USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Humanitar böhran varsa, nə üçün göndərilən yardımları qəbul etmirlər?

Vahe Davtyan: “Artsax”da humanitar böhran olduğunu qabartmaq strateji və taktiki cəhətdən olduqca təhlükəlidir


https://img.baki-baku.az/news/2023/09/photo_8020.jpg

Əvvəlcə konkret, açıq və hamının başa düşəcəyi tərzdə olan bir sual verək: Əgər Xankəndidə bircə ailə aclıqdan əziyyət çəkirsə, onda nə üçün Bakıdan göndərilən 40 ton unu doqquz gündür ki, qəbul etmirlər? Azərbaycandan göndərilən yardımı qəbul etməmək üçün hansısa bəhanələri varsa, onda İrəvandan gələn yardımı qəbul etsinlər. İrəvandan gələn yardımı Ağdamdan deyil, bilavasitə Laçından qəbul etmək istəyirlərsə, qoy olsun, onda “bacı”larının Parisdən göndərdiyi yardımı Ağdam yolu ilə qəbul edəydilər.

Etmədilər. Çünki ərzaq problemi yoxdur, ac qalan yoxdur. Sadəcə,  gorbagor olmuş “müstəqilliklərinin”, status xülyasının, “miatsum” cəfəngiyyatının cəhənnəmə göndərilməsinin acısına dözə bilmir, minbir rəzalətlə dünyanın diqqətini cəlb etməyə çalışırlar. Dünya isə onlara deyə biləcəyini otuz il əvvəl demişdi: “Qorxmayın, irəli gedin!” Qorxmadılar, irəli getdilər. Ölkəmizin ərazisinin 20 faizini viranəyə çevirdilər və otuz ildən sonra burunları elə əzildi ki, hələ  otuz il həmin yaraların sağaldılmasına çalışacaqlar.  

Tarixi yalan üzərində yazılmış, “salnamələri” uydurma və absurd “fakt”larla “zənginləşdirilmiş”,  Cənubi Qafqazdakı mövcudluqları və “dövlət” qurmaqları himayədarlarının məkrli planları əsasında reallaşdırılmış ermənilər artıq ədalət və obyektivlik hisslərini tamamilə itiriblər. Onlar üçün belə məfhumlar  qəbuledilməzdir. Bu qövm üçün yalandan, iftiradan, riyakarlıqdan və məkrli planlardan başqa heç bir ədalət yoxdur.

Çox təəssüf ki, bütün bu rəzilliklərini dünya ictimaiyyətinin gözünə soxmağı bacarıblar. Bu ənənəni hələ ötən əsrin əvvəllərində Vaşinqtonda yaşamış bir erməninin öz soydaşları ilə görüşdə dediyi “Pul xərclə, söz deyə bilən adamları öz yanına çək!”– çağırışı daha da uzunömürlü edir.

Son günlər isə hayların  başbilənləri humanitar böhranla humanitar şounu qarışıq salırlar. Elə bilirlər ki, son iki əsrdə olduğu kimi, indi də yalanları ayaq tutub yeriyəcək. Bəlkə də yeriyərdi, amma, Azərbaycan və Türkiyə artıq köhnə Azərbaycan və Türkiyə deyil.

Söhbət ondan gedir ki, siyasətdə, diplomatiyada və ictimai həyatdakı yalan-palanlarını  indi çörək talonları ilə davam etdirən separatşı “dövlət”in başçıları artıq insanların həyatına, məişətinə, dolanışığına da həmin iyrənclikləri sırıyırlar.  Kütləvi informasiya vasitələri yazırlar ki, Xankəndi rəhbərləri  yenə də ənənəvi “məzlum erməni” obrazını dünyanın aparıcı siyasi dairələrinin diqqətinə çatdırmaq üçün sentyabrın 5-dən etibarən çörəyin talonla satılması barədə qərar qəbul edib. Guya ayın 4-dən talonların paylanılmasına başlanılıb və bu gündən hər talona görə hərəyə 200 qram çörək satılacaq. Bunun şərəfsizlikdən başqa adı yoxdur.

Özünü prezident, nazir, deputat adlandıran bədbəxtlər unudurlar ki, həm İkinci dünya müharibəsi illərində, həm də SSRİ-nin son illərində, aylarında ərzaq məhsullarının talonla satılmasına ona görə ehtiyac var idi ki, ətrafdakı ölkələr Moskva ilə münasibətləri nəzərə alaraq, bu ölkəyə yardım göstərməkdən vaz keçirdilər. “Xankəndi böhranı”nda isə aclıq çəkənlərə bəlkə də yüz tonlarla yardım gətirmiş müasir  nəqliyyat vasitələri 100-150  metr aralıda gözləyir. Ona görə də bu şounun baş tutacağına ümid bəsləməsinlər. Onu da unutmasınlar ki, talonla ərzaq satılması məsələsi SSRİ kimi nəhəng dövlətin sonunu gətirmişdi. Bu hoqqanın sizin də sonunuzu gətirəcəyi hamıya gün kimi aydındır.

Yeri gəlmişkən, NEWS.am xəbər portalı yazır ki, Xankəndi rəhbərlərinin bu şousu Ermənistanın özündə də birmənalı qarşılanmır. Belə ki, siyasi elmlər doktoru Vahe Davtyan özünün Facebook səhifəsində yazır ki, Artsaxın problemlərinin humanitar böhran adıyla qabardılması doğru deyil və strateji və taktiki baxımdan son dərəcə təhlükəlidir. Davtyanın fikrincə, bu gün dünyada mövcud olan humanitar böhranların yanında Xankəndi böhranı olduqca kiçikdir: “Məsələn, bu gün Afrikanın Mali ölkəsində 5 milyona yaxın uşağın  humanitar yardıma ehtiyacı var. BMT-nin Uşaq Fondunun məlumatında deyilir ki, ilin sonunadək həmin uşaqların 200 min nəfəri aclıqdan öləcək. Həmin böhranla “Artsax”ın böhranını müqayisə edəndə biz olduqca mürəkkəb vəziyyətin şahidinə çevrilirik”.

Yəni erməni alim Xankəndi rəhbərlərinə deyir ki, ağlınızı başınıza yığın. Ağıl demişkən, Paşinyan iqtidarına müxalif mövqedə dayanan partiya  rəhbərlərindən biri  yazır ki, İlham Əliyev bütün dünyanın diqqətini Qarabağa yönəldəndə bizim rəhbərlər dünyanın var-dövlətini toplamaq barədə düşünürdülər: “İndi ağıllı olan kimdir? Bizim rəhbərlərdən hansınınsa ağlı olsaydı, erməni xalqı belə biabırçı məğlubiyyətlə üzləşməzdi”.

Nə isə  qoy talon paylasınlar, hər adama  200 qramdan çox çörək verməsinlər. Bəlkə belə olsa, qalib ölkənin şərtləri ilə razılaşar və sülh danışıqlarına başlayarlar.

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

İttifaq MİRZƏBƏYLİ