədikləri ilə uşaqlıq edir. Siyasət isə uşaq meydanı deyil.

***

Tarixdən o da məlumdur ki, monqollar üç yüz il rusları əsarətdə saxlayıblar. 1380-ci ilin Kulikova döyüşündən sonra vəziyyətin tədricən dəyişməyə doğru getdiyi də məlumdur. Amma ruslar monqolları yalnız güc hesabına yenmədilər. Onlar əvvəlcə düşüncələrindəki monqol qorxusunu yendilər. Bu gün də həmin yenmə üsullarından biri zərb-məsəl kimi yada salınır. Görürük ki, düşüncəsiz key adama “monqol” deyirlər.

Paşinyan da ruslarla bağlı təxminən ikincilərin vaxtilə monqollara qarşı istifadə etdiyi psixoloji gedişə baş vurur. Onun “bir gün ayılacağıq ki, Rusiya Cənubi Qafqazda yoxdur” deyimi təxminən eyni effekti verir. Yəni, Nikol Moskvanın zəifliyindən dəm vurur. Təsəvvür edin, Ermənistanın baş nazirinin dediyindən belə çıxır ki, Rusiyanın onun ölkəsinə vermək üçün silahı yetərli deyil. Gülməlidir, deyilmi?

Ona görə də Peskov Paşinyanı yuxudan ayıldır və deyir ki, Rusiyada yaşayan ermənilərin sayı Ermənistanın əhalisinin sayından çoxdur. Bu, o deməkdir ki, istəsək, Ermənistanın yerində yeni birini də qurarıq. Peskov belə fikir bildirməklə, eyni zamanda, əlahəzrət tarixi də yada salır. Axı, Ermənistan dövlətçiliyi Rusiyanın layihəsidir. Erməniləri Qafqaza köçürən Rusiya olub. Hətta, bu layihə üçün vaxtilə İranda səfir olmuş Aleksandr Qribayedovun başından da keçiblər. O Qribayedovun ki, erməni nökərlərdən birinin şah sarayındakı erməni kənizlərini də oradan çıxarıb Qafqaza aparmaq istəyinə görə tikə-parçaya çevrildi. “Ağıldan bəla”nın müəllifi olan səfirin faciəvi sonluğundakı səbəb bir tərəfdən özünün ağılsızlığı, yəni davranışına sərhəd tanımaması idisə, digər yandan bölgəni daha çox erməniləşdirmək istəyinin yaratdığı durumu nəzərə almalıyıq.

Bəli, M.Zaxarova və D.Peskov Ermənistana “ağlama” deyirlər. Ancaq dedikləri yalnız bu deyil. Onlar, eyni zamanda, necə deyərlər, sözə qulaq asmadığı üçün ölkəni gözləyən bəlaların anonsunu da verirlər. Zaxarova heç də əbəs yerə bildirmir ki, səhvlərə görə cavab verməyi öyrənmək lazımdır. 44 günlük müharibədən sonra Ermənistan rəhbərliyi, baş nazir Nikol Paşinyan və onun komandası, bir qayda olaraq, səhv edə-edə gedir. İndi də ölkə onların yeni səhvinin yaşadacağı növbəti xoşagəlməz aqibətin astanasındadır. Amma nə Paşinyan və tərəfdarları, nə də bütövlükdə, erməni cəmiyyəti bunu anlayır. Daha doğrusu, hay cəmiyyəti reallığı anlayamacaq qədər iflicdir.

 

Ə.CAHANGİROĞLU




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Əvəz RÜSTƏMOV