USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Lemkinçilik, yoxsa ermənipərəstlik

​​​​​​​Bəşəri humanizm carçısının adını daşıyan qurumun növbəti rəzaləti


https://img.baki-baku.az/news/2023/09/photo_8062.jpg

“Soyqırımı” termininin və BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya layihəsinin müəllifi, keçmiş SSRİ-də doğulmuş, 1941-ci ildə ABŞ-a mühacirət etmiş yəhudi mənşəli Rafael Lemkin sağ olsaydı, heç şübhəsiz, dəhşətə gələrdi. Çünki onun adını daşıyan institut bu böyük dühanın vandalizm aktlarından, etnik təmizləmələrdən qorunmaq məqsədilə göstərdiyi təşəbbüsü ermənipərəstliyə xidmət platformasına çevirib.

Bəli, Soyqırımı cinayətlərinin qarşısının alınması üzrə Lemkin İnstitutu ilk dəfə deyil ki, yaramaz dəst-xətt seçir. Qurum 2021-ci ildən bu “yoldadır”. 2023-cü ilin mayından başlayaraq isə “fəaliyyətini aktivləşdirib”. Bu ilin may ayında instututun başbilənləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə ağıl öyrətməyə qalxmışdılar. Onlar bildirmişdilər ki, Aİ Şurası geosiyasi duruma və enerji məsələlərinə görə Azərbaycanın diktaturasına göz yumur...

Lemkin İnstitutu Azərbaycan və Ermənistan liderlərinin mayda keçirilmiş Brüssel görüşü ərəfəsində Şarl Mişele göndərdiyi açıq məktubda onu da vurğulamışdı ki, Qərb dünyası Qarabağın blokadasına məhəl qoymamağa davam etməklə, guya, indiyədək heç vaxt Azərbaycanın olmayan 4000 illik (?) yerli erməni icması ilə, onun istədiyi kimi rəftarını tamamilə cəzasız saxlayır.

Digər tərəfdən, görünür, Lemkin İnstitutunda çalışan ermənilərin, yaxud ermənipərəstlərin sayı həddən artıq çoxdur və onlar 44 günlük müharibə dövrünü gözəl xatırlayırlar. Nəinki xatırlayırlar, eyni zamanda, incələyirlər də. Qurumun başbilənləri Azərbaycan Prezidenti İlham Əliyevin müharibə ritorikasından irəli gələn o zamankı ifadələrinin hamısını mayda Ş.Mişelə yazdıqları məktuba köçürüb, bu yolla həm ikincinin fikirlərinə təsir göstərməyə, həm də dünya ictimaiyyətinə ölkəmizi mənfi yöndə təqdim etməyə çalışmışdılar. “Lemkinçilər” indi də “ənənələrinə” sadiqdirlər.

Əlqərəz, Lemkin İnstitutu Qarabağda “soyqırımı” təhlükəsi ilə bağlı saxtalığı şübhə doğurmayan hesabat dərc edib. Sənədin girişində bildirilib ki, onun ərsəyə gəlmə səbəbi həm blokada şəraitinin yaratdığı soyqırımı təhlükəsidir, həm də Azərbaycanın, guya, Qarabağda və Ermənistanın sərhədləri boyunca hərbi toqquşma yaratmaq istəməsidir. Qondarma tarixi notlara köklənmiş hesabatda Türkiyə amili də qabardılıb. Ankaranın Bakıya silah satması üzərində dayanılıb. Elə bil, müharibə dövründə Ermənistan xaricdən silah almırdı... “Lemkinçilər”, həmçinin, bu qənaətdədirlər ki, 44 günlük müharibənin başa çatması və rus sülhməramlılarının Qarabağda yerləşdirilmələri, bölgəyə sülh gətirmədi. Azərbaycan, guya hərbi təxribatını davam etdirir və sair.

Anlamaq olmur, bu sadalananların soyqırımı məsələsinə, daha doğrusu, Lemkin İnstitutunun işinə nə dəxli var? Belə çıxır ki, qurum dünyanın istənilən nöqtəsində baş verən hərbi qarşıdurmalardakı tərəflərdən birinə, belə demək mümkünsə, soyqırımı törədən yarlığı yapışdıra bilər. Axı, soyqırımının Rafael Lemkinin özü tərəfindən dəqiq müəyyənləşdirilmiş əlamətləri var. Bu əlamətlər onun müəllifi olduğu və haqqında yazımızın ilk cümləsində söz açdığımız konvensiyada açıq şəkildə göstərilib. Görəsən, niyə “lemkinçilər” onlardan birini misal olaraq göstərmirlər?

Təsəvvür edin, institutun özünün dəyərləndirməli heç nəyi yoxdur, durub əsas kimi Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, beynəlxalq miqyaslı argentinalı dələduz Luis Moreno Okamponun hesabatına istinad edir. Lemkin İnstitutunun hesabatındakı daha bir məqamın da onun adından irəli gələn iş prinsipinə heç bir dəxli yoxdur -  qurum dünyanın ermənipərəst təşkilatlarının anti-Azərbaycan yönümlü sənədlərindəki qərəzli motivləri bir-birinə calayır. Guya, soyqırımı üçün əsas formalaşdırır. Ən başlıcası isə “lemkinçi” tutuquşular belə qənaətə gəlirlər ki, sən demə Azərbaycanın siyasi sistemi ilə “Artsax”ın siyasi sistemi arasında uyğunsuzluq var. Əlbəttə, desəydi ki, ikincidə separatçılıqdır, bu, müəyən qədər ədalətli yanaşma olardı. Hərçənd, belə bir ədalətin də “Lemkin” başbilənlərinə aidiyyatı qətiyyən yoxdur.

Əlbəttə, Lemkin İnstitutunun hesabatındakı digər yaramazlıqlardan da söz aça bilərik. Başlıca məqamı bildirdik. Yenə də deyək ki, institut bir dənə də konkret məqama diqqət yetirmir ki, onu soyqırımı kimi qiymətləndirmək mümkün olsun. Onun diqqətə çatdırdıqları Ermənistan baş naziri Nikol Paşinyanın və komandasının, o cümlədən, Qarabağdakı separatçıların, erməni lobbi və diasport təşkilatlarının təkrarladıqlarından başqa bir şey deyil.

Sonda yenidən Rafael Lemkinin üzərinə qayıdaq. O, bəşəriyyət üçün çox böyük işlər görüb, xidmətləri danılmazdır. Çox təəssüf ki, onun adını daşıyan qurum siyasi oyunbazlıqlar üçün alətdir. Ən pisi isə budur ki, təkcə Lemkin İnstututu deyil, eləcə də insan hüquq və azadlıqlarının təminatına çalışdığını bəyan edən digər qurumlar da bəşəri dəyər və prinsiplərlə manipulyasiya yolu tuturlar. Bu gün Qarabağda baş verənlərin timsalında gerçəklikləri nəzərə almayıb ədalətsizliyə yol açanlar, heç şübhəsiz, sabah həqiqi soyqırımı hadisələri qarşısında susqunluqları ilə də eyni yaramazlıqlarını davam etdirəcəklər. Necə ki, 1992-ci ildə Xocalıda baş verənlərə münasibətdə susmuşdular.

 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Əvəz RÜSTƏMOV